Azərbaycanın əksər çaylarında suyun səviyyəsi artmışdır
Bakı, 20 may (AZƏRTAC). Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti mayın 20-də çayların sululuğu ilə bağlı apardığı araşdırmanın nəticələrini açıqlamışdır.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, araşdırmaya görə, Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 80-120, Kiçik Qafqazın çaylarında 40-80, Lənkəran-Astara bölgəsi çaylarında 90-130, Naxçıvan MR çaylarında isə 10 faizini təşkil etmişdir.
Ölkə ərazisində bəzi yerlərdə yağan yağışlar nəticəsində Quba-Xaçmaz bölgəsi çaylarında suyun səviyyəsində 3-23, Lənkəran-Astara bölgəsi çaylarında isə 6-19 santimetr artım müşahidə olunmuşdur.
Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsinin 11 santimetr azaldığı, su sərfinin saniyədə 316 kubmetr təşkil etdiyi qeydə alınmışdır.
Son 3 gün ərzində Qanıx çayının Əyriçay məntəqəsində isə suyun səviyyəsi 15 santimetr artmışdır. Məntəqədə su sərfi saniyədə 179 kubmetr olmuşdur. Eyni zamanda, Kür çayının aşağı axınındakı Surra məntəqəsində suyun səviyyəsinin 29, Şirvanda 37, Salyanda 12, Bankədə 14, Araz çayının Novruzlu məntəqəsində isə 24 santimetr artdığı müəyyən edilmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 03.10.2026 [13:50]
Proqnoz: Bəzi yerlərdə yağış, dağlıq ərazilərdə isə qar yağacaq
- 02.10.2026 [18:29]
Salyanda və Saatlıda ağacların qanunsuz kəsilməsi faktları aşkarlanıb
- 02.10.2026 [16:41]
Bəzi yerlərdə yağıntılı hava şəraiti müşahidə olunur – FAKTİKİ HAVA
- 02.10.2026 [13:04]
COP31 Sədrliyi dəniz tullantılarının təmizlənməsi platformasını təqdim edib
- 02.10.2026 [13:01]
Leysan olacaq, güclü külək əsəcək, bəzi dağlıq ərazilərə qar yağacaq
- 02.10.2026 [10:37]
Bəzi yerlərdə leysan xarakterli yağış yağır, şimşək çaxır
- 01.10.2026 [17:53]
Sentyabrda orta aylıq temperatur iqlim normasından yuxarı olub
- 01.10.2026 [17:32]