Azərbaycanlı həkimin bir ildə 17 elmi-tədqiqat işi çap olunub
Bakı, 4 yanvar, AZƏRTAC
Azərbaycanlı gənc həkimin bir ildə 17 elmi-tədqiqat işi çap olunub.
AZƏRTAC xəbər verir ki, tanınmış cərrah-transplantoloq, uroloq, tibb elmləri doktoru Rəşad Şolanın elmi-tədqiqat işləri 2025-ci ildə dünyanın nüfuzlu jurnallarında və konqres materiallarında dərc olunub.
Məqalələrin əksəriyyəti “Web of Science” , “Pub Med” , “SCOPUS” bazalarında indekslənən nəşrlərdə yer alıb. Gənc alimin göstərdiyi nəticələr beynəlxalq aləmdə tibb elmimizin təbliğinə xidmət edir. Belə ki, elmi-tədqiqat işlərinin əsas istiqaməti orqan transplantasiyası və digər kliniki tədqiqatlarla bağlıdır. Alimin elmi-tədqiqat işlərinə edilən istinadlar hər gün daha da artır. Bu isə bir tədiqatçının ən böyük uğurudur.