Azərbaycanın üç yunan-Roma güləşçisi Avropa çempionatının yarımfinalına yüksəlib
Bakı, 30 aprel, AZƏRTAC
Rusiyanın Kaspiysk şəhərində böyüklər arasında güləş üzrə Avropa çempionatı başlayıb.
AZƏRTAC xəbər verir ki, ilk yarış günündə 55, 63, 77, 87 və 130 kiloqram çəki dərəcəsində yunan-Roma güləşçiləri yarışırlar.
Azərbaycan millisinin üç güləşçisi yarımfinala vəsiqə qazanıb. Elvin Mürsəliyev (77 kq) və İslam Abbasov (87 kq) hərəyə iki görüş, Eldəniz Əzizli (55 kq) isə bir görüşü qələbə ilə başa vuraraq yarımfinala yüksəlib.