Azərbaycan Dövlət İnformasiya Agentliyi

İki dəfə uğursuz oldu, üçüncü cəhddə arzuladığı universitetə qəbul aldı - Dövlət Proqramının qalibi

İki dəfə uğursuz oldu, üçüncü cəhddə arzuladığı universitetə qəbul aldı - Dövlət Proqramının qalibi

Bakı, 26 avqust, AZƏRTAC

Bəzən uğura gedən yol birbaşa olmur. Qarşıya qoyulan məqsədə çatmaq üçün bir neçə dəfə cəhd etmək, uğursuzluqlardan nəticə çıxarmaq və yoluna davam etmək lazım gəlir. Rafət Bayramovun xaricdə təhsil hekayəsi də məhz belə bir yolun nümunəsidir. İki dəfə uğursuzluqla üzləşsə də, o, məqsədindən dönməyib və üçüncü cəhdində arzusuna çatıb.

Rafət Bayramov 2022-ci ildə Bakı Mühəndislik Universitetinin kompüter elmləri ixtisasına 617 balla qəbul olunub. Universitet illərində kibertəhlükəsizlik sahəsinə yönəlib, bu istiqamətdə bilik və bacarıqlarını inkişaf etdirib və 2026-cı ildə bakalavriat təhsilini başa vurub. İndi isə qarşıda onun üçün yeni mərhələ dayanır. 2026-2027-ci tədris ili üzrə Dövlət Proqramının qalibi olan Rafət Bayramov Böyük Britaniyanın Mançester Universitetində kibertəhlükəsizlik ixtisası üzrə magistratura təhsili alacaq.

Dövlət Proqramının qalibi Rafət Bayramov AZƏRTAC-a müsahibəsində bildirib ki, texnologiyaya marağı hələ uşaqlıq illərindən başlayıb: “İnformasiya texnologiyaları və kompüter sahəsinə yönəlməyimdə əsas səbəb kiçik yaşlarımdan texnoloji cihazlara olan marağım idi. Bu, bir qədər şablon səslənə bilər, amma məndə vəziyyət bir qədər fərqli idi. Mən cihazlardan sadəcə istifadə etmirdim, onların işləmə prinsiplərini anlamağa çalışırdım. Tənzimləmələrini dəyişir, cihazın necə reaksiya verdiyini müşahidə edirdim. Təbii ki, çox vaxt sıradan çıxarırdım və mütəxəssis çağırıb bərpa etdirmək lazım olurdu.

Xaricdə təhsil almaq arzusu ilə hələ orta məktəb illərindən xəyallar qururdum. Dərsliklərdə, televiziyada, internetdə gördüyümüz nüfuzlu ali təhsil müəssisələrində təhsil alan azərbaycanlı gəncləri gördükcə bir gün onların sırasında ola biləcəyim düşüncəsi məni daim motivasiya edirdi. Özümü qlobal səviyyədə inkişaf etdirmək, dünyanın ən yaxşı universitetlərində müasir İT təhsili almaq istəyirdim. Əlbəttə, xaricdə təhsil öz möhtəşəmliyi ilə birlikdə böyük maliyyə yükü də gətirir. Buna görə universitetlərdən qəbul məktubları almaqla bərabər maliyyə azadlığı verəcək təqaüd tapmaq da zəruri idi. Həm bu baxımdan, həm də Dövlət Proqramının gənclərin xaricdə təhsil alaraq ölkəmizə töhfə verməsi ideyası mənim məqsədlərimlə üst-üstə düşürdü. Universitetlərə qəbul olunmaq və Dövlət Proqramına müraciət etmək üçün ciddi hazırlıq lazım idi. Bu prosesdə heç kimdən yardım almadan, təkbaşına irəliləmişəm. Ən böyük məqsədim valideynlərimə sonda böyük sürpriz etmək idi. Çünki xaricdə təhsil almaq, xüsusən də ölkəmizin ən nüfuzlu proqramlarından biri çərçivəsində bunu etmək ən azı mənim qədər onların da xəyalı idi. Buna görə bütün hazırlıq və müraciət proseslərini bir növ gizli davam etdirdim.

İlk olaraq həm xarici ali təhsil müəssisələrinin, həm də Dövlət Proqramının əsas tələbi olan beynəlxalq dil sertifikatını aldım. Bakalavriat təhsilimi ingilis dilində almağım və valideynlərimdən birinin xarici dil müəllimi olması mənim üçün böyük üstünlük idi. Qısamüddətli fərdi hazırlıqdan sonra tələb olunan C1 səviyyəsində beynəlxalq dil sertifikatını aldım və universitetlərə müraciət etdim. Daha sonra Dövlət Proqramına müraciət üçün tələb olunan sənədləri hazırlayaraq sənəd qəbulu elan olunan gün müraciət etdim. Dünyanın müxtəlif ölkələrindən 8 fərqli universitetdən qəbul məktubu almışdım. Səmimi desəm, bu universitetlərdən növbə ilə qəbul xəbərləri gələndə müəyyən qədər sevinsəm də, onlar məni çox da həyəcanlandırmırdı. Çünki əsl xəbər gözlədiyim universitet cavabını ən sona saxlamışdı.

Nəhayət, illərdir xəyalını qurduğum, bu yola ilk başladığım andan orada təhsil almaq fikrinin məni həyəcanlandırdığı və motivasiya etdiyi Mançester Universitetindən müsbət cavab gəldi. Bu xəbəri öyrənəndə o vaxta qədər qurduğum xəyallar ikiqat artdı və həqiqətən, bunun mənim əsl arzum olduğunu anladım”.

Mançester Universitetini seçməsində ali məktəbin beynəlxalq nüfuzu ilə yanaşı, təhsil alacağı istiqamət üzrə güclü akademik struktura və peşəkar müəllim heyətinə malik olması da mühüm rol oynayıb. Universitetin tədris proqramlarının real iş mühitinin tələblərinə uyğunlaşdırılması isə Rafətin peşəkar hədəfləri ilə üst-üstə düşür.

Kibertəhlükəsizlik istiqamətinə marağı da məhz bakalavriat təhsili dövründə daha da möhkəmlənib: “Bakalavr təhsilində illər keçdikcə anladım ki, rəqəmsal infrastrukturların təhlükəsizliyini təmin etmək ən azı onları qurmaq və inkişaf etdirmək qədər önəmlidir. Ölkəmizin günü-gündən sürətlə inkişaf edən rəqəmsal dünyasının mühafizəsi də ciddi məsuliyyət və yaxşı yetişmiş peşəkarlar tələb edir. Buna görə də bu sahədə mütəxəssisl və savadlı bir kadr kimi formalaşaraq ölkəmin inkişafına və təhlükəsizliyinə töhfə verməyi özümə hədəf seçdim. Orada yiyələnəcəyim bilik və bacarıqlardan ölkəmdə maksimum istifadə etmək, beynəlxalq standartların ölkəmizdə ən operativ şəkildə tətbiqində iştirak etmək istəyirəm. Durmadan rəqəmsallaşan infrastrukturların, istər dövlət sektorunda, istər özəl, istərsə də bank sektorundakı fəaliyyətini sarsılmaz hala gətirmək ən böyük hədəflərimdən biridir”.

Onun xaricdə təhsil yolunda qazandığı ən mühüm təcrübələrdən biri isə uğursuzluğa münasibəti olub: “Motivasiya önəmlidir, amma intizam və əzmkarlıq ondan qat-qat önəmlidir. Çünki bu dövr enişli-yoxuşludur və motivasiyamızı hər zaman qoruyub saxlaya bilmərik. Motivasiya keçici, intizam və əzmkarlıq isə qalıcıdır.

Mən özüm də xaricdə təhsil almaq yolunda iki dəfə uğursuz oldum və bu, mənim üçün dayanmaq səbəbi olmadı. Nəhayət, üçüncü cəhdimdə uğur qazandım. Üstəlik, bu uğur əvvəl əldə etməyə yaxın olduğum nəticələrdən qat-qat daha yaxşı oldu. Əminliklə deyə bilərəm ki, bu cəhdim də uğursuz olsaydı, növbəti dəfə yenə cəhd edəcəkdim. Gənclərimiz qarşılarına hədəf qoysunlar və o hədəfə gedən yolda heç bir maneəyə məhəl qoymadan irəliləsinlər. Uğursuzluqdan heç vaxt məyus olmasınlar, əksinə, ondan dərs çıxarıb daha güclü şəkildə bir daha cəhd etsinlər. Dövlət Proqramına müraciət etmək istəyən gənclərimiz çox çalışsınlar, maksimum səy göstərsinlər və həm özlərinin şəxsi inkişafı, həm də ölkəmizin parlaq gələcəyinin formalaşdırılması yolunda dövlətimiz tərəfindən yaradılan bu imkanlardan faydalansınlar”.

Müxbir - Nərmin Muradzadə

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Prezidentin Mətbuat Xidmətinin məlumatı

Şəfiqə Tahirova: Ali təhsilin nəticəsi yalnız diplomla deyil, məzunun bacarıqları ilə ölçülməlidir

Mərkəzi Bankın nümayəndələri Şamaxıda vətəndaşların müraciətlərini dinləyəcəklər

Qarabağdan Buxaraya: əsrləri aşan elm, mədəniyyət və dostluq körpüsü - Yusif Qarabaği irsi

Burhanettin Duran: Suriyanın gələcəyini yalnız xalqın iradəsi müəyyən etməlidir

Vəkillərin icbari təlimlərinin ikinci istiqaməti yekunlaşıb

AzTU-ya qəbul olunanların qeydiyyatı “mygov” üzərindən aparılacaq

“Hapoel”in qapıçısı: Liqa mərhələsinə yüksəlməyimizə cəmi 20 saniyə qalmışdı

Laçın Şəhəri Günü çərçivəsində nağıl-tamaşa nümayiş olunub

Qəhvəyi mərmər bağacığı ilə mübarizə məqsədilə 26 minə yaxın feromon tələ quraşdırılıb

Paris üçün kritik gün: “Fitch Ratings” Fransanın kredit reytinqini yenidən nəzərdən keçirir

Birinci vitse-prezident Mehriban Əliyeva Elmi-Tədqiqat Pediatriya İnstitutunu ziyarət edib

İncəsənət məktəbləri üçün 5 yeni yaradıcı istiqamət üzrə tədris proqramları hazırlanıb

Laçında aparılan quruculuq işləri Azərbaycanın sülhə və dinc inkişafa yönəlmiş siyasətinin göstəricisidir – ŞƏRH

® “PAŞA Holding”in dəstəyi ilə həyata keçirilən “Tənha anaların sosial inkişafına dəstək II” layihəsi fəaliyyətini davam etdirir

Azərbaycan və Özbəkistan alimləri vanadiumun alınması üçün yeni texnologiya hazırlayır

MDU tarixində rekord: tələbə qəbulu planı 98 faiz yerinə yetirilib

Bakının Nəsimi rayonunda yeni körpələr evi-uşaq bağçası istifadəyə verilib

Dövlət Miqrasiya Xidmətinin rəisi vətəndaşların müraciətlərini dinləyəcək

İki dəfə uğursuz oldu, üçüncü cəhddə arzuladığı universitetə qəbul aldı - Dövlət Proqramının qalibi

AZAL uçuşlarda gecikmə və ləğv halları ilə bağlı sərnişinlərə müraciət edib

Rəqəmsal platformaların vergiyə cəlb olunması ədalətli rəqabətə imkan verəcək - RƏY

Laçın dirçəlir: Köç, quruculuq, uşaq gülüşü VİDEO

Laçın dirçəlir: Köç, quruculuq, uşaq gülüşü VİDEO

Azərbaycanda mis konsentratı istehsalı 6 dəfədən çox artıb – QRAFİK

Özbəkistan Respublikasının birinci xanımı Ziroatxon Mirziyoyevadan

“Nebesnaya qratsiya” Beynəlxalq İdmana Dəstək Assosiasiyasının prezidenti, Olimpiya çempionu Alina Kabayevadan

Daha 10 KOB subyekti vergi güzəştindən yararlanacaq

Ölkəyə gömrük qaydaları pozulmaqla gətirilən qəlyan tütünləri aşkarlanıb

Rusiyanın “SAFMAR” Qrupu” Səhmdar Cəmiyyətinin prezidenti Mixail Qutseriyevdən

Kino Agentliyinin direktoru: Filmlərimizin beynəlxalq səviyyədə yayımı əsas istiqamətlərdəndir

Azərbaycan və Özbəkistan alimlərinin birgə layihəsi: mis filizlərinin emalı üçün yeni texnologiya hazırlanacaq

Rusiyanın “VTB Bank” Publik Səhmdar Cəmiyyətinin prezidenti, İdarə Heyətinin sədri Andrey Kostindən

Birinci vitse-prezident Mehriban Əliyeva Bilgəh incəsənət məktəbinin açılışında iştirak edib

Şabranda yol qəzasında ölənlərin sayı 2-yə çatıb YENİLƏNİB VİDEO

Şabranda yol qəzasında ölənlərin sayı 2-yə çatıb YENİLƏNİB VİDEO

Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevdən

Şahzadə Harri və Meqan bu gün Böyük Britaniyaya qayıdırlar

Şamaxıda vətəndaşların müraciətləri dinləniləcək

Bu il BMU-nun qəbul planı ilkin olaraq 98,3 faiz dolub

Sentyabrdakı hərraclarda 82 avtomobil və gəmi satışa çıxarılacaq

Aslan Kərimov: “Sabah” mükəmməl iş görərək, hər mərhələdə inkişaf etməyi bacardı

Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib

ADNSU və Özbəkistanın ali təhsil müəssisələri: ikili diplom və tələbə mübadiləsi

Azərbaycan–Özbəkistan aqrar əməkdaşlığı: təcrübədən strateji tərəfdaşlığa – ŞƏRH

® Maliyyə ehtiyaclarınız üçün “AccessBank”dan 50 min manatadək nağd kredit

Yulia Çimen: Azərbaycan-Türkiyə startap və vençur kapitalı əməkdaşlığında yeni mərhələ başlayır - MÜSAHİBƏ

Xüsusi nümayəndə: Laçının Buxara şəhəri ilə qardaşlaşmasına dair sazişin imzalanması mühüm hadisədir

Türkiyənin universitetlərində bəzi ixtisaslar üzrə tələbə çatışmazlığı yaranıb

Məsim Məmmədov: Laçın Beynəlxalq Film Festivalının ənənəvi xarakter almasına nail olmağı planlaşdırırıq

Ali məktəblərə qəbul olanların siyahısı və keçid balları açıqlanıb

“Mançester Siti” 19 yaşlı mərakeşli futbolçunu 100 milyon avroya transfer edib

“ADEX”də yeni rekord: Sərgi üçün ilk dəfə Bakı Ekspo Mərkəzinin 5-ci pavilyonu istifadəyə verilir

® İlk hibrid mühərrikli “Toyota Land Cruiser 300” - İndi Azərbaycanda satışdadır

Sabahdan X sinif şagirdlərinin elektron yerdəyişmə prosesinə başlanılır

Özbəkistan Peşəkar Futbol Liqası “Sabah”ı tarixi uğur münasibətilə təbrik edib

Paytaxtda daha 10 ünvanda minib-düşmə yerləri və taksi duracaqları təşkil olunub

Nigar Axundova: Sürəyya Ağaoğlu öz dövrünün görkəmli qadını olub və bu gün də belə olaraq qalır - MÜSAHİBƏ

Səfir: İmzalanan müqavilələr Özbəkistan-Azərbaycan müttəfiqliyinin inkişafını əks etdirir

Azərbaycan Voleybol Federasiyası ilə CEV arasında əməkdaşlığın perspektivləri müzakirə olunub

Almaniyanın Maqdeburq şəhərində miqrant sahibkarlar irqçiliyə etiraz olaraq mağazalarını bağlayıblar

Bəyimxanım Vəliyeva: Azərbaycan muğamı ölkəmizi beynəlxalq aləmdə tanıdan ən qiymətli sənət incilərindəndir

Süni intellekt Azərbaycan bizneslərinin xarici bazarlara çıxışını əhəmiyyətli dərəcədə asanlaşdıra bilər - ŞƏRH

AMADA-nın icraçı direktoru: Təmiz idman sahəsində Azərbaycan-Özbəkistan əməkdaşlığının əhəmiyyəti yaxın illərdə daha da artacaq

“Gənc istedadlar” liseyinin məzunlarının hamısı ali məktəbə qəbul olunub

Fransa maliyyə böhranı riski ilə üz-üzədir: bu təhlükə hər gün artır

Qaraçöpdən Avropaya uzanan uğur yolu: Zülfüqar Xubanov

Astanada “GASTHERM EXPO 2026” və “GASTHERM INTERNATIONAL FORUM” davam edir VİDEO

Astanada “GASTHERM EXPO 2026” və “GASTHERM INTERNATIONAL FORUM” davam edir VİDEO

Yerli turizm sənayesi nümayəndələri Qarabağ və Şərqi Zəngəzura tanışlıq səfəri ediblər

Bakıda hava dəyişkən buludlu olacaq, bəzi rayonlarda yağış yağacaq – PROQNOZ

Qayıdan xatirələr... VİDEO

Qayıdan xatirələr... VİDEO

İngiltərənin nağılvari kəndləri: Kotsvoldsa səyahət - REPORTAJ

ABŞ Cənubi Koreya və Yaponiya ilə birgə hərbi təlimlərə hazırlaşır

Özbəkistan tək səyahət etmək üçün ən yaxşı 5 ölkə sırasına daxil olub

Qurban Qurbanov: Rəqiblər artıq Azərbaycan klublarından çəkinməyə başlayırlar VİDEO

Qurban Qurbanov: Rəqiblər artıq Azərbaycan klublarından çəkinməyə başlayırlar VİDEO

MDU-da müəllim olmaq arzusu ilə yüksək bal toplayan tələbə ilə görüş olub

Türkiyədəki Side antik şəhərində 390 metrlik qədim küçə üzə çıxarılıb

Fransada yarım ildə 33 mindən çox sahibkar fəaliyyətini itirib

Çin xaricdə qanun pozuntusuna yol vermiş vətəndaşların ölkədən çıxış qaydalarını sərtləşdirəcək

Laçın Şəhəri Günü rəngarəng mədəni proqramlarla qeyd olunur YENİLƏNİB VİDEO

Laçın Şəhəri Günü rəngarəng mədəni proqramlarla qeyd olunur YENİLƏNİB VİDEO

“Sabah”ın polşalı futbolçusu: Mikelsin qolundan sonra dəli kimi ağlamağa başladım

Pakistan səfiri: Yaxın zamanda Azərbaycanla enerji sektorunda əməkdaşlığın inkişafı ilə bağlı xoş xəbərlər eşidəcəyik

Laçın bu gün Azərbaycanın yeni inkişaf salnaməsinin parlaq səhifələrindən birinə çevrilib ŞƏRH

Sabahın hava proqnozu açıqlanıb VİDEO

Sabahın hava proqnozu açıqlanıb VİDEO

Valideynlər məktəbli forması seçərkən nəyə diqqət etməlidirlər? - REPORTAJ VİDEO

Valideynlər məktəbli forması seçərkən nəyə diqqət etməlidirlər? - REPORTAJ VİDEO

Türkiyədə Malazgirt Zəfərinin 955-ci ildönümü qeyd edilir

Azərbaycan-Özbəkistan müttəfiqliyi Mərkəzi Asiya ilə Cənubi Qafqaz arasında yeni geoiqtisadi məkan formalaşdırır RƏY

Azərbaycanın nar şirəsi Karib hövzəsi bazarına ixrac olunub

“Neftçi” lüksemburqlu futbolçu ilə yollarını ayırıb

Azərbaycan-Gürcüstan sərhədində nəqliyyat vasitələrinin sıxlığı aradan qaldırılıb - AÇIQLAMA

Çində palçıq axını olub, itkin düşənlər var VİDEO

Çində palçıq axını olub, itkin düşənlər var VİDEO

Şəkərli diabet xəstələri meyvədən imtina etməlidirlərmi? – Mütəxəssis rəyi VİDEO

Şəkərli diabet xəstələri meyvədən imtina etməlidirlərmi? – Mütəxəssis rəyi VİDEO

Yeddi ayda banklar 858,7 milyon manat xalis mənfəət əldə edib

Laçın Böyük Qayıdışın uğurlu nümunəsi ilə diqqət çəkir ŞƏRH

İyulda manatla pul kütləsi 8,5 faiz artıb

Çempionlar Liqası: “Sabah” təsnifat mərhələsinin ən intizamlı komandası olub

Fiziki şəxslərin müddətli əmanətləri iyulda dəyişməyib

Azərbaycanın Baltikyanı ölkələrlə ticarət dövriyyəsinin həcmi açıqlanıb – QRAFİK

Ölkədaxili nağdsız əməliyyatların həcmi 14 faizədək artıb

Azərbaycan-Özbəkistan əməkdaşlığı gələcəyin enerji xəritəsini formalaşdırır ŞƏRH

Rusiya Federasiyasının Həştərxan vilayətinin qubernatoru İqor Babuşkindən

Laçın Şəhəri Günü münasibətilə Milli Kitabxanada kitab sərgisi açılıb