Azərbaycan Yüksək Liqası: “Murov” komandası MOİK-ə, “Sərhədçi” isə “Ekspress”ə qalib gəlib
Bakı, 15 aprel, AZƏRTAC
Kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasında XVIII turun oyunları keçirilib.
AZƏRTAC xəbər verir ki, turun hər iki görüşü “Murov” voleybol klubunun idman zalında təşkil olunub.
Turun mərkəzi qarşılaşmasında MOİK “Murov”la üz-üzə gəlib. MOİK liderə müqavimət göstərməyə çalışsa da, üç setdə uduzub - 0:3.
Günə autsayderlərin matçı ilə yekun vurulub. Medal şansını itirən “Ekspress” və “Sərhədçi”nin dueli 3 set davam edib. Qələbə qazanan “Sərhədçi” sonuncu pillədən qurtulub - 3:0.
Bu tur “Neftçi” istirahət edib.
Qeyd edək ki, turnir cədvəlinə 38 xalla "Murov" başçılıq edir. Liderin ən yaxın izləyicisi "Neftçi" ondan 5 xal geri qalır. MOİK 25 xalla üçüncüdür. Altı xalı olan "Ekspress" və "Sərhədçi" isə 4-5-ci yerləri bölüşürlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.10.2026 [17:50]
Bakı Olimpiya Stadionu Çempionlar Liqasının oyunlarına hazırdır - FOTOLAR
- 08.10.2026 [16:46]
“Sabah” – “Borussiya Dortmund” oyununun biletləri satışa çıxarılıb
- 08.10.2026 [16:43]
Azərbaycan Kubokunda daha üç oyun keçirilib
- 08.10.2026 [16:12]
MOK rəsmiləri Xorvatiyada Olimpiya Həmrəyliyi Forumunda iştirak edəcəklər
- 08.10.2026 [15:33]
Azərbaycan Premyer Liqasında VII turun hakim təyinatları açıqlanıb
- 08.10.2026 [15:12]