Azərbaycanın 14 cüdoçusu “Açıq Asiya” turnirində mübarizə aparacaq
Bakı, 6 oktyabr, AZƏRTAC
Oktyabrın 7-də Qazaxıstanın Aktau şəhərində “Açıq Asiya” turnirinə start veriləcək.
Azərbaycan Cüdo Federasiyasından AZƏRTAC-a verilən məlumata görə, iki gün davam edəcək yarışda milli komandanın 14 üzvü mübarizə aparacaq.
Turnirdə Nurlan Kərimli (60 kiloqram), Babarahim Mirzəyev (60 kiloqram), Qasım Vəlizadə, Rəşad Yelkiyev (hər ikisi 66 kiloqram), Nəriman Mirzəyev, Rüfət Şövlətov (hər ikisi 73 kiloqram), Məmmədrza Hacızadə, Məhərrəm İmamverdiyev (hər ikisi 81 kiloqram), İbrahim Ağakişiyev, Əjdər Bağırov, Musa Hüseynli (hamısı 90 kiloqram), Ruslan Nəsirli (100 kiloqram), Camal Feyziyev və İmran Yusifov (hər ikisi +100 kiloqram) qüvvəsini sınayacaq.
İdmançılara yığmanın böyük məşqçiləri Mehman Əzizov və Slavko Tekiç, böyük performans analitiki Zaur Babayev rəhbərlik edəcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.06.2026 [17:22]
Dünya çempionatı: Türkiyə millisinin ilk oyununun baş hakimi açıqlanıb
- 10.06.2026 [17:14]
Premyer Liqaya yüksələn klub daha 3 futbolçu ilə vidalaşıb
- 10.06.2026 [16:19]
Azərbaycanı dünya çempionatında 5 yelkənçi təmsil edəcək
- 10.06.2026 [14:40]
DÇ-2026 FIFA-ya 9 milyard dollar gəlir gətirə bilər
- 10.06.2026 [13:54]
Azərbaycan şahmatçıları Dünya Kubokunda mübarizə aparacaqlar
- 10.06.2026 [13:07]