Azərbaycan Dövlət İnformasiya Agentliyi

Azərbaycanın meşə fondu torpaqlarının 261 min hektarı işğal altındadır

Bakı, 7 fevral, AZƏRTAC

Fevralın 7-də “Marriott Abşeron” otelində Qlobal Ekologiya Fondunun maliyyələşdirdiyi və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) həyata keçirdiyi “Azərbaycanda meşə fondu barədə bilik bazasını gücləndirmək üçün meşə ehtiyatlarının qiymətləndirilməsi və monitorinqi” layihəsinin təqdimatına həsr olunmuş seminar keçirilib.

AZƏRTAC xəbər verir ki, layihənin əsas məqsədi Azərbaycanda dayanıqlı meşə təsərrüfatının qurulması, meşələrin sosial və iqtisadi səmərəliliyinin və karbonun udulmasının artırılması, eləcə də mövcud meşələrin keyfiyyətinin yaxşılaşdırılmasıdır.

Tədbirdə çıxış edən BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Azərbaycanda tərəfdaşlıq və əlaqələndirmə ofisinin rəhbəri Mələk Çakmak bildirib ki, layihə meşəçilik sahəsində məlumatların toplanması, qiymətləndirilməsi və hesabatların tərtibi üçün müasir metodikanın hazırlanmasına, operativ milli meşə qiymətləndirmə və monitorinq sisteminin qurulmasına, seçilmiş pilot ərazilərdə meşə təsərrüfatının planlaşdırılmasının təkmilləşdirilməsinə töhfə verəcək. Yerli kiçik fermerlər üçün gəlir gətirən fəaliyyətlərin nümayiş etdirilməsi və tətbiqi imkanlarının araşdırılması ilə yanaşı, deqradasiyaya uğramış meşə fondu torpaqlarında karbon ehtiyatlarının artırılması, meşə ehtiyatları barədə yenilənmiş məlumatların və istiqamətlərin təchiz edilməsi, əldə edilmiş təcrübələrin və müvafiq qaydaların yayılması vasitəsilə dayanıqlı meşə idarəçiliyinin təmin edilməsi layihənin başlıca nəticələri sırasına daxildir.

O, qeyd edib ki, layihə çərçivəsində cəlb ediləcək beynəlxalq və yerli mütəxəssislərin köməyi ilə ETSN-in əməkdaşlarına meşələrin qiymətləndirməsi və monitorinqi sisteminin operativləşdirilməsində, meşə və karbon ehtiyatlarının inventarlaşdırılmasında “Collect Earth” proqram təminatından, eləcə də karbonun hesablanması üçün “Ex-Act” karbon balans qiymətləndirmə sistemindən istifadə barədə modullar üzrə təlim keçiriləcək. Meşə təsərrüfatının planlaşdırılması və Coğrafi İnformasiya Sisteminə dair təlimlər də layihə boyu icra olunacaq.

Bununla yanaşı, layihə Azərbaycanın Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi haqqında Çərçivə Konvensiyası ilə bağlı Paris Sazişindən irəli gələn öhdəliklərini icra etməsinə köməklik göstərəcək. Qeyd edək ki, Paris Sazişinə qoşulmaqla ölkə 2030-cu ilə kimi 1990-cı ilə nisbətdə istilik effekti yaradan qaz tullantılarını 35 faizə qədər azaltmaq öhdəliyini götürüb.

Daha sonra ekologiya və təbii sərvətlər nazirinin müavini Firdovsi Əliyev çıxış edərək nazirliyin gördüyü işlərdən danışıb. O, çıxışı zamanı Azərbaycanın meşə fondu torpaqlarının 261 min hektarının işğal altında olduğunu vurğulayıb. Nazir müavini erməni vandallarının həmin ərazilərin biomüxtəlifliyinə ziyan vurduğunu, fauna və florasının təhlükədə olduğunu və bu məsələnin hər bir Azərbaycan vətəndaşını narahat etdiyini qeyd edib.

“Ölkə ərazisinin 12 faizini meşə fondu torpaqları təşkil edir. Azərbaycanda meşələrin ümumi sahəsi isə 1 milyon 21 min hektardır. Son 16 il ərzində Azərbaycanda 158,7 min hektar ərazidə meşə bərpa tədbirləri aparılıb, 52,1 min hektar ərazidə yeni meşəliklər salınıb, 106 milyon ağac əkilib. Bununla yanaşı respublikamızda son illər arid sahələrin, qeyri-münbit torpaqların təmizlənərək yararlı vəziyyətə gətirilməsindən sonra müasir metodlara əsaslanan yeni yaşıllaşdırma layihələri icra olunub. Dörd min hektardan çox ərazidə 5 milyondan çox ağac əkilib ki, bunun 1 milyona qədərini meyvə ağacları təşkil edib”, - deyə nazir müavini söyləyib.

Sonra FAO-nun Mərkəzi Asiya üzrə Ankaradakı subregional ofisinin nümayəndəsi, meşəçilik üzrə mütəxəssis Peter Peçaçek “Azərbaycanda meşə fondu barədə bilik bazasını gücləndirmək üçün meşə ehtiyatlarının qiymətləndirilməsi və monitorinqi” layihəsinin təqdimatını edib. P.Peçaçek təqdimat zamanı Azərbaycanda meşələrin qeyri-qanuni kəsilməsinin, mal-qara otarılmasının deqradasiyanın artmasına, məhsuldarlığın azalmasına səbəb olduğunu bildirib. Mütəxəssis gələn həftədən etibarən icrasına başlanacaq layihə çərçivəsində meşələrin dayanıqlı inkişafını təmin etmək üçün il ərzində 150 hektar ərazinin bərpasının nəzərdə tutulduğunu deyib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşələrin İnkişafı Departamentinin direktor əvəzi Söhrab Abbasov qarşıdakı iki il üçün icra müddəti nəzərdə tutulmuş layihə ilə bağlı gözləntilərdən danışıb. O, öz çıxışında FAO-nun Azərbaycanda ərzaq, kənd təsərrüfatı və ətraf mühitin sağlamlaşdırılması istiqamətində gördüyü işlərin təqdirəlayiq olduğunu qeyd edib və nazirliyinin meşələrin mühafizə və idarə olunması sahəsində gördüyü işlərdən danışıb.

“Layihə çərçivəsində pilot ərazilərdə - Qax və Ağdaş rayonlarında nəzərdə tutulan meşəsalma və meşəbərpa tədbirləri, eləcə də Şəmkir Tinglik Təsərrüfatının və Toxum Laboratoriyasının modernləşdirilməsi fəaliyyətləri də bizim üçün əhəmiyyət daşıyır. Mütəxəssislərimiz də bu tədbirlərin icrası zamanı layihə işçilərinə daim dəstək göstərəcəklər”, - deyə direktor əvəzi söyləyib.

Seminar layihə ilə əlaqədar müxtəlif mövzuların məruzəsi və müzakirəsi ilə davam edib.

Qeyd edək ki, tədbirdə ETSN-in departamentlərindən olan mütəxəssislər, müvafiq dövlət qurumları və qeyri-hökumət təşkilatlarının nümayəndələri, FAO-nun baş qərargahı və Mərkəzi Asiya üzrə subregional ofisindən layihənin texniki və əməliyyat heyəti iştirak edib.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Azərbaycan Basketbol Liqasında yeni mövsüm start götürür

Taksi sürücüləri üçün test imtahanına 1680 nəfər qeydiyyatdan keçib

Qızıl və gümüş bahalaşıb

Orta Dəhlizdə Azərbaycanın roluna dair müzakirələr aparılıb

Birjalarda neft bahalaşıb

Azərbaycan nefti 118,22 dollara satılır

® “Azəriqaz” abonentləri müqavilələri “SİMA” ilə rəqəmsal imzalayacaq

Konstitusiya Məhkəməsi Plenumunun iclasında rayon məhkəməsinin müraciəti əsasında qərar qəbul edilib

Ölkə ərazisində hava şəraiti yağıntılı keçib

® “Bolt” cüdo üzrə dünya çempionatının rəsmi mobillik tərəfdaşıdır

Nazir: Yerli şirkətlərin müdafiə təchizatındakı payının artacağını gözləyirik

Ekspert: Azərbaycan regional bağlantı və investisiya mərkəzi kimi mövqeyini gücləndirir

Azərbaycan Universiteti Pakistanın Northern Universiteti ilə əməkdaşlığa başlayır

Nazir: Gələcəyin müdafiə sənayesi zavodlarla yanaşı, universitetlərdə və tədqiqat mərkəzlərində qurulur

Prezident İlham Əliyev: Azərbaycanın müdafiə sənayesi məhsullarının keyfiyyəti beynəlxalq səviyyədə yüksək qiymətləndirilir

Prezident: Müdafiə qabiliyyətinin möhkəmləndirilməsi Azərbaycanın dövlət siyasətinin prioritet istiqamətlərindən biridir

Vüqar Mustafayev: Təhlükəsizlik bilik, mühəndislik qabiliyyəti və istehsal gücü üzərində formalaşır

“ADEX 2026” 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisinin və “Securex Caspian 2026” 15-ci Yubiley Beynəlxalq Daxili Təhlükəsizlik, Mühafizə və Xilasetmə Avadanlıqları Sərgisinin iştirakçılarına

“Neftçi” basketbol klubu Avropa Kubokunda cavab oyununa çıxır

Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı kollektivə təqdim olunub

Hikmət Babaoğlu: Xaqani Şirvaninin 900 illiyi böyük şairin irsini yenidən kəşf etmək imkanıdır

Seçmə mərhələ: Azərbaycanın U-21 millisi Şotlandiya səfərində

Bakıda “Birliyin Gücü – 2026” birgə hərbi təliminin müşahidəçiləri ilə görüş olub

Bakıda “ADEX-2026” və “Securex Caspian” sərgiləri işə başlayıb

Lənkəranın 6 kəndində qaz təchizatı müvəqqəti dayandırılacaq

BDU dünyanın ən yaxşı universitetlərinin reytinq siyahısında mövqeyini yaxşılaşdırıb

Nəsimi rayonunun bəzi küçələrində qaz təchizatında fasilə yaranacaq

Bakıda bəzi yollarda nəqliyyatın hərəkətində sıxlıq yaranıb

Xocalıya qayıdan sakin: Müharibə olmasın, insanlar sağlıq və əmin-amanlıq içində yaşasınlar VİDEO

Xocalıya qayıdan sakin: Müharibə olmasın, insanlar sağlıq və əmin-amanlıq içində yaşasınlar VİDEO

Azərbaycan universitetlərinin THE reytinqində təmsilçiliyi genişlənib

ABŞ Kubaya qarşı sanksiyaları sərtləşdirib

Böyük Qayıdış: Növbəti köç karvanı ilə 42 ailə yola salınıb

Pentaqon “Boeing” şirkəti ilə 20 milyard dollarlıq müqavilə imzalayıb

Krit adasında 8,5 milyon illik kərgədan kəlləsi aşkarlanıb

“Bloomberg”: OPEC+ ölkələri noyabrda neft hasilatı planlarını dəyişməyə bilər

FAO: Dünyada deqradasiyaya uğramış meşələrin sahəsi 460 milyon hektardan çoxdur

“OpenAI” və “Google” tədqiqatçılarından süni intellektlə bağlı xəbərdarlıq

Suriyada sursat anbarında partlayış baş verib

Tramp: İran nə vaxtsa təslim olmaq qərarına gələcək

Xəzər dənizində zəlzələ qeydə alınıb

Almaniya NATO-nun Şərq cinahını gücləndirmək üçün yeni hərbi-logistika qovşağı yaradır

Naxçıvanda skuterlə motosiklet toqquşub, 3 nəfər xəsarət alıb

ABŞ İrana silah tədarükünə görə 10 şəxs və şirkətə sanksiya tətbiq edib

Yaponiya Suriyanın 16 qurumunun aktivlərinə qarşı olan məhdudiyyətləri aradan qaldırıb

Fransada dövlət sektorunda genişmiqyaslı tətil: yüz minlərlə insan küçələrə çıxıb

“Töhfətül-İraqeyn” əsərinin Xaqaninin yaradıcılığında və Azərbaycan ədəbi irsində əhəmiyyəti

İraq Hava Yollarına İrana uçuşlara xüsusi istisna hal kimi icazə verilib

Almatıda MDB Bədən Tərbiyəsi və İdman Şurasının iclası olub

Rejissor: Sənədli film türk dövlətlərinin Qarabağdakı həmrəyliyindən bəhs edir

Kəmalə Paşayeva: Filmin məqsədi Qənirə Paşayevanın Türk dünyası ilə bağlı ideyalarını davam etdirməkdir

Nizami Kino Mərkəzində “Türkün gücü tükənməz” sənədli filminin təqdimatı olub

Nazir müavini: Orta Dəhlizin yük dövriyyəsi təxminən dörd dəfə artacaq

“Xarıbülbül” “Route du Vin” marafonunda

Milli tennisçimiz ilk dəfə ATP reytinqinə daxil olub

Azərbaycanla Müqəddəs Taxt-Tac arasında gələcək birgə proqramlarla bağlı fikir mübadiləsi aparılıb

“Fox News”: Heqset ABŞ Silahlı Qüvvələrində generalların sayını 20 faiz azaltmağı planlaşdırır

Bakıda Slovakiyanın milli bayramı – Konstitusiya Günü qeyd olunub

Romada Leyla Əliyeva ilə Müqəddəs Arxeologiya üzrə Pontifik Komissiyanın katibinin görüşü olub

Leyla Əliyeva Vatikan şəhər-dövlətinin qubernatorluğunun prezidenti ilə görüşüb

Tokayev: Qazaxıstan Orta Dəhliz vasitəsilə yükdaşıma qabiliyyətini 20 milyon tona çatdırmaq niyyətindədir

Kansler Fridrix Merts: Orta Dəhlizi daha da genişləndirmək istəyirik

Cəlilabadda qədim yaşayış məskəni tapılıb

Almaniya Prezidenti: Orta Dəhlizin genişləndirilməsi gələcəyin layihəsidir

Xaqani Şirvani 900: Böyük şairin zəngin irsinə ehtiram

Azərbaycan Basketbol Federasiyası ötən mövsümün hesabatını verib

Qazaxıstan Prezidenti Almaniyaya səfər edib

Baş nazirin müavini Şahin Mustafayev İran Prezidenti Məsud Pezeşkianla görüşüb

Azərbaycan Asiya İnfrastruktur İnvestisiya Bankının İllik Toplantısında təmsil olunub

Bu saata olan əsas xəbərlər

Leyla Əliyeva Müqəddəs Taxt-Tacda Azərbaycan xalçaları sərgisinin açılışında iştirak edib

Xalq rəssamı: Natəvanın barelyefi yaradıcılığımın ilk mühüm əsərlərindən biridir

Qoşulmama Hərəkatı Gənclər Təşkilatına yeni sədr seçilib

Tailandda güclü yağış və daşqınlar 23 nəfərin həyatına son qoyub

İstanbulun tarixi Rami Kitabxanasında “Azərbaycan bölməsi” yaradılıb VİDEO

İstanbulun tarixi Rami Kitabxanasında “Azərbaycan bölməsi” yaradılıb VİDEO

Ağstafada müəllimlər arasında yarış olub VİDEO

Ağstafada müəllimlər arasında yarış olub VİDEO

Asiya İnfrastruktur İnvestisiya Bankının prezidenti: Azərbaycanla sıx əməkdaşlıq etməyi səbirsizliklə gözləyirik

Bakı Kitab Mərkəzində “Sənsiz” adlı ədəbi-musiqili gecə VİDEO

Bakı Kitab Mərkəzində “Sənsiz” adlı ədəbi-musiqili gecə VİDEO

Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı kollektivə təqdim olunub

Şri-Lankada denge virusuna yoluxanların sayı 100 mini keçib

Gəncə-Daşkəsən iqtisadi rayonunda genişmiqyaslı coğrafi tədqiqatlar aparılıb

Azərbaycan və Sudan arasında hərbi-texniki əməkdaşlıq məsələləri müzakirə edilib

Baş konsul İğdır vilayətində bir sıra görüşlər keçirib

Transplant-kardioloq Oqtay Musayev: Ürək transplantasiyası ilə Azərbaycan səhiyyəsi Qafqazda öz inkişafını bir daha təsdiqlədi

Marko Rubio: Böyük Britaniyada hərbi bazanın yaxınlığında baş verən insidentdə xarici aktorun əli var

Nazir Məcnun Məmmədov Şabranda vətəndaşlarla görüşüb

Tarixçi-alim: Albaniyada tanrıçılıq nəinki islamdan, hətta xristianlıqdan əvvəl yayılmışdı

Azərbaycan və Belarus arasında müdafiə sahəsində əməkdaşlığın perspektivləri müzakirə edilib

Malayziyada təhsil alan azərbaycanlı gənclərlə görüş: milli həmrəylik və diaspor fəaliyyəti

“Şəhid olduğunu yuxumda görmüşdüm” - Elmaz Hacıyevin anası VİDEO

“Şəhid olduğunu yuxumda görmüşdüm” - Elmaz Hacıyevin anası VİDEO

Amerikalı basketbolçu Azərbaycan klubuna keçib

Kənd Təsərrüfatı Nazirliyi və Dünya Bankı arasında CRAIS layihəsi ilə bağlı müzakirələr aparılıb

Azərbaycanda balıqçılıq idmanı ilə məşğul olanlar beynəlxalq yarışlarda iştirak edə biləcəklər VİDEO

Azərbaycanda balıqçılıq idmanı ilə məşğul olanlar beynəlxalq yarışlarda iştirak edə biləcəklər VİDEO

Azərbaycanın İtaliyadakı səfiri etimadnaməsini Prezident Sercio Mattarellaya təqdim edib

Amur vilayətində Tu-95 hərbi təyyarəsi qəzaya uğrayıb

BDU-da “Zəfər ayı”: Yaddaşımızda yaşayan qəhrəmanlar

Avrokomissar: Aİ-nin enerji xərcləri bu il 100 milyard avrodan çox artıb

DVX: Vergi borclarının idarə olunmasına daha çevik yanaşmaların tətbiqi istiqamətində iş aparılır

ADSEA sədri Samux rayonunda vətəndaşların müraciətlərini dinləyib

Azərbaycan İtaliya ilə strateji sahələrdə qarşılıqlı faydalı tərəfdaşlıq imkanlarını nəzərdən keçirib

Əlilliyi olan 1600-dən çox şəxs hippoterapiya xidmətinə cəlb edilib