Azərbaycanda COP29 çərçivəsində şirkətlərin rəqəmsallaşması üzrə seminar keçiriləcək
Bakı, 12 iyun, AZƏRTAC
Azərbaycanda COP29 çərçivəsində startap müəllifləri üçün şirkətlərin rəqəmsallaşması ilə bağlı seminarın keçirilməsi planlaşdırılır.
AZƏRTAC xəbər verir ki, bu barədə Bakıda Ağıllı Sənaye Hazırlığı İndeksi üzrə keçirilən seminarda BMT-nin Asiya və Sakit Okean üzrə İqtisadi və Sosial Komissiyasının (ESCAP) nümayəndəsi Hizer Straus jurnalistlərə məlumat verib.
O deyib: “Sabah 15 startapın iştirak edəcəyi iki aylıq layihəyə start veriləcək. Onların arasında Azərbaycandan 11, o cümlədən Türkiyə və Tacikistanın hər birindən 2 startap var. Layihənin əsas məqsədi COP29-a dəstək məqsədilə şirkətlərin rəqəmsallaşması üçün startapları hazırlamaqdır. Bundan əlavə, seminarda iki aylıq potensialın gücləndirilməsi proqramının həyata keçirilməsi də nəzərdə tutulub. Onun məqsədi şirkətlərə öz texnologiyalarını və məhsullarını genişləndirmək və beynəlxalq bazarlara çıxmaq üçün korporativ vençur kapitalını cəlb etmək yollarını öyrətməkdir”.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.06.2026 [09:02]
Dünya birjalarında qızıl və gümüş ucuzlaşıb
- 07.06.2026 [08:56]
Dünya birjalarında neft ucuzlaşıb
- 06.06.2026 [09:55]
Azərbaycan nefti 99 dollara satılır
Bu saata olan əsas xəbərlər
- [12:00]
TBMM sədri: Aİ genişlənmə siyasəti yolu ilə özünü qorumalıdır
- 06.06.2026 [23:23]
İsveç Rusiya ilə sərhəd yaxınlığında NATO-nun yeni qrupunu yerləşdirib
- 06.06.2026 [21:49]
Suraxanıda baş verən dava ilə əlaqədar 7 nəfər saxlanılıb YENİLƏNİB
- 06.06.2026 [21:25]
İçərişəhərdə Rasim Abdullayevin xatirə konserti keçirilib
- 06.06.2026 [21:21]
Azərbaycan Tələbə Liqasında mövsümə yekun vurulub
- 06.06.2026 [20:31]
Azərbaycanın U-21 millisi Bəhreynə böyük hesabla qalib gəlib
- 06.06.2026 [20:08]
Bu saata olan əsas xəbərlər
- 06.06.2026 [20:00]
Avropalı alimlər Nizami Gəncəvinin məqbərəsini ziyarət ediblər
- 06.06.2026 [19:47]