AZƏRBAYCANA YENİ MEXANİKİ MİNATƏMİZLƏMƏ MAŞINI GƏTİRİLƏCƏKDİR
Azərbaycan Respublikası Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyindən (ANAMA) AZƏRTAC-a bildirmişlər ki, “Way İndustry” şirkətinin istehsalı olan bu maşın texniki göstəricilərinə görə 2004-cü ildə alınmış “Bozena-4” ilə müqayisədə üstündür və tank əleyhinə minalara qarşı daha dözümlüdür.
Yeni maşın ANAMA-nın mexaniki üsulla minatəmizləmə imkanlarını gücləndirəcəkdir.