AZƏRBAYCANIN RAYONLARINDA ŞİMŞƏK ÇAXACAĞI, QISAMÜDDƏTLI YAĞIŞ YAĞACAĞI GÖZLƏNİLİR
Bakı, 13 sentyabr (AZƏRTAC). Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən AZƏRTAC-a verilən məlumata görə, sentyabrın 14-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu, əsasən yağmursuz keçəcəyi, lakin axşam buludluluğun artacağı, yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı gözlənilir. Şimal-qərb, şimal küləyinin əsəcəyi, gündüz arabir güclənəcəyi ehtimal olunur. Havanın temperaturu gecə 17-19 dərəcə, günün birinci yarısında 25-30 dərəcə, axşama doğru 20-24 dərəcə isti təşkil edəcəkdir.
Sentyabrın 15-də hava şəraitinin buludlu olacağı, gecə və səhər yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı, gündüz dəyişkən buludlu, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal küləyinin əsəcəyi, gecə və səhər arabir güclənəcəyi, gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq ehtimal olunur. Havanın temperaturu gecə 16-19 dərəcə, gündüz 21-24 dərəcə isti olacaqdır.
Azərbaycanın rayonlarında sentyabrın 14-15-də əsasən gecə və axşam saatlarında bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı, qərb küləyinin əsəcəyi, arabir güclənəcəyi gözlənilir. Havanın temperaturu gecə 17-21 dərəcə, gündüz 25-30 dərəcə, dağlarda gecə 8-13 dərəcə, gündüz 15-20 dərəcə isti təşkil edəcəkdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.09.2026 [13:13]
Sabah bəzi yerlərdə yağış yağacaq
- 27.09.2026 [12:28]
Sentyabrın 28-nə gözlənilən hava şəraiti açıqlanıb
- 26.09.2026 [13:04]
Nazirlik: Palçıq vulkanında püskürmə 10 dəqiqə davam edib
- 25.09.2026 [18:15]
Bakıda və Qubada ağacların qanunsuz kəsilməsi faktları aşkarlanıb
- 25.09.2026 [17:05]
Ətraf mühit məsələləri ilə bağlı müzakirələr aparılıb
- 25.09.2026 [12:31]
Sabah Bakıda hava dəyişkən buludlu olacaq, bəzi rayonlarda yağış yağacaq
- 25.09.2026 [10:17]