Azərbaycan Dövlət İnformasiya Agentliyi

Azərbaycanda analitik kimya ixtisası üzrə ilk qadın akademik

Bakı, 20 sentyabr, AZƏRTAC

Ömrünü kimya elminin inkişafına və kimyaçıların yeni nəslinin yetişməsinə həsr etmiş akademik Rəfiqə Əliyevanın anadan olmasından 90 il ötür. Görkəmli alimin xatirəsi və xidmətləri bu gün ehtiramla anılır. Yetirmələri arasında 20-dən çox elmlər namizədi və elmlər doktoru var.

AZƏRTAC akademik Rəfiqə Əliyevanın həyat və fəaliyyətinin bəzi məqamlarına nəzər salır.

Respublikanın tanınmış kimyaçı alimi, Əməkdar elm xadimi, akademik Rəfiqə Əlirza qızı Əliyeva 1932-ci il sentyabrın 20-də Naxçıvan şəhərində, xalqımıza ulu öndər Heydər Əliyev kimi dahi şəxsiyyət bəxş etmiş ailədə doğulub.

Ali təhsilini 1951-1956-cı illərdə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) Kimya fakültəsində alıb. Əmək fəaliyyətinə Azərbaycan Milli Elmlər Akademiyasının Qeyri-üzvi və Fiziki Kimya İnstitutunda (indiki akademik M.Nağıyev adına Kataliz və Qeyri-üzvi Kimya İnstitutu) kiçik elmi işçi vəzifəsində başlayıb. 1960-cı ildə ADU-nun Analitik kimya kafedrasında analitik kimya ixtisası üzrə aspiranturaya qəbul olub. 1964-cü ildən ömrünün sonuna qədər universitetin Analitik kimya kafedrasında işləyib və assistent, baş müəllim, dosent, professor vəzifəsinə qədər yüksəlib. 1970-ci ildə analitik kimya ixtisası üzrə “Germaniumun bəzi üzvi reagentlərlə əmələ gətirdiyi birləşmələrin spektrofotometrik tədqiqi və onun fotometrik metodla təyini” mövzusunda namizədlik, 1999-cu ildə isə “d-, f- elementləri və germaniumun tərkibində N-, S-, O- olan liqandlarla müxtəlif liqandlı kompleksləri və onların analitik tətbiqi” mövzusunda doktorluq dissertasiyası müdafiə edib. 1999-cu ildə professor elmi adını alıb və Analitik kimya kafedrasının professoru vəzifəsində çalışıb. 2001-ci ildən ömrünün sonunadək BDU-da onun təşəbbüsü ilə yaradılmış “Ekoloji kimya və ətraf mühitin mühafizəsi” elmi-tədqiqat laboratoriyasının müdiri işləyib. 2007-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, 2014-cü ildə isə həqiqi üzvü seçilib. Azərbaycanda analitik kimya ixtisası üzrə ilk qadın akademikdir.

Onun rəhbərliyi ilə Moskva Dövlət Universitetinin Analitik kimya kafedrasının əməkdaşları tərəfindən nəşr olunmuş “Analitik kimyanın əsasları” (iki cilddə) və “Analitik kimyadan məsələ və suallar” kitabları Azərbaycan dilinə tərcümə edilib. Bu kitablar Azərbaycanın ali təhsil müəssisələrində müəllim, elmi işçi və doktorantların inkişafında mühüm rol oynayıb.

Akademik Rəfiqə Əliyeva “Ekoloji kimya və ətraf mühitin mühafizəsi” elmi-tədqiqat laboratoriyasında Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin tabeliyində olan müəssisələrlə elmi-texniki təsərrüfat müqaviləli işlər yerinə yetirilməsinə rəhbərlik edib. Bu işlər nəticəsində Bakı Dövlət Universiteti böyük miqdarda mənfəət götürüb. Təsərrüfat müqavilələrinin nəticələrinə əsasən ətraf mühitin çirklənməsi qiymətləndirilib, zərərli və ağır metalların qatılaşdırılaraq ayrılmasının yeni, ucuz və iqtisadi cəhətdən əlverişli metodları işlənib hazırlanıb.

Görkəmli alim Rəfiqə Əliyeva Bakı Dövlət Universitetinin nəzdində fəaliyyət göstərən D 02.011 şifrli dissertasiya müdafiə şurasının sədr müavini, universitetin və Kimya fakültəsinin elmi şuralarının üzvü olub. O, tələbəlik illəri də daxil olmaqla ömrünün 70 ilə yaxın bir dövrünü universitetə həsr edib.

Akademik Rəfiqə Əliyeva böyük bir nəslin ən parlaq nümayəndələrindən biri idi. Həmin nəsil Azərbaycan tarixində dövlətçiliyimizin təməlini qoymuş, onu dünyanın müasir dövlətləri sırasına çıxarmışdır. Bu nəslin qurub-yaratmaq, xeyirxahlıq etmək kimi ən gözəl keyfiyyətlərini özündə birləşdirən, daxilən təvazökar, zəngin mənəvi keyfiyyətlərə malik olan Rəfiqə Əliyeva tələbələrin böyük himayədarı idi.

Görkəmli alimin elmi-pedaqoji fəaliyyəti Azərbaycan dövləti tərəfindən də layiqincə qiymətləndirilib. Azərbaycan Prezidentinin Sərəncamı ilə o, 2000-ci ildə “Əməkdar elm xadimi” fəxri adına layiq görülüb, 2009-cu ildə “Şöhrət” ordeni ilə təltif edilib. O, akademik Y.Məmmədəliyev adına mükafatın laureatı olub. 2000-ci ildə akademik Rəfiqə Əliyeva Nyu-York Elmlər Akademiyasının həqiqi üzvü, 2001-ci ildə Amerika Biblioqrafiya İnstitutu tərəfindən “2001-ci ilin adamı” və “2001-ci ilin işgüzar qadını” seçilib, 2003-2004-cü tədris ilində Azərbaycan Respublikası Təhsil Nazirliyinin fəxri fərmanı ilə təltif olunub. 2005-ci ildə Bakı Dövlət Universitetinin təsis etdiyi “İlin alimi” fəxri adına, “Ekologiya” və “Ümumi ekologiya” adlı dərs vəsaitləri isə Təhsil Nazirliyinin təsis etdiyi Həsən Əliyev adına mükafata layiq görülüb.

2018-ci ildə “Azərbaycanım” Beynəlxalq Jurnalının redaksiya şurası “Akademik Rəfiqə Əliyeva adına Qızıl Orden” təsis edib.

Görkəmli alimin xatirəsi və xidmətləri bu gün ehtiramla anılır.

Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri, professor Hicran Hüseynova: “Rəfiqə xanım Əliyeva elmi fəaliyyətlə yanaşı, ictimai-siyasi proseslərdə də aktiv iştirak edib. O, Yeni Azərbaycan Partiyasının qurucusu, ümummilli lider Heydər Əliyevin yaxın silahdaşı olub, ona yalnız bir bacı kimi deyil, həm də siyasətçi kimi dəstək göstərib. Rəfiqə xanım müasir Azərbaycan qadın hərəkatının tanınmış simalarından biri idi. O, yorulmadan rayon və şəhərlərdə qadınlarla görüşlərdə iştirak edir, onların cəmiyyətdə fəaliyyətinin artırılması üçün əlindən gələni əsirgəmirdi. Elə buna görə də Dünya Azərbaycan Qadınları Birliyinin fəxri sədri seçilmişdi”.

Rəfiqə xanım həm də həssas həyat yoldaşı və qayğıkeş ana olub.

Əməkdar İncəsənət Xadimi dosent Fəxriyyə Xələfova anasını belə xatırlayır: “Rəfiqə xanım Əliyeva, sözün əsl mənasında, nəcib insan, gözəl ana və sevimli müəllim idi. O, yüzlərlə tələbəsinin qəlbində, şüurunda əbədi iz qoyan pedaqoq olub. Ömrünü və fəaliyyətini Bakı Dövlət Universiteti ilə bağlamasına baxmayaraq, Rəfiqə xanım hər zaman Azərbaycan Milli Elmlər Akademiyası ilə də sıx münasibətlərdə olub, maraqlı araşdırmalar aparıb. Akademik Rəfiqə Əliyeva həm də yüksək intellekt sahibi idi. Azərbaycan ziyalılığının mükəmməl mücəssəməsi olan Rəfiqə xanım, eyni zamanda, ölkəmizin ictimai-siyasi həyatında fəal vətəndaş mövqeyi ilə seçilirdi. O, humanist təbiəti, təmkini ilə seçilən, nurlu təbəssümü üzündən əskik olmayan bir şəxsiyyət, sözün əsl mənasında, müəllimlər müəllimi idi.

Rəfiqə xanım ana, nənə və həyat yoldaşı kimi əvəzsiz bir insan olub. Görkəmli dövlət xadimi, mərhum Rafiq Xələfovun həyat yoldaşı olaraq onun qazandığı uğurlara dərin səmimiyyətlə sevinirdi. Təbiilik Rəfiqə xanımın xarakterinə xas idi və bu da əməkdaşları ilə münasibətində dərhal özünü hiss etdirirdi. Həmişə sadə adamlarla oturub-durmağı xoşlayardı, özünü heç kimdən üstün tutmazdı. Geyimi də sadə, ancaq zərif və zövqlü olardı.

O, dissertasiya müdafiələrində özünün sərrast mühakimələri, xeyirxahlığı, obyektivliyi ilə yaddaşlarda qalıb. Rəfiqə xanım Azərbaycan kimya elmində əbədi məktəb yaradıb və 85 illik ömür yolunu ləyaqətlə başa vurub”.

Professor Sevinc Hacıyeva da anası ilə bağlı xatirələrini bölüşüb: “Mən, bacım və qardaşım anamızın hədsiz məhəbbəti və qayğısı ilə əhatə olunmuşduq. Amma, eyni zamanda, o, həm özünə, həm də bizə qarşı çox tələbkar idi. Həyatımızın əsas müəllimi də anamız Rəfiqə xanım olub. Bizim üçümüz də həyatdakı uğurlarımıza və cəmiyyətdə tutduğumuz mövqeyə görə valideynlərimizə borcluyuq. Ailəmizin gündəlik qayğıları anamızın üzərinə düşmüşdü və o, bu vəzifəni də çox məharətlə yerinə yetirirdi. Valideynlərimiz özlərinin şəxsi nümunələrində bizə həyatın bütün mənəvi dəyərlərini öyrədirdilər, səhvimizi ustalıqla düzəldirdilər, yaxşımızı-pisimizi də dəqiq qiymətləndirirdilər.

Bu mənada elə əsl məktəb bizim öz evimizdə olub və bu məktəbdə bizim həm məsləhətçimiz, həm də müəllimimiz anamız Rəfiqə xanım idi.

Mənim ixtisas seçimimdə anamın müstəsna rolu olub və fəxr edirəm ki, Rəfiqə xanımın yolunu davam etdirirəm. Bu çətin və keşməkeşli yolda - istər universitetdə təhsil aldığım zaman, istərsə də sonrakı elmi fəaliyyətimdə anamın dəstəyini həmişə hiss etmişəm. Bu dəstək çox dəyərli tövsiyələrdə və Rəfiqə xanımın mənə göstərdiyi istiqamətdə öz əksini tapırdı. Təsadüfi deyil ki, mən də anamın təşəbbüsü ilə yaradılan, aktual və perspektivli ekoloji kimya sahəsində fəaliyyətimi davam etdirirəm.

Anam Rəfiqə Əliyeva Azərbaycan tarixində müstəsna xidmətləri olan böyük bir nəslin parlaq nümayəndələrindən idi. Müstəqil Azərbaycan dövlətinin qurucusu, ulu öndər Heydər Əliyev kimi dahi insanın bacısı olmaq Rəfiqə xanım üçün həm böyük fəxr və şərəf, həm də məsuliyyət idi. Anam ömrü boyu bu yüksək adı uca tutmağa çalışırdı.

O, ən gözəl keyfiyyətləri özündə birləşdirən bir şəxsiyyət, qürurlu və məğrur, ədalətli və prinsipial, sədaqətli və dürüst, eyni zamanda, olduqca təvazökar, səmimi və mehriban bir insan idi. Bütün bu keyfiyyətlər Rəfiqə xanımın ailədə atamız Rafiq Xələfovla münasibətlərində də öz ifadəsini tapırdı. Onlar bir-birini tamamlayırdılar və bunun nəticəsində çox gözəl bir ailə nümunəsi yaranmışdı. Biz övladlar üçün belə bir ailədə böyümək və formalaşmaq ən böyük xoşbəxtlikdir...”

Həyatının mənasını elmə, vətənə xidmət etməkdə görən, kimyaçıların yeni nəslinin yetişməsində əvəzsiz rolu olan akademik Rəfiqə Əliyevanın əziz xatirəsi həmkarlarının və tələbələrinin qəlbində həmişə yaşayacaq.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Dövlət Miqrasiya Xidmətinin rəisi vətəndaşların müraciətlərini dinləyəcək

İki dəfə uğursuz oldu, üçüncü cəhddə arzuladığı universitetə qəbul aldı - Dövlət Proqramının qalibi

AZAL uçuşlarda gecikmə və ləğv halları ilə bağlı sərnişinlərə müraciət edib

Rəqəmsal platformaların vergiyə cəlb olunması ədalətli rəqabətə imkan verəcək - RƏY

Laçın dirçəlir: Köç, quruculuq, uşaq gülüşü VİDEO

Laçın dirçəlir: Köç, quruculuq, uşaq gülüşü VİDEO

Azərbaycanda mis konsentratı istehsalı 6 dəfədən çox artıb – QRAFİK

Daha 10 KOB subyekti vergi güzəştindən yararlanacaq

Ölkəyə gömrük qaydaları pozulmaqla gətirilən qəlyan tütünləri aşkarlanıb

Kino Agentliyinin direktoru: Filmlərimizin beynəlxalq səviyyədə yayımı əsas istiqamətlərdəndir

Azərbaycan və Özbəkistan alimlərinin birgə layihəsi: mis filizlərinin emalı üçün yeni texnologiya hazırlanacaq

Birinci vitse-prezident Mehriban Əliyeva Bilgəh incəsənət məktəbinin açılışında iştirak edib

Şabranda yol qəzasında ölənlərin sayı 2-yə çatıb YENİLƏNİB VİDEO

Şabranda yol qəzasında ölənlərin sayı 2-yə çatıb YENİLƏNİB VİDEO

Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevdən

Şahzadə Harri və Meqan bu gün Böyük Britaniyaya qayıdırlar

Şamaxıda vətəndaşların müraciətləri dinləniləcək

Bu il BMU-nun qəbul planı ilkin olaraq 98,3 faiz dolub

Sentyabrdakı hərraclarda 82 avtomobil və gəmi satışa çıxarılacaq

Aslan Kərimov: “Sabah” mükəmməl iş görərək, hər mərhələdə inkişaf etməyi bacardı

Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib

ADNSU və Özbəkistanın ali təhsil müəssisələri: ikili diplom və tələbə mübadiləsi

Azərbaycan–Özbəkistan aqrar əməkdaşlığı: təcrübədən strateji tərəfdaşlığa – ŞƏRH

® Maliyyə ehtiyaclarınız üçün “AccessBank”dan 50 min manatadək nağd kredit

Yulia Çimen: Azərbaycan-Türkiyə startap və vençur kapitalı əməkdaşlığında yeni mərhələ başlayır - MÜSAHİBƏ

Xüsusi nümayəndə: Laçının Buxara şəhəri ilə qardaşlaşmasına dair sazişin imzalanması mühüm hadisədir

Türkiyənin universitetlərində bəzi ixtisaslar üzrə tələbə çatışmazlığı yaranıb

Məsim Məmmədov: Laçın Beynəlxalq Film Festivalının ənənəvi xarakter almasına nail olmağı planlaşdırırıq

Ali məktəblərə qəbul olanların siyahısı və keçid balları açıqlanıb

“Mançester Siti” 19 yaşlı mərakeşli futbolçunu 100 milyon avroya transfer edib

“ADEX”də yeni rekord: Sərgi üçün ilk dəfə Bakı Ekspo Mərkəzinin 5-ci pavilyonu istifadəyə verilir

® İlk hibrid mühərrikli “Toyota Land Cruiser 300” - İndi Azərbaycanda satışdadır

Sabahdan X sinif şagirdlərinin elektron yerdəyişmə prosesinə başlanılır

Özbəkistan Peşəkar Futbol Liqası “Sabah”ı tarixi uğur münasibətilə təbrik edib

Paytaxtda daha 10 ünvanda minib-düşmə yerləri və taksi duracaqları təşkil olunub

Nigar Axundova: Sürəyya Ağaoğlu öz dövrünün görkəmli qadını olub və bu gün də belə olaraq qalır - MÜSAHİBƏ

Səfir: İmzalanan müqavilələr Özbəkistan-Azərbaycan müttəfiqliyinin inkişafını əks etdirir

Azərbaycan Voleybol Federasiyası ilə CEV arasında əməkdaşlığın perspektivləri müzakirə olunub

Almaniyanın Maqdeburq şəhərində miqrant sahibkarlar irqçiliyə etiraz olaraq mağazalarını bağlayıblar

Bəyimxanım Vəliyeva: Azərbaycan muğamı ölkəmizi beynəlxalq aləmdə tanıdan ən qiymətli sənət incilərindəndir

Süni intellekt Azərbaycan bizneslərinin xarici bazarlara çıxışını əhəmiyyətli dərəcədə asanlaşdıra bilər - ŞƏRH

AMADA-nın icraçı direktoru: Təmiz idman sahəsində Azərbaycan-Özbəkistan əməkdaşlığının əhəmiyyəti yaxın illərdə daha da artacaq

“Gənc istedadlar” liseyinin məzunlarının hamısı ali məktəbə qəbul olunub

Fransa maliyyə böhranı riski ilə üz-üzədir: bu təhlükə hər gün artır

Qaraçöpdən Avropaya uzanan uğur yolu: Zülfüqar Xubanov

Astanada “GASTHERM EXPO 2026” və “GASTHERM INTERNATIONAL FORUM” davam edir VİDEO

Astanada “GASTHERM EXPO 2026” və “GASTHERM INTERNATIONAL FORUM” davam edir VİDEO

Yerli turizm sənayesi nümayəndələri Qarabağ və Şərqi Zəngəzura tanışlıq səfəri ediblər

Bakıda hava dəyişkən buludlu olacaq, bəzi rayonlarda yağış yağacaq – PROQNOZ

Qayıdan xatirələr... VİDEO

Qayıdan xatirələr... VİDEO

İngiltərənin nağılvari kəndləri: Kotsvoldsa səyahət - REPORTAJ

ABŞ Cənubi Koreya və Yaponiya ilə birgə hərbi təlimlərə hazırlaşır

Özbəkistan tək səyahət etmək üçün ən yaxşı 5 ölkə sırasına daxil olub

Qurban Qurbanov: Rəqiblər artıq Azərbaycan klublarından çəkinməyə başlayırlar VİDEO

Qurban Qurbanov: Rəqiblər artıq Azərbaycan klublarından çəkinməyə başlayırlar VİDEO

MDU-da müəllim olmaq arzusu ilə yüksək bal toplayan tələbə ilə görüş olub

Türkiyədəki Side antik şəhərində 390 metrlik qədim küçə üzə çıxarılıb

Fransada yarım ildə 33 mindən çox sahibkar fəaliyyətini itirib

Çin xaricdə qanun pozuntusuna yol vermiş vətəndaşların ölkədən çıxış qaydalarını sərtləşdirəcək

Laçın Şəhəri Günü rəngarəng mədəni proqramlarla qeyd olunur YENİLƏNİB VİDEO

Laçın Şəhəri Günü rəngarəng mədəni proqramlarla qeyd olunur YENİLƏNİB VİDEO

“Sabah”ın polşalı futbolçusu: Mikelsin qolundan sonra dəli kimi ağlamağa başladım

Pakistan səfiri: Yaxın zamanda Azərbaycanla enerji sektorunda əməkdaşlığın inkişafı ilə bağlı xoş xəbərlər eşidəcəyik

Laçın bu gün Azərbaycanın yeni inkişaf salnaməsinin parlaq səhifələrindən birinə çevrilib ŞƏRH

Sabahın hava proqnozu açıqlanıb VİDEO

Sabahın hava proqnozu açıqlanıb VİDEO

Valideynlər məktəbli forması seçərkən nəyə diqqət etməlidirlər? - REPORTAJ VİDEO

Valideynlər məktəbli forması seçərkən nəyə diqqət etməlidirlər? - REPORTAJ VİDEO

Türkiyədə Malazgirt Zəfərinin 955-ci ildönümü qeyd edilir

Azərbaycan-Özbəkistan müttəfiqliyi Mərkəzi Asiya ilə Cənubi Qafqaz arasında yeni geoiqtisadi məkan formalaşdırır RƏY

Azərbaycanın nar şirəsi Karib hövzəsi bazarına ixrac olunub

“Neftçi” lüksemburqlu futbolçu ilə yollarını ayırıb

Azərbaycan-Gürcüstan sərhədində nəqliyyat vasitələrinin sıxlığı aradan qaldırılıb - AÇIQLAMA

Çində palçıq axını olub, itkin düşənlər var VİDEO

Çində palçıq axını olub, itkin düşənlər var VİDEO

Şəkərli diabet xəstələri meyvədən imtina etməlidirlərmi? – Mütəxəssis rəyi VİDEO

Şəkərli diabet xəstələri meyvədən imtina etməlidirlərmi? – Mütəxəssis rəyi VİDEO

Yeddi ayda banklar 858,7 milyon manat xalis mənfəət əldə edib

Laçın Böyük Qayıdışın uğurlu nümunəsi ilə diqqət çəkir ŞƏRH

İyulda manatla pul kütləsi 8,5 faiz artıb

Çempionlar Liqası: “Sabah” təsnifat mərhələsinin ən intizamlı komandası olub

Fiziki şəxslərin müddətli əmanətləri iyulda dəyişməyib

Azərbaycanın Baltikyanı ölkələrlə ticarət dövriyyəsinin həcmi açıqlanıb – QRAFİK

Ölkədaxili nağdsız əməliyyatların həcmi 14 faizədək artıb

Azərbaycan-Özbəkistan əməkdaşlığı gələcəyin enerji xəritəsini formalaşdırır ŞƏRH

Rusiya Federasiyasının Həştərxan vilayətinin qubernatoru İqor Babuşkindən

Laçın Şəhəri Günü münasibətilə Milli Kitabxanada kitab sərgisi açılıb

Bankların cəmi aktivləri artıb

Azərbaycan boks millisi Avropa çempionatına Gürcüstanda hazırlaşacaq

Bu saata olan əsas xəbərlər  

Biləsuvar Bağça-Məktəb-Lisey Kompleksinin bütün məzunları tələbə adını qazanıb

Dünya mətbuatı “Sabah”ın möhtəşəm geridönüşündən yazır: “Unudulmaz futbol dramı”

Yaşar Qasımbəyli: Maqsud Şeyxzadənin xatirəsi Azərbaycan–Özbəkistan dostluğunun əbədi rəmzidir

İslamabad xəstəxanasında baş verən yanğın nəticəsində körpələr ölüb

Şərurda balıqçılığın yeni mərhələsi: Arpaçay Balıqçılıq təsərrüfatında 50 ton balıq istehsal ediləcək VİDEO

Şərurda balıqçılığın yeni mərhələsi: Arpaçay Balıqçılıq təsərrüfatında 50 ton balıq istehsal ediləcək VİDEO

Çin lideri Si Cinpin Qırğızıstana və Misirə səfər edəcək

UNEC ilə Özbəkistan universitetləri arasında birgə elmi tədqiqatlar genişlənir

“Sabah” Çempionlar Liqasının tarixinə düşüb

Azərbaycanın sənayeçilər assosiasiyası Tacikistan müəssisələri ilə əməkdaşlıq edəcək

Ekspert: Laçın üzərində nəzarətin təmin olunması Qarabağda separatizmin kökünün kəsilməsində mühüm amillərdən olub

Amur qaz-kimya kompleksində baş verən yanğın nəticəsində ölənlərin sayı 7 nəfərə çatıb

Çempionlar Liqası: “Fənərbağça” bu gün Fransa klubu ilə qarşılaşacaq

Şəfa Əliyeva: Nizami Gəncəvi adına Milli Pedaqoji Universitet elmi əməkdaşlıq üçün mühüm platformadır

® “Tamstore” 100-cü mağazasını açaraq üçillik hədəfinə vaxtından əvvəl nail olub

“Mərkəzi Azəri” platformasının profilaktik işlər proqramı uğurla başa çatıb

Rusiyanın Tambov və Lipetsk vilayətlərinə PUA hücumları olub, ölənlər var

Arpaçay su anbarı ilə bu il Naxçıvanda 14 min hektardan çox əkin sahəsi suvarılacaq - Açıqlama

Misin qiyməti rekord həddə yaxınlaşır

Türkiyədə BMT-nin iqlim diplomatiyası təcrübədən keçiriləcək