Azərbaycanın daha bir boksçusu Avropa çempionatında gümüş medal qazanıb
Bakı, 20 oktyabr, AZƏRTAC
Azərbaycan millisi Bolqarıstanın paytaxtı Sofiyada 23 yaşadək boksçular arasında Avropa çempionatında daha bir medal qazanıb.
Azərbaycan Boks Federasiyasından AZƏRTAC-a verilən məlumata görə, yığmamızın aktivinə növbəti mükafatı Nicat Hüseynov yazdırıb.
51 kiloqramda çıxış edən boksçu qitə birinciliyini gümüş medalla başa vurub. Bu, N.Hüseynovun Avropa çempionatlarında qazandığı 3-cü medal olub. O, daha öncə U-22-lər arasında çempion tituluna yiyələnib.
Yığmamızın Sofiyada əldə etdiyi medalların sayı isə 3-ə yüksəlib. Hüseynovdan öncə Tural Sarıyev (48 kiloqram) ikinci, Marjona Savriyeva (50 kiloqram) üçüncü yeri tutub.
Qeyd edək ki, bu gün yığmanın daha 1 boksçusu final qarşılaşmasına çıxacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.10.2026 [18:23]
Arda Gülər transfer dəyəri 100 milyon avroya çatan ilk türk futbolçu olub
- 05.10.2026 [17:43]
İngiltərə millisi Çexiya ilə matça ciddi itkilərlə çıxacaq
- 05.10.2026 [16:28]
Azərbaycan gimnastı Böyük Britaniyada 2 qızıl medal qazanıb
- 05.10.2026 [15:25]