Azərbaycan Dövlət İnformasiya Agentliyi

Azərbaycanın xarici siyasəti türk dövlətləri ilə əlaqələrin dərinləşdirilməsini prioritetləşdirir ŞƏRH

Azərbaycanın xarici siyasəti türk dövlətləri ilə əlaqələrin dərinləşdirilməsini prioritetləşdirir  ŞƏRH

Bakı, 8 oktyabr, AZƏRTAC

Türk dünyasının birliyinin, həmrəyliyinin təqdimatı olan Türk Dövlətləri Təşkilatı Dövlət Başçılarının XII Zirvə görüşü tarixi əhəmiyyət daşımaqla hazırkı geosiyasi çağırışlar fonunda TDT-nin sülhün və sabitliyin təmin olunmasında birgə səylər göstərmək niyyətini nümayiş etdirir. Azərbaycanın xarici siyasəti türk dövlətləri ilə əlaqələrin dərinləşdirilməsini prioritetləşdirir.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Anar Məmmədov səsləndirib.

O vurğulayıb ki, Prezident İlham Əliyevin Zirvə görüşlərindəki çıxışları və təşəbbüsləri TDT-nin yalnız mədəni yox, həm də ciddi geosiyasi mərkəzə çevirməsinə hədəflənib. Qəbələdə keçirilən XII Zirvə Görüşündə sədrliyin Qırğızıstandan Azərbaycana keçməsi də ölkənin bu təşkilatdakı liderlik mövqeyinin rəsmi təsdiqidir. Görüşdə səsləndirilən fikirlər bir daha göstərdi ki, artıq Türk Dövlətləri Təşkilatı, sadəcə, əməkdaşlıq platforması deyil, geosiyasi mərkəzə çevrilmiş strateji güc birliyidir. Prezident İlham Əliyevin sözləri ilə desək: “Bu gün Türk Dövlətləri Təşkilatı, sadəcə, əməkdaşlıq platforması deyil, ciddi geosiyasi mərkəzlərdən biri kimi formalaşır”.

“Əsası 2009-cu ildə Naxçıvan Sazişi ilə qoyulan Türk Dövlətləri Təşkilatı Türk dünyası ölkələri arasında əməkdaşlığı dərinləşdirmək məqsədilə qarşısında dayanan vəzifələri reallaşdırmaq istiqamətində uğurlu inkişaf yolu keçib. Azərbaycan həmişə Türk dünyası ölkələri arasında siyasi, təhlükəsizlik, müdafiə sənayesi, iqtisadi, sosial və mədəni sahələrdə əməkdaşlığın dərinləşdirilməsinin əsas aktoru və hərəkətverici qüvvəsi kimi çıxış edib. Qəbələ Zirvəsi isə bu sənədin ruhuna uyğun olaraq vahid təhlükəsizlik məkanının möhkəmləndirilməsi yolunda mühüm mərhələ oldu. Prezident İlham Əliyev çıxışında bu məqamı xüsusi vurğulayaraq bildirdi ki, təhlükəsizlik təmin edilmədən inkişaf mümkün deyil.

Azərbaycanın təşəbbüsü ilə 2026-cı ildə TDT-yə üzv ölkələrin birgə hərbi təlimlərinin keçirilməsi təklifi də bu istiqamətdə yeni addımdır”, - deyə A.Məmmədov qeyd edib.

Onun sözlərinə görə, bu təşəbbüs, əslində, bölgənin müdafiə gücünün birləşdirilməsini və gələcəkdə mümkün təhdidlərə qarşı kollektiv təhlükəsizlik modelinin formalaşdırılmasını nəzərdə tutur.

“Türk Dövlətləri Təşkilatının XII Zirvə Görüşü “Regional sülh və təhlükəsizlik” mövzusuna həsr edilmişdi. Təşkilata üzv ölkələr yenidən bir araya gələrək, sonuncu Zirvə Görüşündən keçən dövr ərzində görülmüş işləri və əldə olunmuş nailiyyətləri qiymətləndirdilər, təşkilatın inkişaf etdirilməsi və fəaliyyətinin daha da genişləndirilməsi istiqamətində fikir mübadiləsi apardılar. Zirvə Görüşündə quruma müşahidəçi üzv statusuna malik ölkələrin də dövlət və hökumət başçıları iştirak etdilər. Zirvə Görüşü üzv dövlətlər arasında sıx əməkdaşlıq əlaqələrini və inteqrasiyanı daha da gücləndirməyi hədəfləməklə, bu ölkələrə aid ən vacib məsələlərin müzakirəsi üçün mühüm platforma rolunu oynayır. Azərbaycan türk dövlətləri ilə əlaqələrini ən yüksək formada inkişaf etdirməkdə və vahid türk ailəsinə daha da yaxın olmaqda maraqlıdır və bu istiqamətdə fəaliyyətini uğurla davam etdirir.

Dövlətimizin başçısı da Zirvə Görüşündəki çıxışında diqqəti bir sıra mühüm məqamlara yönəltdi. Azərbaycanın 20 milyard dollardan çox sərmayə qoyduğu türk ölkələri iqtisadi əməkdaşlığın səmərəli modelini nümayiş etdirir. Prezident İlham Əliyevin vurğuladığı kimi, bu vəsaitlərin əsas hissəsi Türkiyə, Qazaxıstan, Qırğızıstan və Özbəkistanla birgə fondlara yönəlib. Bu, təkcə maliyyə axını deyil, həm də birgə inkişaf fəlsəfəsi deməkdir. TDT çərçivəsində iqtisadi inteqrasiyanın dərinləşməsi türk dövlətlərini dünya iqtisadi sistemində vahid güc mərkəzinə çevirəcək”, - deyə A.Məmmədov vurğulayıb.

O bildirib ki, Prezident İlham Əliyevin hər bir tədbirdə əsas diqqət göstərdiyi məsələlərdən biri tarixi Zəfərimiz və suverenliyimizin tam bərpa edilməsidir. Zirvə Görüşü bu baxımdan da diqqətdə oldu. Dövlətimizin başçısının çıxışında qeyd olunduğu kimi, qardaş ölkələr Qarabağın və Şərqi Zəngəzurun bərpasında fəal iştirak edirlər. Füzulidə Mirzə Uluqbəy adına məktəbin, Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzinin, Ağdamda Manas adına məktəbin, Cəbrayılda macar qardaşlarımızın hədiyyəsi olan məktəbin, eləcə də Füzuli məscidinin tikilməsi türk həmrəyliyinin parlaq nümunələridir. Bu layihələr təkcə tikinti deyil, mənəvi birliyin, qarşılıqlı etimadın və sarsılmaz qardaşlığın rəmzidir. Türk dövlətlərini birləşdirən mənəvi dəyərlər həm də xalqların gələcək inkişafına ideoloji istiqamət verir. Azərbaycan bu mənəvi inteqrasiyanın mərkəzində dayanaraq, həm tarixi ənənələri qoruyur, həm də müasir dövrün çağırışlarına cavab verən mədəni platformalar yaradır. Bu baxımdan, Azərbaycan dilinin, ədəbiyyatının, musiqisinin və incəsənətinin bütün türk coğrafiyasında tanıdılması, gənclər arasında ortaq layihələrin təşviqi xüsusi əhəmiyyət daşıyır. Məhz bu istiqamətdə görülən işlər türk birliyinin gələcəyini təmin edən ideoloji baza yaradır.

“Xalqlarımızın ənənəvi dəyərlərə sadiqliyi və eyni etnik köklərə malik olmaları ölkələrimizi sıx birləşdirir. Azərbaycan həmişə Türk dünyasının sıx birləşməsinə öz töhfəsini verib və bundan sonra da Türk dünyasının birliyi amallarına sadiq qalacaq. Keçirilən tədbirlər türk ölkələrinin liderləri arasında əlaqələrin daha da gücləndirilməsi, gündəmin aktual məsələləri ətrafında birgə müzakirə imkanlarının genişləndirilməsi, birliyimizin möhkəmləndirilməsi məqsədinə xidmət edir”, - deyən deputat fikirlərini yekunlaşdırıb.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Ladislau-Marius Vizerin “Dostluq” ordeni ilə təltif edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Qubada ilk qar

Tovuzda baş verən ölüm hadisəsinin təfərrüatları məlum olub YENİLƏNİB

Azərbaycan nefti 124 dollara satılır

Suqovuşan və Talış kəndlərinin işğaldan azad edilməsindən 6 il ötür

Yaponiya 2030-cu ildə yeni raketlərin kütləvi istehsalına başlayacaq

Ulu Öndərin dövlətçilik irsi müasir Azərbaycan tarixinin öyrənilməsində mühüm mövzulardan biridir

Ulu Öndər Heydər Əliyev - Müstəqil Azərbaycanın xilaskarı və dövlətçilik ideologiyasının banisi

Suraxanı rayonunun bəzi ərazilərində işıq olmayacaq

ABŞ BMT üzvlərini İrana qarşı sanksiyalara əməl etməyə çağırıb

Hörmüz boğazında neft tankerinə atəş açılıb

G20 ölkələri ərzaq ticarətinin siyasi məqsədlər üçün istifadəsini pisləyib

BMT: 2025-ci ildə dünyada 6 milyona yaxın qaçqın uşaq məktəbdən kənarda qalıb

Şimali Koreya Yapon dənizinə doğru raket atıb

Tramp dizel yanacağının ixracına qadağa qoyulmayacağını bildirib

İsrail ordusu Suriyanın cənubundakı Kuneytra əyalətini atəşə tutub

Tramp ASEAN sammitində iştirak etmək üçün Filippinə səfər edəcək

ABŞ-Ukrayna fondu ilk mədən müqaviləsini imzalayıb

Millətlər Liqası: Türkiyə Belçikaya uduzub, Fransa İtaliya ilə heç-heçə edib

Fransada lisey şagirdlərinin etirazlarında 5000-dən çox insan saxlanılıb

3 oktyabr 1993-cü il müstəqil Azərbaycanın inkişaf mərhələsinin başlanğıcıdır RƏY

Zığ dairəsi-Hava Limanı yolunda bütün zolaqlar üzrə sürət həddi endirilib

Husilər: Səudiyyə Ərəbistanı son sutka ərzində Yəmənə 94 hava zərbəsi endirib

Şimali Kiprdə batan gəminin qəza səbəbi açıqlanıb

G7 ölkələri İranı enerji təhlükəsizliyini pozmaqda günahlandırıblar

“Fənərbağça”dan paylaşım: Salam, qardaş, Can Azərbaycan!

“The Guardian”: Qərb ölkələri səfirliklərini Kiyevdən köçürə bilər

Azərbaycanın U-19 futzal millisinin seçmə mərhələdəki rəqibləri müəyyənləşib

Avrozonada inflyasiya 3 ilin ən yüksək səviyyəsindədir

Oğuzda intellektual bilik yarışının qalibləri bəlli olub

Üzgüçülük üzrə Dünya Kubokunun ikinci yarış günü yekunlaşıb

Avropada təbii qaz qiymətləri həftəlik müqayisədə 2,5 faiz artıb

Naxçıvanda avtomobil piyadanı vurub VİDEO

Naxçıvanda avtomobil piyadanı vurub VİDEO

Fatih Birol: Dizel qiymətləri inflyasiya rəqəmlərinə yuxarı istiqamətli təzyiq göstərəcək

Sankt-Peterburqda yeni Azərbaycan dili dərsliyi nəşr olunub

İrkutsk vilayətində taun xəstəliyinə yoluxma şübhəsi ilə xəstəxanaya yerləşdirilən pasiyent vəfat edib

Müdafiə sənayesi və daxili təhlükəsizlik bir məkanda: “ADEX 2026” və “Securex Caspian” FOTOREPORTAJ

Qarabağdakı tələbə və influenserlərin yeni təşəbbüslərinin reallaşdırılması imkanları müzakirə edilib

DTX süni intellekt vasitəsilə həyata keçirilən kiberdələduzluq halları ilə bağlı növbəti xəbərdarlıq edib

Avropa İttifaqı Şurasının üzvləri işğaldan azad olunmuş ərazilərə səfər ediblər

Bu saata olan əsas xəbərlər

“ADEX 2026”da süni intellekt və təhlükəsiz rəqəmsal sistemlər müzakirə olunub

Yeqor Kornyev: Dünya rekordunu təkrarlamaq mənim üçün böyük məna kəsb edir

Avropa İttifaqı Şurasının üzvləri Ağdam rayonunda olublar VİDEO

Avropa İttifaqı Şurasının üzvləri Ağdam rayonunda olublar VİDEO

“DOST Müfəttiş” layihəsinin iştirakçıları mükafatlandırılıblar

Azərbaycanın sənətkarlıq ənənələri “CraftIstanbul” sərgisində təqdim olunur

Yeni Azərbaycan Partiyasının VIII Qurultayı başa çatıb YENİLƏNİB

Pastodan Bakıya: Daniel de la Kruz Kolumbiyanın sənətkarlıq ənənələrini təqdim edir MÜSAHİBƏ

Fatimə Alkərəmova: Məqsədim Özbəkistandakı yarışda da ölkəmizi layiqincə təmsil etməkdir

YAP-ın VIII Qurultayı: Zəfərdən doğan yeni siyasi reallıqlar

Vəfa Aşumova: Azərbaycan üslubunda hazırlanan kuklalar avropalı tamaşaçılarda heyranlıq doğurur - MÜSAHİBƏ

Təl-Əviv Universitetinin professoru BDU tələbələri üçün ustad dərsi keçib

G7 ölkələri neft və dizel ehtiyatlarından 100 milyon barel istifadə edəcək

Xaricdə Yaşayan Azərbaycanlı Alimlərin II Forumuna qeydiyyat başlayıb

FHN: Maarifləndirmə fəaliyyəti risklərin qabaqlanmasına yönəlmiş preventiv kommunikasiya mexanizmi kimi çıxış edir

Azərbaycan və Moldova milli teatrları arasında əməkdaşlıq memorandumu imzalanıb

"Fənərbağça" yoldaşlıq oyunu üçün Bakıya gəlib

Nazir: DOST xidmətləri infrastrukturunun genişləndirilməsi işləri davam edəcək

Kəlbəcərdə səyyar tibbi xidmət təşkil olunub

“Neftçi” yoxlama oyununda “Araz-Naxçıvan”a qalib gəlib

DİM: Hərbi xidmətə və mülki işə qəbul imtahanında 21 nəfər uğur qazanıb

Azərbaycan diri heyvan ixracını 38 dəfədən çox artırıb – QRAFİK

Salyanda və Saatlıda ağacların qanunsuz kəsilməsi faktları aşkarlanıb

“PeşəFest-2026”nın növbəti dayanacağı Qazax olub

Prezident İlham Əliyevin orta güc, ideoloji modernləşmə və İslam həmrəyliyi mesajları - TƏHLİL

Azər Qasımzadə: Strateji əhəmiyyətli binaların texniki vəziyyəti 7/24 rejimində izləniləcək

“Bitcoin”in qiyməti 87 min dollara çatır

Birgə layihələr Azərbaycan və Türkiyənin regional iqtisadi rolunu gücləndirir - ŞƏRH

YAP-ın VIII Qurultayı Azərbaycanın yeni inkişaf mərhələsinin hədəflərini müəyyənləşdirir ŞƏRH

Azərbaycanın turizm potensialı Avstriyada təqdim edilib

Əlcəzairdə Cənub Hidrogen Dəhlizi layihəsi üzrə Bəyannamə imzalanıb

Gülçöhrə Məmmədova: Yeni laboratoriya binaların zəlzələyə davamlılığının diaqnostikasına imkan verir

Türk dövlətləri arasında səhiyyə sahəsində əməkdaşlıq daha da genişləndirilir

Akademik Həsən Əliyev adına Zəngəzur Milli Parkında bəbirlərin sayı artır VİDEO

Akademik Həsən Əliyev adına Zəngəzur Milli Parkında bəbirlərin sayı artır VİDEO

Bəxtiyar Aslanbəyli: bp-nin AzMİU-da təqdim etdiyi laboratoriya tədris və elmi-tədqiqat proseslərinə töhfə verəcək

“Şəhərsalma və Memarlıq İli”: Şəkidə memarlıqla yaddaşın görüşdüyü məkan

Ədliyyə naziri Xankəndi şəhərində vətəndaşların müraciətlərini dinləyib

Baş direktor “ADEX 2026” sərgisində görüşlər keçirib

Elm və təhsil naziri Naxçıvanda vətəndaşları dinləyəcək

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Ağdaşda vətəndaşların müraciətini dinləyib

AzMİU-da Cənubi Qafqazda ilk olan seysmik monitorinq laboratoriyası yaradılıb

Məkkə Müdafiə Sazişi çərçivəsində fövqəladə iclas olacaq

Nazir müavini: Müdafiə sənayesində innovasiya və insan kapitalının inkişafı istiqamətində mühüm işlər görülür

Azərbaycan ilə Dünya Bankı maliyyə əlçatanlığı və nəqliyyat sahəsində əməkdaşlığı nəzərdən keçirib

Dünyanın tanınmış zəlzələ mühəndisləri AzMİU-da bir araya gəliblər

Pedaqoji Universitet 40 ixtisaslaşma üzrə yeni proqram hazırlayıb

AQTA əməkdaşları beynəlxalq sertifikat proqramında iştirak ediblər

Azərbaycan uzunmüddətli investisiya tərəfdaşlıqlarını inkişaf etdirmək niyyətindədir ŞƏRH

Hafiz Paşayev: Azərbaycanın qarşısında duran məqsədlər 35 il əvvəlkindən tamamilə fərqlidir

Yerli istehsal olan lazer sistemi: 8 kilometrdə hədəfləri təyin etmək və izləmək mümkündür VİDEO

Yerli istehsal olan lazer sistemi: 8 kilometrdə hədəfləri təyin etmək və izləmək mümkündür VİDEO

Əməkhaqqı və sosial ödənişlərin artırılması iqtisadi fəallığa müsbət təsir göstərə bilər – AÇIQLAMA

Dövlət məktəblərində çalışan ən gənc müəllimin 19 yaşı var – MÜTDA

Avropa İttifaqı Şurasının üzvləri Xankəndidə olublar VİDEO

Avropa İttifaqı Şurasının üzvləri Xankəndidə olublar VİDEO

Gəncə–Daşkəsən iqtisadi rayonunda məskunlaşma prosesləri öyrənilib

Dillər arasında körpü: Azərbaycan–urdu ədəbi tərcümələrinin təqdimatı

Dünya bazarında neftin qiymətini yalnız təklif müəyyən etmir

Zöhrə Əliyeva: “Qaya” sadəcə bir ansambl deyil, mahnı teatrıdır

Böyük Qayıdış yeni mərhələdə: dayanıqlı məskunlaşma və iqtisadi inkişaf – ŞƏRH

Bakıda cüdo üzrə dünya çempionatı öncəsi Fəxri xiyaban və Zəfər abidəsi ziyarət edilib VİDEO

Bakıda cüdo üzrə dünya çempionatı öncəsi Fəxri xiyaban və Zəfər abidəsi ziyarət edilib VİDEO

Xankəndidə Kommunikasiya üzrə İşçi Qrupun növbəti iclası olub