AZƏRBAYCANIN VƏ SLOVAKİYANIN NƏQLİYYAT NAZİRLİYİ ARASINDA NİYYƏT PROTOKOLU İMZALANMIŞDIR
Nəqliyyat naziri Ziya Məmmədov Azərbaycanın yol-nəqliyyat kompleksinə daxil olan sahələrin mövcud vəziyyəti, bu sahədə aparılan islahatlar, görülən işlər barədə qonaqlara ətraflı məlumat vermişdir. Qeyd edilmişdir ki, hazırda Azərbaycanda bu sahəyə dövlət səviyyəsində xüsusi diqqət yetirilir, yol-nəqliyyat kompleksinin beynəlxalq standartlar səviyyəsinə çatdırılması üçün irimiqyaslı layihələr həyata keçirilir.
Slovakiyanın nəqliyyat, rabitə və telekommunikasiya naziri Lyubomir Vajnı bu sahədə öz ölkəsinin təcrübəsindən danışmışdır.
Ölkələrimizin nazirləri arasında nəqliyyat sahəsindəki qarşılıqlı əlaqələrin inkişaf etdirilməsi, gələcək birgə layihələr barədə fikir mübadiləsi aparılmışdır.
Görüşün sonunda əməkdaşlıq barədə Niyyət Protokolu imzalanmışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 11.06.2026 [18:53]
Vətəndaşlara saxta CAPTCHA səhifələri ilə bağlı xəbərdarlıq edilir
- 11.06.2026 [18:43]
OPEC: Bu il qlobal neft tələbatı sutkada 106 milyon barel olacaq
- 11.06.2026 [17:59]