AZƏRBAYCANDA SİYASİ İSLAHATLAR İQTİSADİ İSLAHATLARLA PARALEL APARILIR
AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev xarici ölkələrin kütləvi informasiya vasitələrinin Rusiyada akkreditə olunmuş nümayəndələri ilə görüşündə Almaniyanın “Die welt” qəzetinin müxbirinin sualına cavabında demişdir. Çoxlu sayda yoxsul və işsizlər olan ölkədə demokratik cəmiyyət qurmaq mümkün deyildir fikrini önə çəkən Prezident vurğulamışdır ki, Azərbaycanda siyasi islahatların çox səmərəli və iqtisadi islahatlarla paralel surətdə həyata keçirilməsi daha açıq cəmiyyət qurulmasına, demokratiyanın inkişafına, yəni bizim nail olmağa çalışdığımız məqsədlərə doğru aparır. Biz güclü, iqtisadi cəhətdən müstəqil, siyasi cəhətdən azad, Avropa qurumlarına inteqrasiya edilmiş dövlət qurmaq istəyirik. Ona görə də bütün inteqrasiya proseslərində fəal iştirak edirik.