Azərbaycanda 2013-2014-cü illərin üçün ov mövsümünə başlanılmışdır
Bakı, 1 iyun (AZƏRTAC). Ekologiya və Təbii Sərvətlər Nazirliyi 2013-2014-cü illərin ov mövsümünü iyunun 1-dən etibarən açıq elan etmişdir.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, bununla əlaqədar vəhşi heyvanların ovlanmasının müddətləri və normaları təyin edilmişdir.
Qaydalara əsasən, bu mövsümdə təkənin 2013-cü il iyunun 1-dən oktyabrın 19-dək, qabanın 2013-cü il sentyabrın 14-dən dekabrın 21-dək, dovşanın 2013-cü il noyabrın 9-dan 2014-cü il yanvarın 11-dək və bataqlıq qunduzunun 2013-cü il oktyabrın 12-dən 2014-cü il fevralın 22-dək ovlanmasına icazə verilir.
Üç nəfərdən az olmamaqla qrup şəklində ovçular 1 baş təkə və 1 baş qaban (çöl donuzu) ovlaya bilərlər. Dovşan ovuna 2 başdan artıq icazə verilmir. Bataqlıq qunduzunu isə yalnız volyerlərdə saxlamaq üçün ovlamaq mümkündür.
Vətəndaşlar ov icazələri almaq üçün ETSN-in aidiyyəti şöbələrinə müraciət edə bilərlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 03.10.2026 [13:50]
Proqnoz: Bəzi yerlərdə yağış, dağlıq ərazilərdə isə qar yağacaq
- 02.10.2026 [18:29]
Salyanda və Saatlıda ağacların qanunsuz kəsilməsi faktları aşkarlanıb
- 02.10.2026 [16:41]
Bəzi yerlərdə yağıntılı hava şəraiti müşahidə olunur – FAKTİKİ HAVA
- 02.10.2026 [13:04]
COP31 Sədrliyi dəniz tullantılarının təmizlənməsi platformasını təqdim edib
- 02.10.2026 [13:01]
Leysan olacaq, güclü külək əsəcək, bəzi dağlıq ərazilərə qar yağacaq
- 02.10.2026 [10:37]
Bəzi yerlərdə leysan xarakterli yağış yağır, şimşək çaxır
- 01.10.2026 [17:53]
Sentyabrda orta aylıq temperatur iqlim normasından yuxarı olub
- 01.10.2026 [17:32]