Azərbaycan Dövlət İnformasiya Agentliyi

Azərbaycanla Türkiyə arasındakı əməkdaşlıq bərpaolunan enerji və texnologiya sahəsində genişlənəcək MÜSAHİBƏ

Azərbaycanla Türkiyə arasındakı əməkdaşlıq bərpaolunan enerji və texnologiya sahəsində genişlənəcək MÜSAHİBƏ

Bakı, 17 iyul, AZƏRTAC

Qlobal enerji sistemi iqlim dəyişiklikləri, texnoloji yeniliklər və geosiyasi proseslərin təsiri ilə dərin transformasiya dövrünü yaşayır. Bərpaolunan enerji, rəqəmsallaşma, süni intellekt və enerji təhlükəsizliyi ilə bağlı yeni çağırışlar ölkələrin enerji strategiyalarını yenidən formalaşdırır. Bu prosesdə uzun illər etibarlı neft və təbii qaz təchizatçısı kimi tanınan Azərbaycan yaşıl enerji layihələri ilə də regional enerji keçidinin mühüm iştirakçılarından birinə çevrilir. Azərbaycan-Türkiyə strateji enerji tərəfdaşlığı isə bərpaolunan enerji, innovasiya və dayanıqlı inkişaf sahələrində əməkdaşlıq üçün yeni imkanlar yaradır.

Türkiyənin “Pakka Solar Care” şirkətinin təsisçisi və baş icraçı direktoru (CEO), bərpaolunan enerji üzrə ekspert Pınar Tuncelin mövzu ilə bağlı AZƏRTAC-a müsahibəsini təqdim edirik.

- Dünya enerji sistemi hazırda tarixi transformasiya mərhələsindən keçir. Sizcə, bu transformasiyanın əsas hərəkətverici qüvvələri hansılardır və qarşıdakı 10–20 ildə enerji sektorunun simasını ən çox dəyişdirəcək meyillər nələr olacaq?

- Enerji sektoru tarixinin ən mühüm transformasiya dövrlərindən birini yaşayır. Bu dəyişikliklərin əsasında yalnız iqlim dəyişikliyi ilə mübarizə deyil, həm də enerji təhlükəsizliyi, texnoloji inkişaf, iqtisadi rəqabət və xarici asılılığın azaldılması dayanır. Son geosiyasi hadisələr göstərdi ki, enerji artıq təkcə iqtisadi resurs deyil, həm də milli təhlükəsizliyin və strateji müstəqilliyin əsas amillərindən biridir.

Qarşıdakı illərdə enerji sektorunu elektrifikasiyanın genişlənməsi, bərpaolunan enerji yatırımlarının artması, enerji saxlama texnologiyaları və süni intellektə əsaslanan rəqəmsal idarəetmə sistemləri formalaşdıracaq. Artıq əsas məsələ enerjini daha çox istehsal etmək deyil, daha ağıllı, səmərəli və çevik idarə etməkdir.

- Azərbaycan uzun illərdir qlobal enerji təhlükəsizliyində etibarlı neft və təbii qaz təchizatçısı kimi tanınır. Son illərdə isə ölkə yaşıl enerji sahəsində də iddialı hədəflər müəyyənləşdirib. Sizcə, bu iki yanaşma bir-birini necə tamamlayır və Azərbaycanın beynəlxalq enerji siyasətindəki rolunu necə dəyişə bilər?

- Fikrimcə, Azərbaycanın son illərdə həyata keçirdiyi enerji siyasəti dünyada gedən transformasiya prosesinin mühüm təzahürlərindən biridir. Neft və təbii qazla yaşıl enerjini alternativ deyil, bir-birini tamamlayan iki strateji istiqamət kimi qiymətləndirmək lazımdır.

Dünyada enerji təhlükəsizliyi ilə karbon emissiyalarının azaldılması arasında balansın qorunmasının ön plana çıxdığı bir dövrdə Azərbaycan da mövcud enerji resurslarından səmərəli istifadə etməklə yanaşı, günəş və külək enerjisi başda olmaqla bərpaolunan enerji sahəsinə investisiyaları artırır. Bu yanaşma ölkənin beynəlxalq enerji siyasətində rolunu yeni mərhələyə çıxarır və deməyə əsas verir ki, Azərbaycan gələcəkdə təkcə neft və qaz ixracatçısı kimi deyil, həm də yaşıl enerji sahəsində və regional enerji əməkdaşlığında ön sıralarda yer alacaq.

- Siz uzun illərdir günəş enerjisi sektorunda fəaliyyət göstərirsiniz. Texnologiyaların sürətlə inkişaf etdiyi müasir dövrdə süni intellekt, rəqəmsallaşma və innovativ texniki həllər günəş enerjisinin səmərəliliyini və gələcəyini necə formalaşdırır?

- Son illərdə Günəş enerjisi sektoru təkcə istehsal gücü baxımından deyil, texnoloji cəhətdən də böyük transformasiya yaşayır. Artıq məsələ yalnız daha çox Günəş paneli quraşdırmaq deyil, elektrik stansiyalarını daha ağıllı, səmərəli və dayanıqlı idarə etməkdir. Bu transformasiyanın əsas hərəkətverici qüvvələrindən biri süni intellekt və rəqəmsallaşmadır. Məlumatların təhlili sistemləri sayəsində stansiyaların fəaliyyəti real vaxt rejimində izlənilir, nasazlıqlar erkən müəyyənləşdirilir, texniki xidmət daha səmərəli planlaşdırılır və enerji itkiləri minimuma endirilir.

Mən gələcəyin günəş enerjisi sektorunu təkcə enerji istehsal edən sahə deyil, məlumatlardan səmərəli istifadə edən, performansı davamlı təkmilləşdirən və texnologiyanı praktik təcrübə ilə birləşdirən ekosistem kimi görürəm. Çünki gələcəkdə rəqabət üstünlüyünü müəyyən edən əsas amil quraşdırılmış gücdən daha çox, həmin gücün nə dərəcədə səmərəli idarə olunması olacaq.

- Azərbaycan və Türkiyə artıq enerji sahəsində strateji tərəfdaşdır. Sizcə, qarşıdakı on ildə iki ölkə bərpaolunan enerji, texnologiya və dayanıqlı inkişaf istiqamətlərində hansı yeni əməkdaşlıq modellərini inkişaf etdirə bilər və bunun region üçün əhəmiyyəti nə olacaq?

- Türkiyə ilə Azərbaycan arasında enerji sahəsində əməkdaşlıq uzun illərə söykənən qarşılıqlı etimadın və ortaq strateji baxışın uğurlu nəticəsidir. Hesab edirəm ki, qarşıdakı on ildə bu tərəfdaşlıq neft və təbii qaz sahəsini aşaraq bərpaolunan enerji, texnologiya və dayanıqlı inkişaf istiqamətlərində daha da genişlənəcək.

İlk növbədə, Günəş və külək enerjisi sahəsində birgə investisiya və layihələr, dövlət-özəl sektor tərəfdaşlığı vasitəsilə həm iki ölkədə, həm də üçüncü bazarlarda ortaq təşəbbüslər həyata keçirilə bilər. Türkiyənin mühəndislik və texnologiya təcrübəsi Azərbaycanın enerji potensialı və strateji coğrafi mövqeyi ilə bir-birini tamamlayır.

Eyni zamanda, enerji saxlama sistemləri, ağıllı elektrik şəbəkələri, yaşıl hidrogen, süni intellektə əsaslanan idarəetmə sistemləri və digər innovativ istiqamətlər üzrə birgə tədqiqat mərkəzlərinin yaradılması mühüm əhəmiyyət daşıyır. Universitetlər, texnologiya şirkətləri və enerji sektorunun əməkdaşlığı hər iki ölkənin texnologiya yaradan və ixrac edən dövlətlərə çevrilməsinə töhfə verə bilər.

Mühəndislər və enerji mütəxəssisləri üçün ortaq təlim və sertifikatlaşdırma proqramlarının həyata keçirilməsi, həmçinin Xəzərdən Türkiyə vasitəsilə Avropaya uzanan yaşıl enerji dəhlizlərinin inkişafı əməkdaşlığın yeni mərhələsini formalaşdıra bilər.

Məncə, yeni dövrün ən uğurlu modeli Azərbaycanın və Türkiyənin yalnız enerji tərəfdaşı deyil, birgə investisiya qoyan, texnologiya inkişaf etdirən və üçüncü bazarlara birlikdə çıxan strateji tərəfdaşlar kimi çıxış etməsidir. TANAP bu əməkdaşlığın uğurlu nümunəsidir. Qarşıdakı dövrdə Zəngəzur dəhlizinin yaratdığı imkanlar fonunda enerji, ticarət və texnologiya sahələrində əməkdaşlığın daha da genişlənəcəyinə inanıram.

Müxbir - Ceyhun Xəlilov

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Həsən Seyidbəyli küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

Moskvaya yaxınlaşarkən vurulan dronların sayı altıya çatıb

Vuçiç: Avropa böyük bir müharibənin astanasındadır

Türkiyənin Qara dəniz sahilində ekipajsız kater məhv edilib

Bu saata olan əsas xəbərlər

İran parlamentində Hörmüz boğazı ilə bağlı yeni qanun layihəsi təsdiqlənib

Dünya əhalisinin 6 faizini təşkil edən yerli xalqlar iqlim dəyişikliyinin təhdidi altındadır

Xətai rayonunda baş verən yanğın söndürülüb - YENİLƏNİB

Rezidenturaya qəbul imtahanının ikinci mərhələsi keçirilib

Aqrar sığorta üzrə müstəqil ekspert sertifikatı üçün test imtahanı təşkil edilib

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Sumqayıtda motosiklet sürücülərinə qarşı nəzarət-profilaktik tədbirlər keçirilib VİDEO

Sumqayıtda motosiklet sürücülərinə qarşı nəzarət-profilaktik tədbirlər keçirilib VİDEO

İmişlidə Araz çayında batan şəxsin meyiti tapılıb - YENİLƏNİB 2

Fərid Xəlilov: Yaxın illərdə Azərbaycanda beynəlxalq oxatma turnirinin təşkili planlaşdırılır VİDEO

Fərid Xəlilov: Yaxın illərdə Azərbaycanda beynəlxalq oxatma turnirinin təşkili planlaşdırılır VİDEO

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq elan olunub

Suriya ilə Rusiya hərbi bazaların gələcəyi ilə bağlı memorandum imzalayıb

Kamandan oxatma üzrə ölkə çempionatı və kubokunun qalibləri mükafatlandırılıb VİDEO

Kamandan oxatma üzrə ölkə çempionatı və kubokunun qalibləri mükafatlandırılıb VİDEO

Kamandan oxatma üzrə Azərbaycan çempionatı və kubokuna yekun vurulub VİDEO

Kamandan oxatma üzrə Azərbaycan çempionatı və kubokuna yekun vurulub VİDEO

Beynəlxalq Yerli Xalqlar Günündə müstəmləkəçiliyin davam edən izləri

İstirahət zonalarında polisin fasiləsiz xidməti təşkil edilib

Tovuzda fərdi yaşayış evində yanğın olub, xəsarət alan var VİDEO

Tovuzda fərdi yaşayış evində yanğın olub, xəsarət alan var VİDEO

Cənubi Qafqazda köhnə münaqişə reallığı tarixə qovuşur, yeni siyasi-iqtisadi düzən formalaşır - ŞƏRH

Qazaxıstanda sərnişin avtobusu yanıb

Almaniya XİN: Cənubi Qafqazda sülh və sabitlik ortaq maraqlarımıza uyğundur

Tanınmış şair və tərcüməçi Çingiz Əlioğlu vəfat edib

Rektor: Azərbaycan və Ermənistan liderlərinin Vaşinqton görüşü regionda sülhün və təhlükəsizliyin təməlini qoydu

Azərbaycan-Ermənistan münasibətləri artıq siyasi bəyanatlardan praktik əməkdaşlıq mərhələsinə keçir ŞƏRH

Yəmənin Mokha limanına raket və dron hücumu təşkil edilib

Almaniyada infrastrukturun dronlardan qorunması üçün yeni tədqiqat mərkəzi yaradılır

Sumqayıtda yaşayış binasında yanğın söndürülüb, 6 sakin təxliyə edilib

Avqustun 10-da hava necə olacaq? - RƏSMİ PROQNOZ

Xocalı və Xocavəndin bir sıra kənd və qəsəbələrinin elektrik şəbəkəsi yenidən qurulur

Sinqapur Respublikasının Prezidenti Zati-aliləri cənab Tarman Şanmuqaratnama

Xarkova hava zərbələri endirilib, ölənlər və xəsarət alanlar var

Şəhid Elcan Məmmədovun atası: O, mənim yarımçıq qalmış missiyamı ən ali səviyyədə tamamladı

“Yay Fest 2026”nın “Müasir şəhərlər və texnologiya” düşərgəsi başa çatıb

Vaşinqtonda keçirilən tarixi görüşlər Cənubi Qafqazın siyasi tarixində yeni mərhələnin başlanğıcını qoydu ŞƏRH

Bu gün DOST Agentliyinin yaranmasının 8 ili tamam olur VİDEO

Bu gün DOST Agentliyinin yaranmasının 8 ili tamam olur VİDEO

Finlandiya Ukraynaya “Patriot” raketləri verməkdən imtina edib

Bu gün Beynəlxalq Yerli Xalqlar Günüdür

“Atletiko” dünya çempionunu 20 milyon avroya satıb

Qaziantepdə 4,5 bal gücündə zəlzələ olub

“Qalatasaray” rusiyalı futbolçunun transferi üçün “Lokomotiv”lə anlaşıb

Neymar yenidən Messi ilə komanda yoldaşı ola bilər

Türkiyə köhnəlmiş ABŞ silahlarını Ukraynaya verə bilər

Nigerdə sərnişin avtobuslarının toqquşması nəticəsində 22 nəfər ölüb

Belqorod vilayətinə dron hücumu olub, 13 nəfər yaralanıb

Siciliya sahillərində Roma imperiyasına aid batmış gəmi tapılıb

FIFA İnfantino ilə bağlı iddialara cavab verib

İraqda qonşu ölkəyə hücum planlaşdıran qrup üzvləri həbs edilib

Ekspert: Vaşinqton görüşü Cənubi Qafqazda münasibətlərin normallaşması yolunda tarixi dönüş nöqtəsidir

Marko Rubio: ABŞ Azərbaycan və Ermənistanla işləməyə tam sadiqdir

Zelenski: Ukrayna ordusu Donbasdan geri çəkilməyəcək

Leypsiq-Halle aeroportunda dron hadisəsindən sonra təhlükəsizlik tədbirləri gücləndirilib

Hakan Fidan: Türkiyə Azərbaycan və Ermənistan arasında davamlı sülhün əldə edilməsi səylərini dəstəkləyir

Bakıdan Limaya uzanan yeni körpü: Azərbaycanın Perudakı strateji sərmayəsi

MDU ilə Azərbaycan Texniki Universiteti birgə kadr hazırlığına başlayır

Paytaxtın Yasamal rayonunda keçirilən ödənişsiz skrinninq aksiyasında 400-ə yaxın qadın müayinə olunub

Xocavənddə buldozerin minaya düşməsi ilə bağlı araşdırma aparılır

Prezident İlham Əliyev Vaşinqton Zirvə Görüşünün ildönümü münasibətilə ABŞ Prezidentinə məktub ünvanlayıb

Amerika Birləşmiş Ştatlarının Prezidenti Zati-aliləri cənab Donald Trampa

Vaşinqton Bəyannaməsi – qlobal xaos fonunda işləyən sülh modeli ŞƏRH

Türk ekspert: Vaşinqton görüşü Prezident İlham Əliyevin diplomatiyasının növbəti uğurudur

Bu saata olan əsas xəbərlər

Nika Çitadze: Azərbaycan ilə Ermənistan arasında əldə olunan razılaşma sülh prosesinin yekunlaşması üçün zəmin yaradıb

Prezidentin Mətbuat Xidmətinin məlumatı VİDEO

Milli Kitabxanada yazıçı Əlisa Nicatın 90 illik yubileyinə həsr edilmiş kitab sərgisi təqdim olunub

Vaşinqton görüşü regionun gələcəyini müəyyən edən siyasi mərhələnin başlanğıcı kimi qiymətləndirilməlidir ŞƏRH

Mingəçevirdəki “Kürü keçək?! 5” yarışına rekord sayda iştirakçı qatılıb YENİLƏNİB VİDEO

Mingəçevirdəki “Kürü keçək?! 5” yarışına rekord sayda iştirakçı qatılıb YENİLƏNİB VİDEO

Stiv Uitkoff: Cənubi Qafqaz ölkələrinin gələcəyi parlaqdır

Azərbaycanın strateji baxışı Cənubi Qafqazın yeni inkişaf mərhələsini formalaşdırır ŞƏRH

Göz sağlamlığını qorumaq üçün hər fəslə uyğun qidalanmaya və sağlam həyat tərzinə diqqət yetirmək lazımdır

Luvr İslam incəsənətinə həsr olunmuş müvəqqəti sərgi ilə diqqət mərkəzindədir

Deputat: Ötən 1 ildə Azərbaycan və Ermənistan arasında sülh yolunda praktik addımlar atılıb VİDEO

Deputat: Ötən 1 ildə Azərbaycan və Ermənistan arasında sülh yolunda praktik addımlar atılıb VİDEO

Siyasi şərhçi: Azərbaycanla Ermənistan iqtisadi, siyasi və humanitar müstəvidə əməli addımlar atır VİDEO

Siyasi şərhçi: Azərbaycanla Ermənistan iqtisadi, siyasi və humanitar müstəvidə əməli addımlar atır VİDEO

Vaşinqton razılaşmalarından bir il sonra: Cənubi Qafqazda sülh gündəliyi ŞƏRH

Qazaxda 11,7 min hektar taxıl sahəsindən 39 min tondan çox məhsul götürülüb

Aİ “Meta” və “TikTok”u dezinformasiyaya qarşı daha qətiyyətli tədbirlər görməyə çağırıb

Azərbaycan–ABŞ əməkdaşlığının yeni mərhələsi - Strateji Tərəfdaşlıq Xartiyası

Alparslan Bayraktar: Türkiyə Azərbaycanda müxtəlif layihələrin həyata keçirilməsinə hazırdır

Cevdet Yılmaz: Türkiyənin təhlükəsizliyi onun sərhədlərindən başlamır

Çimərliyə gedənlərə XƏBƏRDARLIQ

Sıfır Tullantı Vəqfi Türkiyənin plastik tullantı problemini yerində araşdıracaq

Tarixi Vaşinqton Zirvə Görüşü xronoloji ardıcıllıqla

“Vilyarreal” klubunun nümayəndələri “Sabahın Ulduzları”nda

Vaşinqton görüşü Azərbaycanın regional məsələlərin həllində fəal rol oynadığını təsdiqləyib ŞƏRH

Sabah havanın temperaturu 40 dərəcəyədək yüksələcək

Rusiya və Pakistan ilk yük dəmir yolu marşrutunun istifadəyə verilməsinə hazırlaşır

Azərbaycanın xarici ölkələrdəki hərbi attaşelərinin və nümayəndələrinin illik iclası keçirilib

Azərbaycanın sülh siyasəti Cənubi Qafqazda yeni reallıq formalaşdırır ŞƏRH

Gürcü iqtisadçı: Qlobal böhranlar fonunda Cənubi Qafqaz özünü regional əməkdaşlıq üçün əlverişli məkan kimi təqdim edir

Tarixi Vaşinqton görüşü nələri dəyişdi? VİDEO

Tarixi Vaşinqton görüşü nələri dəyişdi? VİDEO

Rusiya regionlarına PUA hücumları nəticəsində yeddi nəfər xəsarət alıb

Vaşinqton razılaşmaları: Sülh və strateji tərəfdaşlıq oyun qaydalarını dəyişir – TƏHLİL

Valeri Çeçelaşvili: Vaşinqton Sammiti Cənubi Qafqazda sülh üçün möhkəm təməl yaratdı

Prezidentin Mətbuat Xidmətinin məlumatı VİDEO

Deputat: Vaşinqton razılaşmaları Cənubi Qafqazın dinc gələcəyi üçün mühüm platforma rolunu oynayır

Ağdaşda baş vermiş hadisə ilə bağlı polis araşdırma aparır

FHN: Sumqayıtda sexdə baş verən yanğın söndürülüb VİDEO

FHN: Sumqayıtda sexdə baş verən yanğın söndürülüb VİDEO

Naxçıvanda avqust ayının pensiyaları ödənilib