AZƏRBAYCANIN KİŞİLƏRDƏN İBARƏT KOMANDASI ŞAHMAT OLİMPİADASINDA 1-Cİ PİLLƏYƏ YÜKSƏLMİŞDİR
AZƏRTAC xəbər verir ki, Drezdendə keçirilən dünya şahmat olimpiadasında Azərbaycanın kişilərdən ibarət yığma komandası ikinci turda Slovakiya şahmatçıları üzərində 3:1 hesabı ilə qələbə qazanmışdır.
Bu turda oyunlarını qələbə ilə başa vuran Şəhriyar Məmmədyarov və Vüqar Həşimov komandamızın aktivinə 2 xal gətirmişlər. Hazırda Azərbaycan yığması reytinqə görə turnir cədvəlinin ilk pilləsini tutur.
Azərbaycanın qadın şahmatçıları da Qırğızıstan komandasını 4:0 hesabı ilə udaraq çempionatda ilk qələbələrini bayram etmişlər. Bundan sonra komandamız 77-ci pillədə qərarlaşmışdır.
İsveçrə sistemi ilə keçirilən turnirə noyabrın 25-də yekun vurulacaqdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.10.2026 [19:44]
Çexiya klubunun baş məşqçisi: “Sabah” tarix yazır
- 12.10.2026 [19:40]
Azərbaycan güləşçiləri Rusiyada çempion olublar
- 12.10.2026 [19:08]
Azərbaycan Peşəkar Boks Federasiyasının yeni prezidenti bəlli olub
- 12.10.2026 [18:45]
“Sabah” “Slaviya Praqa” ilə oyundan öncə son məşqini keçirib
- 12.10.2026 [18:21]
“Sabah”ın futbolçusu: Tarixi oyunda qələbə qazanmaq istəyirik
- 12.10.2026 [17:12]