AZƏRBAYCANIN MÜDAFİƏ NAZİRİ LİTVAYA YOLA DÜŞMÜŞDÜR
Azərbaycanın müdafiə naziri, general-polkovnik Səfər Əbiyev Litva Respublikasının müdafiə naziri Linas Linkeviçiusun dəvəti ilə iyunun14-də Vilnüs şəhərinə iki günlük səfərə yola düşmüşdür.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a demişlər ki, səfər proqramında Litva Prezidentinin səlahiyyətlərini icra edən Arturas Paulauskas ilə, eləcə də parlament, Xarici İşlər və Müdafiə Nazirliklərində görüşlər nəzərdə tutulmuşdur.