AZƏRBAYCANDA BEYNƏLXALQ QAÇIŞ GÜNÜ QEYD OLUNMUŞDUR
Bakı, 22 iyun (AZƏRTAC). İyunun 21-də Azərbaycan Milli Olimpiya Komitəsi Beynəlxalq Olimpiya Qaçış günü münasibətilə yarış keçirmişdir.
İştirakçıların toplaşdıqları Azadlıq meydanı, Dənizkənarı Milli parkı, habelə start, finiş və qaçış məsafələrinin əraziləri bayraq, şüar, emblemlərlə, o cümlədən Olimpiya bayraqları, rəmzləri və Coca-Cola şirkətinin reklam materialları ilə bəzədilmişdi. BMT-nin Baş katibi Pan Gi Munun Olimpiya Qaçış günü münasibətilə Olimpiya Komitəsinə ünvanlandığı məktubu, Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Xuan Antonio Samarançın iştirakçılara müraciəti Azərbaycan, ingilis və rus dillərində səsləndirilmişdir.
Qaçış gününün təntənəli açılış mərasimində Milli Olimpiya Komitəsinin mütəxəssisləri Cəmaləddin Rəhimov, Çingiz Şamilov, Azərbaycan Atletika Federasiyasının nümayəndələri iştirak etmişlər.
Açılış mərasiminin rəsmi hissəsi iştirakçıların paradı ilə başa çatmışdır. Sonra mədəni proqram çərçivəsində mahnı və rəqs ansambllarının, akrobatların, idman kollektivlərinin nümunəvi çıxışları olmuşdur.
Bütün yaş dərəcələrindən olan minə qədər qaçış həvəskarı 10 kilometr məsafəyə marafon yürüşü və 200, 1500 metr məsafələrə qaçış üzrə yarışmışlar. Ən yaşlı iştirakçının 70, ən gənc iştirakçının isə 6 yaşı vardı. Yarışda ilk yerləri tutanlar xüsusi mükafatlar və Beynəlxalq Olimpiya Komitəsinin diplomları ilə təltif olunmuşlar. Ən yaşlı və ən gənc qaçış həvəskarı da mükafatlandırılmışdır. Bütün iştirakçılara Beynəlxalq Olimpiya Komitəsinin Qaçış günündə iştirakını təsdiq edən sertifikat verilmişdir.
######

MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.10.2026 [10:26]
Azərbaycan futzal millisi seçmə mərhələdə mübarizəyə başlayır
- 16.10.2026 [10:20]
Azərbaycanın qadın güləşçisi dünya ikincisi olub
- 16.10.2026 [10:13]
Azərbaycan Premyer Liqasında VIII tur start götürür
- 16.10.2026 [01:49]
UEFA Konfrans Liqası: “Trabzonspor” səfərdə “KuPS” komandasını məğlub edib
- 16.10.2026 [01:43]
UEFA Avropa Liqası: “Milan” “Zaltsburq”a böyük hesabla qalib gəlib
- 15.10.2026 [18:49]
Formula 2 Azərbaycan Qran-Prisinin qalibi Formula 1 komandası ilə anlaşıb
- 15.10.2026 [16:45]
Azərbaycanı Asiya Açıq Turnirində 27 cüdoçu təmsil edəcək
- 15.10.2026 [16:31]
Klublar üçün lisenziyalaşdırma ilə bağlı təqdimatlar keçirilib
Qızıl və gümüş bahalaşıb
- [10:06]
Birjalarda neft ucuzlaşıb
- [10:05]
“Tesla” Almaniyadakı zavodunda istehsalı ikiqat artırmağı planlaşdırır
- 15.10.2026 [23:16]
ABŞ İrana qarşı sanksiyaları genişləndirib
- 15.10.2026 [22:43]
“Volkswagen” minlərlə elektrikli avtomobili geri çağırır
- 15.10.2026 [22:24]
Ələt qəsəbəsində Vətən müharibəsi şəhidinin xatirəsi anılıb
- 15.10.2026 [21:39]
Tovuzda yol-nəqliyyat hadisəsi baş verib: xəsarət alan var
- 15.10.2026 [21:35]
Rusiya ABŞ-yə dizel yanacağının tədarükünə 2-3 həftə ərzində başlaya bilər
- 15.10.2026 [20:48]
Kəlbəcərdə qarşıya qoyulan vəzifələrin ardıcıl və vaxtında icrası vacibdir
- 15.10.2026 [20:35]
Almaniya Qırmızı dənizdə hərbi-dəniz missiyasında iştirakını davam etdirəcək
- 15.10.2026 [20:28]
® Peşəkar fəaliyyəti və zəngin təcrübəsi ilə seçilən həkim
- 15.10.2026 [20:11]
Gürcüstanda müəllim də, valideyn də vahid məktəbli formasından razıdır
- 15.10.2026 [20:01]
Bu saata olan əsas xəbərlər
- 15.10.2026 [20:00]
Qax Rayon Ağsaqqallar Şurasının hesabat-seçki yığıncağı keçirilib
- 15.10.2026 [19:59]
Şərurda müşavirə keçirilib
- 15.10.2026 [19:52]
Fyodor Şukin Dağıstanın rəhbəri seçilib
- 15.10.2026 [19:19]
İngiltərənin cənubunda güclü quraqlıq elan edilib
- 15.10.2026 [19:18]
BVF: Yaponiya 2027-ci ildə qlobal ÜDM reytinqində 6-cı yerə düşəcək
- 15.10.2026 [19:00]
YAP-ın azərbaycançılıq ideoloji xətti milli həmrəyliyin əsasıdır – ŞƏRH
- 15.10.2026 [18:51]
Formula 2 Azərbaycan Qran-Prisinin qalibi Formula 1 komandası ilə anlaşıb
- 15.10.2026 [18:49]
Cəbrayılda Günəş elektrik stansiyalarının tikintisinə icazə müddəti uzadılıb
- 15.10.2026 [18:43]
Bakı beynəlxalq inklüziv məşğulluq konfransına ev sahibliyi edir
- 15.10.2026 [18:42]
Milli maraqların qorunması və sabitlik dövlət siyasətinin prioritetidir
- 15.10.2026 [18:28]
Energetika naziri vətəndaşların müraciətlərini dinləyib
- 15.10.2026 [18:28]
Belçikada yeni fəaliyyətə başlayan həkimlərin dörddəbiri xaricdə təhsil alıb
- 15.10.2026 [18:19]