AZƏRBAYCANIN ATLETİKA ÜZRƏ YIĞMA KOMANDASI AVROPA ÇEMPİONATINDA 5-Cİ YERİ TUTMUŞDUR
Bakı, 22 iyun (AZƏRTAC). Bosniya və Herseqovinada atletika üzrə komandalar arasında Avropa çempionatının 3-cü zonasında yarışları başa çatmışdır. Azərbaycan yığması ümumi komanda hesabında 327,5 xalla 5-ci yeri tutmuşdur.
Yarışın ilk günü Ramil Quliyev 100 metr məsafəyə qaçışda qızıl medal qazanmışdır. Efiopiyalı idmançılarla gücləndirilən Azərbaycan yığması həmin gün daha 6 medala sahib olmuşdur.
Mare İbrahimova qadınların 3 min metr məsafəyə qaçışında finiş xəttini hamıdan tez keçmişdir. Eyni məsafəyə sədlərlə qaçışda Layes Abdullayeva da birinci nəticəni göstərmişdir. Kişilərin yarışında Hayle İbrahimov 1500 metr məsafəyə yarışda qızıl medala sahib olmuşdur. Kişilərin estafet qaçışında Azərbaycan yığması birinci yeri tutmuşdur.
Qadınların 400 metr məsafəyə sədlərlə yarışmasında Olesya Xaspoladova fəxri kürsünün ən yükək pilləsinə qalxmışdır. Tilahun Əliyev isə 5 min metr məsafəyə qaçışda gümüş medal qazanmışdır.
Yarışın ikinci günü də komandamız üçün uğurlu olmuşdur. Bu dəfə üç təkanla uzunluğa tullanma yarışlarında Teymur Abbasov ən yüksək nəticəni göstərmişdir. Gözəşin Səfərova qadınların 1500 metr, Mare İbrahimova 5 min metr, Ramil Quliyev kişilər arasında 200 metr, Hayle İbrahimov isə 3 min metr məsafəyə qaçışda bütün rəqiblərini qabaqlamışlar.
Bununla belə, Azərbaycan yığması gələn ildən Avropa çempionatının daha güclü - 2-ci zonasında yarışmaq hüququ verən vəsiqəni qazana bilməmişdir. Bu vəsiqələrə yarışda ilk iki yeri tutmuş İsrail və Moldova komandaları sahib çıxmışlar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.10.2026 [10:26]
Azərbaycan futzal millisi seçmə mərhələdə mübarizəyə başlayır
- 16.10.2026 [10:20]
Azərbaycanın qadın güləşçisi dünya ikincisi olub
- 16.10.2026 [10:13]
Azərbaycan Premyer Liqasında VIII tur start götürür
- 16.10.2026 [01:49]
UEFA Konfrans Liqası: “Trabzonspor” səfərdə “KuPS” komandasını məğlub edib
- 16.10.2026 [01:43]
UEFA Avropa Liqası: “Milan” “Zaltsburq”a böyük hesabla qalib gəlib
- 15.10.2026 [18:49]
Formula 2 Azərbaycan Qran-Prisinin qalibi Formula 1 komandası ilə anlaşıb
- 15.10.2026 [16:45]
Azərbaycanı Asiya Açıq Turnirində 27 cüdoçu təmsil edəcək
- 15.10.2026 [16:31]
Klublar üçün lisenziyalaşdırma ilə bağlı təqdimatlar keçirilib
Qızıl və gümüş bahalaşıb
- [10:06]
Birjalarda neft ucuzlaşıb
- [10:05]
“Tesla” Almaniyadakı zavodunda istehsalı ikiqat artırmağı planlaşdırır
- 15.10.2026 [23:16]
ABŞ İrana qarşı sanksiyaları genişləndirib
- 15.10.2026 [22:43]
“Volkswagen” minlərlə elektrikli avtomobili geri çağırır
- 15.10.2026 [22:24]
Ələt qəsəbəsində Vətən müharibəsi şəhidinin xatirəsi anılıb
- 15.10.2026 [21:39]
Tovuzda yol-nəqliyyat hadisəsi baş verib: xəsarət alan var
- 15.10.2026 [21:35]
Rusiya ABŞ-yə dizel yanacağının tədarükünə 2-3 həftə ərzində başlaya bilər
- 15.10.2026 [20:48]
Kəlbəcərdə qarşıya qoyulan vəzifələrin ardıcıl və vaxtında icrası vacibdir
- 15.10.2026 [20:35]
Almaniya Qırmızı dənizdə hərbi-dəniz missiyasında iştirakını davam etdirəcək
- 15.10.2026 [20:28]
® Peşəkar fəaliyyəti və zəngin təcrübəsi ilə seçilən həkim
- 15.10.2026 [20:11]
Gürcüstanda müəllim də, valideyn də vahid məktəbli formasından razıdır
- 15.10.2026 [20:01]
Bu saata olan əsas xəbərlər
- 15.10.2026 [20:00]
Qax Rayon Ağsaqqallar Şurasının hesabat-seçki yığıncağı keçirilib
- 15.10.2026 [19:59]
Şərurda müşavirə keçirilib
- 15.10.2026 [19:52]
Fyodor Şukin Dağıstanın rəhbəri seçilib
- 15.10.2026 [19:19]
İngiltərənin cənubunda güclü quraqlıq elan edilib
- 15.10.2026 [19:18]
BVF: Yaponiya 2027-ci ildə qlobal ÜDM reytinqində 6-cı yerə düşəcək
- 15.10.2026 [19:00]
YAP-ın azərbaycançılıq ideoloji xətti milli həmrəyliyin əsasıdır – ŞƏRH
- 15.10.2026 [18:51]
Formula 2 Azərbaycan Qran-Prisinin qalibi Formula 1 komandası ilə anlaşıb
- 15.10.2026 [18:49]
Cəbrayılda Günəş elektrik stansiyalarının tikintisinə icazə müddəti uzadılıb
- 15.10.2026 [18:43]
Bakı beynəlxalq inklüziv məşğulluq konfransına ev sahibliyi edir
- 15.10.2026 [18:42]
Milli maraqların qorunması və sabitlik dövlət siyasətinin prioritetidir
- 15.10.2026 [18:28]
Energetika naziri vətəndaşların müraciətlərini dinləyib
- 15.10.2026 [18:28]
Belçikada yeni fəaliyyətə başlayan həkimlərin dörddəbiri xaricdə təhsil alıb
- 15.10.2026 [18:19]