Azərbaycanda ədliyyə xidmətləri çərçivəsində pilot özəl icra sisteminin yaradılması müzakirə olunub
Bakı, 23 fevral, AZƏRTAC
“Mütərəqqi ədliyyə xidmətləri və müasir məhkəmə infrastrukturu” Layihəsi çərçivəsində icra olunmuş “Pilot özəl icra sisteminin qurulması” fəaliyyətinə dair Azərbaycan Banklar Assosiasiyası (ABA) ilə xarici məsləhətçilər arasında görüş keçirilib.
ABA-dan AZƏRTAC-a bildirilib ki, görüşdə fəaliyyətin icrası məqsədilə “Dünya Bankının European Management Solutıons Germany GmbH” (Almaniya) və “İcra Məmurlarının Beynəlxalq İttifaqı” (Fransa) şirkətlərinin konsorsiumundan ibarət olan məsləhətçilər iştirak ediblər. Layihə üzrə Əlavə Maliyyələşdirilmə çərçivəsində “Pilot özəl icra sisteminin qurulması” fəaliyyətinin icrası nəzərdə tutulub. Fəaliyyətin məqsədi qabaqcıl beynəlxalq təcrübəyə əsasən pilot özəl icra sisteminin yaradılmasına, tətbiqinə və qiymətləndirilməsinə yönəlmiş tövsiyələrin hazırlanmasında Ədliyyə Nazirliyinə dəstək olmaqdan ibarətdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.10.2026 [19:24]
Rusiya Şimal-Cənub marşrutunun əhəmiyyətini yüksək qiymətləndirir
- 08.10.2026 [18:35]
Neft qiymətləri yenidən kəskin yüksəlib
- 08.10.2026 [18:22]