Azərbaycanın Yekaterinburq şəhərindəki baş konsulluğunda seçki məntəqəsi yaradılıb
Yekaterinburq, 1 fevral, AZƏRTAC
Azərbaycanda fevralın 7-də təyin olunmuş növbədənkənar prezident seçkiləri ilə əlaqədar ölkəmizin Rusiyanın Yekaterinburq şəhərindəki baş konsulluğunda seçki məntəqəsi yaradılıb.
Bu barədə AZƏRTAC-a baş konsulluqdan bildirilib. Qeyd olunub ki, səsvermə fevralın 7-də saat 08:00-dan 19:00-dək Yekaterinburq şəhəri, Karl Libknext küçəsi, ev 5 ünvanında yerləşən Azərbaycanın baş konsulluğunun binasında keçiriləcək.
Səsvermədə 18 yaşına çatmış və aktiv seçki hüququna malik Azərbaycan vətəndaşları Azərbaycan Respublikasının etibarlı ümumvətəndaş pasportunu və ya etibarlı şəxsiyyət vəsiqəsini təqdim etməklə iştirak edə bilərlər.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Yekaterinburq
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.06.2026 [17:51]
Vaşinqtonda ənənəvi Trans-Xəzər Forumu işə başlayıb
- 10.06.2026 [17:40]
Ekspert: Cənubi Qafqaz regionu Türkiyə üçün əhəmiyyətli bölgədir
- 10.06.2026 [17:16]
Sahibə Qafarova İndoneziyanın Azərbaycandakı yeni səfiri ilə görüşüb
- 10.06.2026 [16:18]
Nazir Ceyhun Bayramov Tokioda Ermənistanla normallaşma prosesindən danışıb
- 10.06.2026 [15:48]