Azərbaycanda seçki mühiti kifayət qədər demokratikliyi ilə seçilir
Bakı, 30 yanvar, AZƏRTAC
Azərbaycanda seçki mühiti kifayət qədər demokratikliyi ilə seçilir. Cəmiyyətdə də parlament seçkilərinə böyük maraq var.
AZƏRTAC xəbər verir ki, bunu Secki-2020.az saytına açıqlamasında Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Rəvan Həsənov deyib.
“Seçki prosesini gündəlik həm mətbuatdan, həm də sosial mediadan izləyirəm. Seçkilərə qatılan siyasi partiyaların namizədləri, həmçinin müstəqil namizədlər fəal təbliğat-təşviqat kampaniyası aparırlar. Namizədlər arasında gənclərin sayı kifayət qədər çoxdur. Bütün bunlar seçkilərdə rəqabətin güclü olacağını deməyə əsas verir”, - deyə Rəvan Həsənov vurğulayıb.
Seçki prosesinin qanunvericiliyə uyğun aparıldığını söyləyən icraçı direktor bildirib ki, prosesin bütün mərhələlərində şəffaflıq yüksək səviyyədə təmin edilir. Bu günədək hər hansı qanun pozuntusu ilə bağlı məlumata rast gəlinməyib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 06.10.2026 [12:01]
Deputat: Təhlükəsizlik təmin olunmadan inkişafı əldə etmək çox çətindir
- 06.10.2026 [11:40]
Urxan Ələkbərov: Ölkəmiz yüksək nailiyyətlər qazanıb
- 05.10.2026 [19:49]
TÜRKPA-nın 15-ci Plenar İclasına hazırlıq məsələləri nəzərdən keçirilib
- 05.10.2026 [18:53]
Rəqəmsal Əməkdaşlıq Təşkilatı ilə əməkdaşlıq genişləndirilir
- 05.10.2026 [16:38]