Azərbaycan Vilnüsdə keçiriləcək beynəlxalq turizm sərgisində iştirak edəcəkdir
Bakı, 1 mart (AZƏRTAC). Martın 2-dən 4-dək Litvanın paytaxtı Vilnüs şəhərində “VİVATTUR-2012” beynəlxalq turizm sərgisi keçiriləcəkdir.
Mədəniyyət və Turizm Nazirliyinin turizm şöbəsindən AZƏRTAC-a bildirmişlər ki, beynəlxalq sərgidə ölkəmizin turizm potensialı icarəyə götürülmüş 25 kvadratmetrlik pavilyonda nümayiş olunacaqdır. Burada ölkəmizin görməli yerləri, mədəni-tarixi abidələri, mehmanxana və turizm obyektləri xüsusi reklam çap məhsulları vasitəsilə təbliğ ediləcəkdir.
Nazirliyin turizm şöbəsinin əməkdaşları ilə yanaşı, ölkəmizdə fəaliyyət göstərən hotellərin və turizm şirkətlərinin nümayəndələrinin də qatılacağı sərgidə ümumilikdə 17 ölkədən 192-yə yaxın şirkət təmsil olunacaqdır.
Mədəniyyət və Turizm Nazirliyi artıq ikinci dəfədir ki, “VİVATTUR” beynəlxalq turizm sərgisində iştirak edir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 23.09.2026 [17:15]
Azərbaycan yaşlılar üçün turizm imkanlarını Çində təqdim edib
- 18.09.2026 [13:45]
Turizm sənayesində yeni çağırışlar və imkanlar diqqət mərkəzində
- 16.09.2026 [18:28]
Ekspert: Mövsümlə bağlı turistlərin isti iqlimli ölkələrə marağı artır
- 15.09.2026 [18:41]
Əziz Şiriyev: Son illərdə qış turizmi də inkişaf etməyə başlayıb
Bu saata olan əsas xəbərlər
- [12:01]
Vətən müharibəsi şəhidləri İstanbulda anılıblar
- 27.09.2026 [23:59]