Azərbaycana gələn turistlərin sayında 21 faiz artım qeydə alınıb
Bakı, 18 oktyabr, AZƏRTAC
İlin əvvəlindən bəri Azərbaycana gələn turistlərin sayında 21 faiz artım qeydə alınıb.
AZƏRTAC xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında mədəniyyət və turizm nazirinin müavini Nazim Səmədov deyib.
Nazir müavininin sözlərinə görə, bu müddətdə ölkəmizə 2 milyon 71 min xarici vətəndaş gəlib. Xarici turistlər arasında Rusiya, İran və ərəb ölkələrindən gələnlər üstünlük təşkil edir. Artım dinamikası daxili turizmdə də qeydə alınıb. Daxili turizm bu ilin 9 ayı ərzində 20 faiz artıb. Yay aylarında - iyun, iyul və avqustda Azərbaycanın bölgələrində 860 min turist istirahət edib. Daxili və xarici turist sayı 3 milyon nəfərdən çoxdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 23.09.2026 [17:15]
Azərbaycan yaşlılar üçün turizm imkanlarını Çində təqdim edib
- 18.09.2026 [13:45]
Turizm sənayesində yeni çağırışlar və imkanlar diqqət mərkəzində
- 16.09.2026 [18:28]
Ekspert: Mövsümlə bağlı turistlərin isti iqlimli ölkələrə marağı artır
- 15.09.2026 [18:41]
Əziz Şiriyev: Son illərdə qış turizmi də inkişaf etməyə başlayıb
Bu saata olan əsas xəbərlər
- [12:01]
Vətən müharibəsi şəhidləri İstanbulda anılıblar
- 27.09.2026 [23:59]