Azərbaycanda gələn il üçün yaşayış minimumu və ehtiyac meyarının həcmi yüksəldilir
Bakı, 5 noyabr, AZƏRTAC
Azərbaycanda gələn il üçün yaşayış minimumu və ehtiyac meyarının həddi yüksəldilir.
AZƏRTAC xəbər verir ki, bu barədə məlumat Milli Məclisin Əmək və sosial siyasət, eləcə də İqtisadi siyasət, sənaye və sahibkarlıq komitələrinin birgə iclasında müzakirə olunan “Azərbaycan Respublikasında 2026-cı il üçün yaşayış minimumu haqqında” və “Azərbaycan Respublikasında 2026-cı il üçün ehtiyac meyarının həddi haqqında” qanun layihələrində əksini tapıb.
Qanun layihələrinə əsasən, 2026-cı ildə yaşayış minimumu və ehtiyac meyarı 15 manat artırılaraq 300 manat səviyyəsində müəyyən ediləcək.
Xatırladaq ki, 2025-ci il üçün bu göstəricilər 285 manat olub. Yeni artımın məqsədi əhalinin sosial müdafiəsinin gücləndirilməsi, yaşayış səviyyəsinin yaxşılaşdırılması və sosial proqramların maliyyə dayanıqlılığının təmin edilməsidir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.08.2026 [14:50]
Qəsdən adam öldürmə faktı ilə bağlı cinayət işi başlanıb
- 07.08.2026 [14:09]
Mütəxəssis: Uşaqlara allergen qidaların gec verilməsi doğru yanaşma deyil
- 07.08.2026 [13:50]
Səbaildə obyektdə baş verən yanğın məhdudlaşdırılıb – YENİLƏNİB 2 VİDEO
- 07.08.2026 [12:11]
Ucarda 1 tondan çox çətənə kolu məhv edilib
- 07.08.2026 [12:00]
Bu saata olan əsas xəbərlər
- 07.08.2026 [11:29]
Ötən gün narkotiklərlə əlaqəli 29 fakt müəyyən edilib
- 07.08.2026 [11:18]
Tovuzda pensiya və sosial müavinətlərə dair ictimai dinləmə olacaq
- 07.08.2026 [11:12]