Azərbaycanlı gənc türkoloq alim beynəlxalq konfransda məruzə ilə çıxış edib
Bakı, 16 dekabr, AZƏRTAC
Qazaxıstan Respublikası Abay Universitetinin Nemat Kelimbetov adına Türkoloji Mərkəzinin təşkilatçılığı ilə “Əski türkcə və ədəbiyyat araşdırmaları məsələləri” adlı beynəlxalq onlayn elmi-praktik konfrans keçirilib. Konfransda Azərbaycan, Qırğızıstan, Türkiyə, Tatarıstan (Rusiya), Özbəkistan və Qazaxıstan universitetlərindən olan tədqiqatçıların məruzələri dinlənilib. AMEA Nəsimi adına Dilçilik İnstitutu Türk dilləri şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent Elçin İbrahimov konfransda “Qədim türk yazı dilləri” mövzusunda məruzə ilə çıxış edib.
Bu barədə AZƏRTAC-a Dilçilik İnstitutundan məlumat verilib. Bildirilib ki, E.İbrahimov məruzəsində Azərbaycanda hər zaman əski türkcə araşdırmaların aparıldığını qeyd edib. O, XX əsrin əvvəllərində Salman Mümtaz, Xalid Səid Xocayev kimi tədqiqatçılarla başlanan araşdırmaların bu gün də aktuallığını saxladığını diqqətə çatdırıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 02.10.2026 [15:57]
Balakəndə yüzədək Alban məbədi və onların qalıqları müəyyənləşdirilib
- 02.10.2026 [15:49]
ADU-nun Konfutsi İnstitutu növbəti dəfə qlobal videomüsabiqənin qalibi olub
- 02.10.2026 [15:36]
BMU “ADEX 2026”da 11 elmi-tədqiqat nəticəsi və innovativ həll təqdim edib
- 02.10.2026 [15:28]
BDU EIFL-in Baş Assambleyasında təmsil olunub
- 02.10.2026 [14:48]
AMEA XII Bakı Beynəlxalq Kitab Sərgisində təmsil olunacaq
- 02.10.2026 [14:25]