AZƏRBAYCANDAN 6 AİLƏ GÜRCÜSTANA KÖÇÜRÜLƏCƏK
Bununla əlaqədar “Rustavi-2” televiziya kanalının əməkdaşı həmin kənddə olmuş, yerli sakinlərdən müsahibə almışdır. Adıgünlülər Gürcüstan hakimiyyət orqanlarından buraya köçürüləcəkləri təqdirdə təhlükəsizlikləri üçün təminat istəmiş, bəziləri tərəddüd etmiş, bəziləri isə vətənə qayıdıb burada ölməyi belə şərəf saymışlar. Yusif Köçəliyev demişdir: “Mən indi yaşadığım evin bünövrəsini qoyanda niyyət etdim ki, ev uçsun, amma vətənə qayıdım, qayıdış üçün heç nəyə heyfislənmirəm”. 85 yaşlı Murad Şahbazov isə gürcü jurnalistinə müsahibəsində “Vətən torpağına ayağım dəysin, sonra ölüm” demişdir. Sərvər Sərvərov isə gürcülərdən mesxeti türklərinin vətənə qaytarılması prosesini sürətləndirməyi xahiş etmişdir. Kənddə köçmək niyyətində olmayanlar da var.
Bu ilin sonunadək daha 24 ailənin Gürcüstana köçürülməsi planlaşdırılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.10.2026 [20:31]
Qazaxıstan XİN Səudiyyə Ərəbistanında olan vətəndaşlarına çağırış edib
- 12.10.2026 [18:36]
Aİ Çindən hibrid avtomobillərin idxalını illik 350 min ədədlə məhdudlaşdırır
- 12.10.2026 [18:18]