Azərbaycanla Böyük Britaniya arasında beynəlxalq avtomobil daşımaları haqqında Saziş imzalanıb
Bakı, 23 fevral, AZƏRTAC
Azərbaycan ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı hökumətləri arasında beynəlxalq avtomobil daşımaları haqqında Saziş imzalanıb.
AZƏRTAC xəbər verir ki, bunu rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev bildirib.
Nazir Azərbaycanda səfərdə olan Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Xarici İşlər, Birlik Ölkələri və İnkişaf Ofisində Parlamentlə əlaqələr üzrə dövlət katibinin müavini, Avropa üzrə dövlət naziri Leo Dokerti ilə görüşüb.
R.Nəbiyev qeyd edib ki, saziş iki ölkə arasında qarşılıqlı ticarətin artımı üçün yüklərin rəvan hərəkətinə əlverişli şərait yaradacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.08.2023 [12:06]
AYNA taksi sürücüləri üçün təlimlərə başlayıb
- 28.08.2023 [17:30]
Daha bir küçədə sürət həddi endirilib
- 28.08.2023 [14:14]
“AzParking” mobil tətbiq istifadəçilərinin sayı artıb
- 25.08.2023 [08:20]
Bakıda hazırda sıxlıq müşahidə edilən yollar
- 24.08.2023 [19:15]
Paytaxtda avtobusların hərəkət intervalında gecikmələr müşahidə edilir
- 24.08.2023 [18:40]
Azərbaycan ilə Özbəkistan aviasiya sahəsində əlaqələri möhkəmləndirir
- 24.08.2023 [10:44]