Azərbaycanlı qadın alpinist Türkiyə və Gürcüstandan film təklifləri alıb
Bakı, 22 aprel, AZƏRTAC
Türkiyə və Gürcüstanda alpinizm barədə filmlər çəkiləcək. Mən də bununla bağlı hər iki ölkədən təkliflər almışam.
Bu sözləri AZƏRTAC-a açıqlamasında azərbaycanlı qadın alpinist Vəfa Musayeva deyib.
Everest və Lhotse zirvələrini eyni ekspedisiya çərçivəsində fəth edən ilk azərbaycanlı qadın olan Musayeva təkliflərin ciddi olduğunu bildirib: “Hətta bu barədə yemək masasında da söhbətimiz olub. Onlar filmlərdə məni də görmək istəyirlər. Azərbaycandan da təkliflər var. Bizimkilər də bu cür ssenari fikirləşirlər. Mənim qonşu ölkələrlə ilkin danışıqlarım olub. Hələlik gözləmə mövqeyindəyəm”.
O, bu yaxınlarda Azərbaycan və Gürcüstanın birgə əməkdaşlığı ilə reklam çarxına çəkildiyini qeyd edib: “Çəkilişlər Gürcüstanda baş tutub. Yaxın zamanda həmin reklam çarxı yayımlanacaq”.
Müxbir – Cavid Əliyev
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.09.2026 [19:53]
Ayxan Abbasov: Milli komandalar səviyyəsində zəif rəqib anlayışı qalmayıb
- 30.09.2026 [19:34]
Emin Mahmudov: Sabah bizim üçün vacib oyun olacaq, qalib gəlmək istəyirik
- 30.09.2026 [18:20]
Azərbaycan Alpaqut Federasiyasının İcraiyyə Komitəsində yeni təyinatlar olub
- 30.09.2026 [17:59]
“Turan Tovuz” – “İmişli” oyununun yeri dəyişdirilib
- 30.09.2026 [17:29]
Azərbaycanın stolüstü tennisçiləri Tbilisidən 5 medalla qayıdırlar
- 30.09.2026 [17:23]
Azərbaycanı U-17 Avropa çempionatında 21 boksçu təmsil edəcək
- 30.09.2026 [17:00]