AZƏRBAYCANIN AVSTRİYADAKI SƏFİRLİYİNDƏ 20 YANVAR ŞƏHİDLƏRİNİN XATİRƏSİ YAD EDİLMİŞDİR
AZƏRTAC xəbər verir ki, Azərbaycanın Avstriyadakı səfirliyində 20 Yanvar şəhidlərinin anma mərasimi keçirilmişdir. Tədbirdə Avstriyadakı diasporumuzun nümayəndələri, bu ölkədə təhsil alan tələbələr, Vyanada yerləşən beynəlxalq təşkilatlarda çalışan azərbaycanlılar, eləcə də, Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkili (Ombudsman) Elmira Süleymanova iştirak etmişlər.
Əvvəlcə 20 Yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir. Sonra qanlı faciənin baş vermə səbəbləri, Azərbaycanın suverenliyi, ərazi bütövlüyü uğrunda həlak olan şəhidlərimizin qəhrəmanlığından danışılmışdır.
Ombudsman E.Süleymanova “Azərbaycan bu gün” adlı məruzə ilə çıxış etmiş, 20 Yanvar və Xocalı faciələri ilə bağlı fikirlərini bölüşmüşdür.
Mərasim iştirakçıları 20 Yanvar faciəsinə həsr olunmuş kinofilmə və fotosərgiyə baxmışlar.
Sonda faciə qurbanlarının xatirəsinə ehsan verilmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.10.2026 [19:49]
TÜRKPA-nın 15-ci Plenar İclasına hazırlıq məsələləri nəzərdən keçirilib
- 05.10.2026 [18:53]
Rəqəmsal Əməkdaşlıq Təşkilatı ilə əməkdaşlıq genişləndirilir
- 05.10.2026 [16:38]
“Azərbaycan parlamentarizmi tarixində qadınlar”: dünəndən bu günə YENİLƏNİB
- 05.10.2026 [11:17]
Hüquqi yardım alan şəxslərin hüquq və vəzifələri müəyyənləşdirilir
- 05.10.2026 [11:03]