Azərbaycan Dövlət İnformasiya Agentliyi

Azərbaycanda siyasi partiyaların siyasi və ictimai idarəetmədə iştirakı genişlənir

Azərbaycanda siyasi partiyaların siyasi və ictimai idarəetmədə iştirakı genişlənir

Bakı, 13 sentyabr, AZƏRTAC

Siyasi partiyalar cəmiyyətdə demokratik prosesləri təşviq edən ən vacib qurumlardan biri hesab olunur. Dialoq isə bu və ya digər siyasi partiya rəhbərlərinin yaxud da üzvlərinin müəyyən məsələlərdə fikir ayrılıqları olsa belə ümummilli dəyərlər və dövlət maraqları uğrunda ortaq məxrəcə gəlməsi üçün əsas alternativ olaraq bir vasitə qismində çıxış edir. Mübahisə anarxik, ya da qeyri-demokratik cəmiyyətlər üçün xasdırsa, mübahisədən fərqli olaraq dialoqun məqsədi bu və ya digər mövzu ətrafında qarşılıqlı anlaşmanı inkişaf etdirməkdir ki, bu da bilavasitə demokratik cəmiyyətlər üçün xarakterikdir. Heç şübhəsiz ki, siyasi partiyalar üçün müxtəlif təriflər və izahlar mövcuddur. Lakin zənnimcə, ən düzgün tərif siyasi nəzəriyyə üzrə ixtisaslaşmış alim Eddi Asirvathamın verdiyi tərifdir. O, siyasi partiyaları məhz “Atılan addımlar və həyata keçirilən fəaliyyət növü ilə birlikdə bütövlükdə ölkənin ümumi maraqlarının təmin olunması istiqamətində siyasi həyatda müəyyən prinsiplərin və konkret siyasi fəaliyyətin tərəfdarı olan mütəşəkkil insan qrupu” kimi xarakterizə edir. Burada əsas amil ondan ibarətdir ki, ölkənin mənafeyindən və dövlətin maraqlarından söhbət gedirsə, dövlətin milli təməl prinsiplərinin rəhbər tutulması barədə razılığa gəlinməsi ən ali və ümdə vəzifə kimi müəyyənləşdirilməlidir. Bu baxımdan da Azərbaycanda siyasi dialoq mühitinin daha da demokratikləşdirilməsi fonunda 44 günlük Vətən müharibəsi zamanı dövlətin təməl prinsiplərinin rəhbər tutularaq 43 siyasi partiyanın bəyanat qəbul edərək orduya və Ali Baş Komandana dəstək verməsi olduqca mühüm amil idi ki, bu da ictimaiyyət tərəfindən təqdirlə qarşılanaraq insanları daha həmrəy etdi, onların mübarizə əzmini artırdı. Siyasi partiyalar tərəfindən 8 birgə bəyanatın və 2 birgə müraciətin imzalanması bütün dünyaya göstərdi ki, Azərbaycan xalqı ən çətin məqamlarda da milli həmrəylik nümayiş etdirərək ümummilli məsələlərdə birləşməyə qadirdir.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında politoloq Şəbnəm Həsənova bildirib.

Politoloq deyib ki, Azərbaycan dövləti ərazilərinin 30 illik işğalına son qoymaqla, beynəlxalq təşkilatların icra etməli olduğu qətnamələri beynəlxalq hüququn norma və prinsiplərinə riayət etməklə özü yerinə yetirməklə Prezident İlham Əliyevin rəhbərliyi ilə yeni reallıq formalaşdırdı. Heç şübhəsiz, yaradılan yeni reallıq ölkə daxilində siyasi münasibətlərə də sirayət edir. Siyasi sistemin daha da təkmilləşməsi baxımından siyasi partiyalarla ardıcıl və silsilə görüşlərin keçirilməsi cəmiyyətdə siyasi proseslərə yeni bir baxış, yeni bir yanaşma formalaşdırıb ki, məhz bunun özü də ölkədə cəmiyyətdaxili inamın dərinləşməsi, xaricdən isə gələ biləcək təzyiqlərin qarşısının daha da qətiyyətli alınması məsələlərində özünü büruzə verir.

Ümumiyyətlə, modern çağımız yeni dünya nizamının gətirdiyi yeniliklərlə ayaqlaşmaq istiqamətində vaxtla yarışarkən, zamanın nəbzini tutaraq yeni reallıqlar yaratmaq və dünyanın qlobal çağırışlarına adekvat cavab vermək, demokratik dəyərlərin daha geniş vüsət almasında maraqlı olmaq kimi dəyərlər Prezident İlham Əliyevin rəhbərliyi və bilavasitə iştirakı ilə Azərbaycan dövlətinin müəyyənləşdirdiyi prioritet istiqamətlərdən biridir. Bu gün Azərbaycan dövlətinin bir neçə meyar üzrə - mahiyyət, kəmiyyət və keyfiyyət baxımından gördüyü işlər, sadəcə, yerli və regional kontekstdə deyil, qlobal və ümumbəşəri anlamda da tarixdə iz qoyan işlərdir. Azərbaycanın dövlətçilik tarixində yeni bir səhifənin açıldığı və inkişaf mərhələsinin başladığı reallıqlar kontekstində sentyabrın 9-da Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin ölkədə fəaliyyət göstərən 45 siyasi partiyanın rəhbərləri ilə “Siyasi partiyalar: Zəfər, yeni reallıq və dialoq” mövzusunda keçirilən görüşü də məhz yaradılan yeni reallığın ölkə daxilində formalaşan müasir siyasi mühitə və siyasi münasibətlərə də sirayət etməsindən xəbər verir. Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyevin görüşdə iştirak edən siyasi partiya rəhbərlərinə Prezident İlham Əliyevin adından ölkədə milli həmrəylik, siyasi dialoq mühitinin təşviqinə xidmət edən müxtəlif səpkili layihələrdə fəal iştirak etdiklərinə görə təşəkkürünü çatdırması bir daha təsdiqləyir ki, Azərbaycanda siyasi partiyaların siyasi və ictimai idarəetmədə iştirakı genişləndirilir, onlar üçün bərabər imkanlar platforması təqdim olunur.

Siyasi dialoqun çox gərgin və çətin proses olmasına, onun baş verməsi üçün heç bir düstur və ya texnikanın mövcud olmamağına baxmayaraq, Azərbaycan dövləti bu işin də öhdəsindən gəldi. Bu gün Azərbaycanda müxalif siyasi partiyalar və fiqurlara düşüncələrini, fikirlərini sərbəst şəkildə ifadə etmək üçün geniş platformalar təqdim olunur. Siyasi partiya liderləri müxtəlif mətbuat orqanlarında və televiziya kanallarında çıxış etmək üçün dəvət olunurlar.

İqtidar-müxalifət dialoqunun yaradılması, qərargahı olmayan 22 siyasi partiya üçün ofislərin ayrılması, vaxtı ötürülmüş qurultaylarının keçirilməsi üçün bir sıra siyasi partiyaların yerlə təmin olunması üçün tədbirlər görülməsi və 25 siyasi partiyanın qurultaylarının keçirilərək nəticələrinin dövlət qeydiyyatına alınması, habelə uzun fasilədən sonra 7 yeni siyasi partiyanın dövlət qeydiyyatına alınması demokratik mühitin daha da inkişaf etdirilməsi və dərinləşdirilməsi baxımından atılmış olduqca mühüm addımlardır. Heç şübhəsiz ki, yaradılan imkanlar iqtidarın hər hansı amilə görə ayrı-seçkilik qoymadan bütün siyasi partiyalar ilə dialoqa və əməkdaşlığa hazır olduğunu bəyan etməsi ümummilli məsələlərdə onların mütləq əksəriyyətinin xarici təhdidlərə qarşı birlik nümayiş etdirilməsi işinə də təkan verir.

Politoloq bildirib ki, ölkə daxilində müxtəlif siyasi partiyalar üçün bərabər və eyni imkanlar platformasının təqdim olunması ilə Azərbaycan hakimiyyəti geniş siyasi dialoq təşəbbüsü başladıb. Ölkəmizdə sosial, iqtisadi, mədəni, ictimai-siyasi sahədə aparılan islahatlar bəhrəsini verir. Xüsusi vurğulanmalı məsələ isə çoxpartiyalı sistemin inkişafı, iqtidarla müxalifət arasında qarşılıqlı anlaşma şəraitində keçən dialoq prosesidir. Siyasi partiyaların funksiyalarından biri də vətəndaş təşkilatlarının və maraq qruplarının geniş koalisiyaları arasında dövlətin təməl prinsipləri prioritet tutulmaqla dəstək səfərbər etmək və birləşdirməkdə əsas rol oynamaq, cəmiyyətdə etibar yaratmaqdırsa təəssüf ki, demokratik Azərbaycan cəmiyyətində çoxluğun iradəsini pozmağa, təhrif etməyə və ya qəsb etməyə meyilli olan “məkrli maraqlar”a xidmət edən, ölkə daxilində və xaricdə bəzi siyasi partiyalar və qüvvələr mövcuddur ki, onlar da ümummilli dialoq platformasından kənarda qalır, dövlətimizin ümumi maraqlarına və hədəflərinə çatmaq istiqamətində atılan addımlardan uzaq davranırlar. Bu qüvvələrin fəaliyyəti ümummilli maraqların əksinə getdiyi üçün cəmiyyət tərəfindən də qəbul olunmur, ictimai rəyə və münasibətlərə təsir göstərmir.

“Müharibə bitsə də postmüharibə dövründə müxtəlif informasiya təxribatlarına rast gəlirik. Nəzərə alsaq ki, siyasi partiyalar vətəndaşın siyasi proseslərdə iştirakı üçün institusional zəmin yaradır və bu qurumlar olmadan siyasi və ictimai münasibətlərdə iştirak etmək xaotik, təsirsiz mənzərə və çoxlarının hesabına azlara ya da öz maraqlarının əsirinə çevrilən dar bir qrupa xidmət etmək fürsəti yaradırsa, siyasi partiyalar cəmiyyətin daha geniş spektrinin maraqlarını təmin etməyə çalışmalı, konkret həll variantları təklif etmələri baxımından digər siyasi və ya ictimai birliklərdən fərqlənməlidirlər. Məhz bu reallıqlar nəzərə alınmaqla dövlət və xalq naminə olan həssas məsələlərdə dövlətin təməl prinsiplərinə, ölkənin ümumi maraqlarına xidmət edərək birgə sinxron addımların atılması, ayıq-sayıq davranmaq, düşmənə qarşı mübarizədə daha da sərt mövqe tutmaq və birlik nümayiş etdirmək, Müzəffər Ali Baş Komandan İlham Əliyevin ətrafında daha da sıx birləşmək bütün siyasi partiyaların ən ümdə vəzifəsi olmalıdır”, - deyə Ş.Həsənova əlavə edib.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 10 oktyabr

Meksikada “Azərbaycan: Təbiətin palitrası” adlı sərgi açılıb

Dünyada hər səkkiz quş növündən biri nəsli kəsilmək təhlükəsi ilə üz-üzədir

Azərbaycanın 5 boksçusu Avropa çempionatının finalına yüksəlib

Rostov vilayətinə dron hücumu nəticəsində altı nəfər yaralanıb və iki gəmiyə ziyan dəyib

Türkiyə Üzgüçülük Federasiyasının prezidenti: Azərbaycan Avropa Su İdmanı Federasiyasının Konqresinə çox ciddi çalışıb

Türkiyənin "Oruç Rəis" gəmisi Şimali Kiprə çəkilən qaz kəməri marşrutunun seysmik tədqiqatını aparacaq

Dünya səyyahları Horadiz-Ağbənd avtomobil və dəmir yolunda görülən işlərlə tanış olub

Azərbaycanda Pencak Silat İcmasının fəaliyyəti təsdiqlənib

Türkiyədə keçirilən 77-ci Beynəlxalq Astronavtika Konqresi başa çatıb

Deputat: Milli Məclisin payız sessiyasında vərəm xəstəliyinə həsr olunmuş dinləmə keçiriləcək

Azərbaycan nefti 130 dollardan baha satılır VİDEO

Azərbaycan nefti 130 dollardan baha satılır VİDEO

Nazir: Azərbaycan idmana böyük maraq göstərir

Üzgüçülük Federasiyasının baş katibi: Bu cür tədbirlərin Azərbaycanda keçirilməsi sevindiricidir

Milli Məclisin deputatları, bir sıra QHT rəhbərləri ABŞ Konqresinin Senator və Nümayəndələr Palatasının üzvlərinə müraciət ediblər

Bir sıra birinci instansiya məhkəmələri hakimlərinin təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

“Azərbaycan Respublikası ilə Gürcüstan arasında dövlət sərhədinin delimitasiyası və demarkasiyası üzrə Dövlət Komissiyası haqqında” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 30 iyun tarixli 966 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 23 fevral tarixli 1256 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Səhiyyə Nazirliyi: Azərbaycanda qeyri-infeksion xəstəliklərin göstəricisi və ümumi xəstəlik yükü artmaqdadır

Dünya birjalarında neftin qiyməti artıb VİDEO

Dünya birjalarında neftin qiyməti artıb VİDEO

Psixi sağlamlıq və insan hüquqları: Ombudsmanın əsas çağırışları - MÜSAHİBƏ

Naxçıvanda ilk dəfə Gənclərin Süni İntellekt Forumu keçirilib

Lənkəranın bir sıra kəndlərinə dolu düşüb

Bu gün Azərbaycanda yanğınsöndürənlərin peşə bayramı qeyd olunur

Görkəmli şərqşünas-alim Aida İmanquliyevanın elmi irsində Azərbaycan-ərəb ədəbi əlaqələri

Azərbaycanın Mərkəzi Asiya Dövlətləri ilə yaxın münasibəti ikitərəfli əlaqələri daha da gücləndirir - ŞƏRH

Bu ay Hörmüz boğazı yaxınlığında 10-dan çox gəmiyə hücum edilib

Zenfira Şıxəlibəyli: Aida xanım bizdə elmi diskussiyalar aparmaq bacarığı formalaşdırırdı

Bu gün Mingəçevirdə həndbol üzrə Avropa Kubokunun oyunu keçiriləcək

Çin SatNet internet peyklərini orbitə çıxardı

Kənd təsərrüfatı naziri Çində səfərdədir

"El-Kastillo" həbsxanasında daha bir iğtişaş – iki nəfər ölüb

Türkiyədə yeniyetmələrin sosial şəbəkələrdən istifadəsinə dair məhdudiyyətlər noyabrdan qüvvəyə minir

ABŞ Prezidenti: Putin Azərbaycan və Ermənistan arasında münaqişəni həll etdiyimə inana bilmirdi

Tramp: İran və Rusiya-Ukrayna müharibələrini həll etməyə çox yaxınam

“İsayas” qasırğası ABŞ sahillərinə daxil olub

Rusiyada ayılar 25 nəfərin həyatına son qoyub

Yəmən və Səudiyyə Ərəbistanı BMT Təhlükəsizlik Şurasını husilərə qarşı tədbir görməyə çağırıb

INSA: Brandenburqda ifrat sağçı AfD partiyası hakim SPD-dən öndədir

Brüsseldə etirazçılarla polis arasında növbəti qarşıdurma baş verib

İğdırda Xarıbülbül çiçəyinə həsr olunmuş texnologiya dərsi keçirilib VİDEO

İğdırda Xarıbülbül çiçəyinə həsr olunmuş texnologiya dərsi keçirilib VİDEO

Aleksandr Novak: Rusiya ABŞ bazarına əlavə həcmdə dizel yanacağı tədarük etməyə hazırdır

Tramp Zelenskinin tənqidlərinə cavab verib

Mayamidə ABŞ, Avropa ölkələri, NATO nümayəndələri və Ukrayna təmsilçiləri arasında görüş keçirilib

Azərbaycan BMT-də Bakı Fəaliyyətə Çağırışının qlobal əhəmiyyətini vurğulayıb

ABŞ-nin Beynəlxalq Cinayət Məhkəməsinə qarşı sanksiya qərarı Avropada narazılıqla qarşılanıb

ABŞ Maliyyə Nazirliyi: Rusiya dizel yanacağının dünya bazarlarına tədarükü sanksiyalardan azad edilib

“Rəqəmsallıq və süni intellekt” - Şəkidə məktəblilər təlimlərə cəlb olunub

Tramp Keti Zakariyanı Ağ Evin mətbuat katibi təyin edib YENİLƏNİB

“Ortaq miras, tək ürək” - Türk dünyasının gəncləri Kocaelidə toplaşıb VİDEO

“Ortaq miras, tək ürək” - Türk dünyasının gəncləri Kocaelidə toplaşıb VİDEO

“Qalatasaray” növbəti qələbəsini qazanıb

Yaşıl Gəncə Platforması: Ekoloji problemlərdən birgə həll yollarına

Tramp: Putinlə razılığa gəldim, Rusiya ABŞ və dünya bazarına milyonlarla ton dizel tədarük edəcək

Azərbaycan regionda tarixi ədaləti bərpa edərək sülh mərhələsinə qədəm qoydu - ŞƏRH

Bakıda beynəlxalq tanqo marafonu

Panamada 7,6 maqnituda gücündə zəlzələ olub, sunami xəbərdarlığı edilib

Fransada məktəblilərə qarşı polis zorakılığı ilə bağlı etirazlar səslənir

Rafael Dadaşov 80: Akademik Milli Dram Teatrında anım gecəsi

Qəbələdə müzakirələr: Peşə təhsilindən sahibkarlığa - gənclər üçün imkanlar və dövlət dəstəyi

Premyer Liqa: "Neftçi" - "Sabah" oyununda qalib müəyyənləşməyib

Cəlilabadda 18 kilometrlik avtomobil yolu yenidən qurulur

Rusiya əcnəbilərə müvəqqəti yaşamaq icazələrinə kvotaların sayını azaldıb

Tovuzda yaşayış binasında ildırım çaxması nəticəsində yanğın baş verib VİDEO

Tovuzda yaşayış binasında ildırım çaxması nəticəsində yanğın baş verib VİDEO

Prezident İlham Əliyevin sosial media hesablarında Türkmənistana səfəri barədə videoçarx paylaşılıb VİDEO

SOCAR beynəlxalq qiymətləndirmə üzrə ESG reytinqi əldə edib

Türkiyə millisinin baş məşqçisi istefaya göndərilib

Rusiya hava məkanında tətbiq olunan məhdudiyyətlər səbəbindən AZAL-ın bu günə planlaşdırılan 4 reysi ləğv edilib

Politoloq: Azərbaycanın C6 formatına sədrliyi regional əməkdaşlıq üçün yeni imkanlar açır – RƏY VİDEO

Politoloq: Azərbaycanın C6 formatına sədrliyi regional əməkdaşlıq üçün yeni imkanlar açır – RƏY VİDEO

Ankara Universitetinin nümayəndələri Qarabağ Universitetini ziyarət ediblər

ADA Universitetinin Qazax Mərkəzinin magistrantları Keşikçidağda olublar VİDEO

ADA Universitetinin Qazax Mərkəzinin magistrantları Keşikçidağda olublar VİDEO

Gilbert Masengeli: İtkin düşmüş şəxslərin axtarışı sahəsində təcrübə mübadiləsi, qarşılıqlı dəstək çox vacibdir VİDEO

Gilbert Masengeli: İtkin düşmüş şəxslərin axtarışı sahəsində təcrübə mübadiləsi, qarşılıqlı dəstək çox vacibdir VİDEO

ABŞ Beynəlxalq Cinayət Məhkəməsinə sanksiya tətbiq edib

Aygün Attar Türk İnternet Media Birliyinin Ali Məşvərət Şurasının üzvü seçilib

Xəzərin taleyi ortaq məsuliyyətdir: Azərbaycan konkret addımların tərəfdarıdır

İngiltərənin Yorkşir bölgəsində quraqlıq elan edilib

Daşkənddə “İrs-Miras” jurnalının özbək dilində nəşri təqdim olunub

Beynəlxalq tədbirə hazırlıq çərçivəsində nəqliyyat vasitələrinin hərəkətinin təlimi olacaq

AMEA Naxçıvan Bölməsində YAP-ın VIII Qurultayının nəticələri müzakirə olunub

Hesablama Palatasının sədri: Dövlət maliyyəsinin səmərəli idarə olunması vacibdir

Rusiya Xəzər dənizinin rəqəmsal modelinin yaradılmasını təklif edib

Ekspert: Bakıda tıxacların həlli üçün ictimai nəqliyyat şaxələndirilməlidir

Bakı qlobal diplomatiyanın mərkəzinə çevrilir VİDEO

Bakı qlobal diplomatiyanın mərkəzinə çevrilir VİDEO

MDU-da müxtəlif illərin məzunları bir araya gəlib

MDB məkanı üçün yeni töhfələr - TƏHLİL

Moskvanın hava limanlarında müvəqqəti məhdudiyyətlər tətbiq edilib

Prezidentin Türkmənistana səfəri: MDB məkanından Mərkəzi Asiyaya uzanan strateji tərəfdaşlıq siyasəti

Qazaxıstan Xəzərin dayazlaşması üzrə komissiyanın yaradılması ilə bağlı Azərbaycanın təşəbbüsünü dəstəkləyib

Azərbaycanın və Yunanıstanın qida təhlükəsizliyi sahəsindəki qurumları arasında əməkdaşlıq gücləndirilir

Azərbaycanın neft-qaz sənayesinə və geologiya elminə həsr olunmuş ömür – Məqalə

Ağacların qanunsuz kəsilməsi faktları aşkarlanıb

Abşeron rayonunda çoxmərtəbəli yaşayış binasında yanğın olub VİDEO

Abşeron rayonunda çoxmərtəbəli yaşayış binasında yanğın olub VİDEO

Hərəkət məhdudiyyətli uşaqların tibbi müayinələri aparılıb

Regionda davamlı sülhün təmin olunması Azərbaycanın əsas prioritetlərindəndir - ŞƏRH

Səhiyyə Nazirliyi ilə BMT-nin qurumları arasında əməkdaşlığın əhəmiyyəti vurğulanıb

Frankfurt Kitab Sərgisi çərçivəsində Azərbaycan ədəbiyyatı ilə bağlı panel təşkil edilib

“Turan”ın voleybolçusu: Çempionlar Liqasının oyununa yüksək səviyyədə hazırlaşırıq

“ASAN xidmət” təcrübəsi Yaponiya nümayəndə heyətinə təqdim olunub

Səudiyyə Ərəbistanındakı hava limanlarına hücum zamanı 3 yerli sakin ölüb, yaralananlar var

Naxçıvan şəhərinin bir sıra ərazilərinə içməli suyun verilişi dayandırılacaq