Azərbaycanın Niderland Krallığındakı səfirliyinin məlumatı
Bakı, 15 sentyabr, AZƏRTAC
Son zamanlar Azərbaycan Respublikasının Niderland Krallığındakı səfirliyinin üçüncü katibi Nahid Cəfərovun diplomatik xidmətdə fəaliyyətinə xitam verilməsi barəsində məlumat bəzi bloq və ya portallar tərəfindən təhrif olunmuş formada təqdim edilib.
Bu barədə AZƏRTAC-a Azərbaycanın Niderland Krallığındakı səfirliyindən məlumat verilib.
Məlumatda bildirilir ki, səfirliyin üçüncü katibi N.Cəfərovun (ona eyni zamanda konsulluq məsələləri də həvalə olunub) Xarici İşlər Nazirliyindəki fəaliyyətinə qanunun tələblərinə uyğun olaraq xitam verilib və o, artıq Azərbaycanın Niderland Krallığındakı səfirliyində çalışmır.
Xaricdəki diplomatik nümayəndəliklərin əməkdaşlarının ümumi siyahısında Niderlanddakı səfirliyin əməkdaşı kimi N.Cəfərovun adının qeyd edilməsinə gəldikdə isə bildiririk ki, rotasiya qaydalarına uyğun olaraq bu siyahı dövri əsasda yenilənir. Bəzi bloq və ya portalların 2015-ci ilin əvvəlinə aid köhnə siyahıya istinad edərək, ictimaiyyətə yanlış məlumat vermək cəhdləri düzgün deyil.
Diplomatik xidmətdə fəaliyyətinə xitam verilmiş hər bir şəxs kimi N.Cəfərov da öz yaşayış yerini seçməkdə sərbəstdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 02.10.2026 [15:32]
YAP Təftiş Komissiyasının hesabatı yekdilliklə təsdiqlənib
- 02.10.2026 [11:17]