AZƏRBAYCANIN KİŞİLƏRDƏN İBARƏT KOMANDASI ABŞ ŞAHMATÇILARI ÜZƏRİNDƏ QƏLƏBƏ QAZANMIŞDIR
AZƏRTAC xəbər verir ki, Drezdendə davam edən dünya şahmat olimpiadasının dördüncü turunda Azərbaycanın kişilərdən ibarət komandası ABŞ yığmasını 3:1 hesabı ilə məğlubiyyətə uğratmışdır.
Komandanın lideri Teymur Rəcəbov birinci taxtada Qata Kamski, Şəhriyar Məmmədyarov isə Xikamura Nakamuranı udmuşlar. Vüqar Həşimovla Qədir Hüseynov isə müvafiq olaraq Aleksandr Onişuk və Yuriy Şulmanla xalları yarı bölmüşlər.
Dörd turdan sonra Azərbaycan yığması 7 xalla turnir cədvəlinin 6-cı pilləsində qərarlaşmışdır.
Qadın şahmatçılarımız isə Almaniya-2 komandası ilə qarşılaşmada 2,5:1,5 hesabı ilə qələbə qazanmışlar. Zeynəb Məmmədyarova və Nərmin Kazımova görüşlərini udaraq komandanın aktivinə 2 xal gətirmişlər. Türkan Məmmədyarova oyununu heç-heçə başa vurmuş, Nərgiz Umudova isə rəqibinə uduzmuşdur. Şahmatçılarımız 6 xalla 27-ci yerdədir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.10.2026 [19:44]
Çexiya klubunun baş məşqçisi: “Sabah” tarix yazır
- 12.10.2026 [19:40]
Azərbaycan güləşçiləri Rusiyada çempion olublar
- 12.10.2026 [19:08]
Azərbaycan Peşəkar Boks Federasiyasının yeni prezidenti bəlli olub
- 12.10.2026 [18:45]
“Sabah” “Slaviya Praqa” ilə oyundan öncə son məşqini keçirib
- 12.10.2026 [18:21]
“Sabah”ın futbolçusu: Tarixi oyunda qələbə qazanmaq istəyirik
- 12.10.2026 [17:12]