AZƏRBAYCAN YANVARIN 30-DA İRAQDA KEÇİRİLƏCƏK SEÇKİLƏRİ DƏSTƏKLƏYİR
Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin mətbuat mərkəzindən AZƏRTAC-a bildirmişlər ki, yanvarın 30-da İraq xalqı 275 nəfərdən ibarət Keçid Milli Assambleyasına keçiriləcək seçkilərdə iştirak edəcəkdir. Assambleyanın üzvləri ölkənin yeni rəhbərlərini təyin edəcək və Konstitusiyanın layihəsini işləyib hazırlayacaqlar.
Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi seçkilərin insidentsiz keçiriləcəyinə, İraq xalqının suveren iradəsini əks etdirəcəyinə və İraq dövlətini yeni mərhələyə doğru daha bir addım irəlilədəcəyinə dərin inam bəsləyir. Nazirlik ümidvar olduğunu bildirir ki, İraq dövlətinin yeni milli hüquq mühafizə orqanları, yeni mərhələdə İraq cəmiyyətinin təhlükəsizliyi üçün üzərinə düşən məsuliyyətin öhdəsindən layiqincə gələcəklər.
Azərbaycan Respublikası beynəlxalq birliyin tamhüquqlu üzvü kimi qədim tarixi, mədəni ənənələrə malik olan İraq xalqına həyati əhəmiyyətli sahələrdə yardım göstərməyə hazırdır və hesab edir ki, vahid, bölünməz, sabit, demokratik İraq həm regional, həm də qlobal təhlükəsizlik üçün öz töhfələrini verəcəkdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.10.2026 [19:49]
TÜRKPA-nın 15-ci Plenar İclasına hazırlıq məsələləri nəzərdən keçirilib
- 05.10.2026 [18:53]
Rəqəmsal Əməkdaşlıq Təşkilatı ilə əməkdaşlıq genişləndirilir
- 05.10.2026 [16:38]
“Azərbaycan parlamentarizmi tarixində qadınlar”: dünəndən bu günə YENİLƏNİB
- 05.10.2026 [11:17]
Hüquqi yardım alan şəxslərin hüquq və vəzifələri müəyyənləşdirilir
- 05.10.2026 [11:03]