Azərbaycanın qadın şahmatçıları uğur qazanacaqlarına ümid edirlər
Bakı, 18 may, AZƏRTAC
Sabah Batuminin (Gürcüstan) yaxınlığındakı Çakvi qəsəbəsində şahmat üzrə qadınlar arasında 16-cı şəxsi Avropa birinciliyi start götürəcək.
AZƏRTAC xəbər verir ki, turnirdə 99 şahmatçı qadın iştirak edəcək, onların arasında 63 qrossmeyster vardır. Azərbaycan idmanının şərəfini 14 idmançı qoruyacaq ki, onların da arasında qrossmeysterlər Günay Məmmədzadə, Gülnar Məmmədova, Nərmin Kazımova, Zeynəb Məmmədyarova, beynəlxalq dərəcəli ustalar Ülviyyə Fətəliyeva, Nərgiz Umudova, Səbinə İbrahimova, Xəyalə Abdulla və başqaları vardır.
Azərbaycan şahmatçılarının rəqibləri Gürcüstan, Macarıstan, Rusiya, İtaliya, Türkiyə, Ukrayna, Moldova, Bolqarıstan, Polşa və başqa ölkələrin nümayəndələri olacaqlar.
Qadınlar arasında Avropa çempionatı İsveçrə sistemi üzrə 11 turda keçiriləcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 21.05.2026 [20:35]
Premyer Liqa: "Qəbələ" "Şamaxı"ya qalib gəlib
- 21.05.2026 [18:42]
Futzal üzrə Azərbaycan Kubokunun qalibi müəyyənləşib
- 21.05.2026 [17:32]
Azərbaycan Premyer Liqasında yeni mövsümün start tarixi məlum olub
- 21.05.2026 [17:00]
Azərbaycan Premyer Liqasında “transfer pəncərələri”nin vaxtı açıqlanıb
- 21.05.2026 [16:06]
® ABB şahmat çempionatının qalibi olub
- 21.05.2026 [15:52]
Futbol üzrə Almaniya millisinin dünya çempionatı üçün heyəti açıqlanıb
- 21.05.2026 [11:46]
Stolüstü tennisçilər Özbəkistandan 7 medalla qayıdırlar
- 21.05.2026 [10:52]