Azərbaycanın boks millisi Avropa çempionatını 4 medalla başa vurub
Bakı, 20 oktyabr, AZƏRTAC
Azərbaycan millisi Bolqarıstanın paytaxtı Sofiyada keçirilən 23 yaşadək boksçular arasında Avropa çempionatında çıxışını başa vurub.
Azərbaycan Boks Federasiyasından AZƏRTAC-a verilən məlumata görə, yığma qitənin ən güclülərinin mübarizəsində 3 gümüş və 1 bürünc medal qazanıb.
Komandamızın aktivinə 4-cü mükafatı Murad Allahverdiyev yazdırıb. 80 kiloqram çəkidə çıxış edən boksçu finalda Sezar Yojerlinə (Fransa) məğlub olduğundan Avropa çempionatında fəxri kürsünün ikinci pilləsinə yüksəlib.
Ondan öncə Tural Sarıyevlə (48 kiloqram) Nicat Hüseynov (51 kiloqram) da yarışda gümüş medala sahib olub. Marjona Savriyeva (50 kiloqram) isə üçüncü yeri tutub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.10.2026 [18:23]
Arda Gülər transfer dəyəri 100 milyon avroya çatan ilk türk futbolçu olub
- 05.10.2026 [17:43]
İngiltərə millisi Çexiya ilə matça ciddi itkilərlə çıxacaq
- 05.10.2026 [16:28]
Azərbaycan gimnastı Böyük Britaniyada 2 qızıl medal qazanıb
- 05.10.2026 [15:25]