Azərbaycanda formal təhsildən kənar öyrənmə xidmətləri üzrə yeni dövlət standartı qəbul edilib
Bakı, 5 may, AZƏRTAC
Azərbaycan Standartlaşdırma İnstitutu (AZSTAND) tərəfindən beynəlxalq standart əsasında AZS ISO 29993:2025 “Formal təhsildən kənar öyrənmə xidmətləri. Xidmətə dair tələblər” yeni dövlət standartı qəbul edilib.
AZSTAND-dan AZƏRTAC-a verilən məlumata görə, yeni dövlət standartı ömür boyu təhsilin bütün növlərini əhatə etməklə, formal təhsildən kənar öyrənmə xidmətlərinə dair tələbləri müəyyən edir.
Bu standartın ölkədə tətbiqinin məqsədi formal təhsildən kənar öyrənmə xidmətlərinin təşkili prosesini beynəlxalq tələblərə uyğunlaşdırmaq, eyni zamanda, keyfiyyətli və əlçatan öyrənmə imkanlarının təmin olunmasına şərait yaratmaqdır.
“Keyfiyyət Assosiasiyası” İB tərəfindən işlənib hazırlanan standart layihəsi “Uyğunluğun qiymətləndirilməsi” standartlaşdırılma üzrə Texniki Komitədə (AZSTAND/TK 08) müzakirə edilib, konsensus əsasında qərar qəbul edilərək təsdiq edilməsi üçün AZSTAND-a təqdim olunub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.06.2026 [17:45]
Etnik yaddaşın izi: Qərbi Azərbaycan folkloru və coğrafi adlar
- 09.06.2026 [17:20]
Qəbələ və Şamaxı rayonlarında geoloji monitorinq aparılır
- 09.06.2026 [17:13]
MEK-də kitabxana sisteminin gələcək inkişaf istiqamətləri açıqlanıb
- 09.06.2026 [17:12]
Landşaft-ekoloji dəyişmələr üzrə elmi tədqiqatlar aparılır
- 09.06.2026 [17:10]