Azərbaycanlı tələbələr Romada Xocalı soyqırımı ilə bağlı aksiya keçiriblər
Roma, 26 fevral, AZƏRTAC
Xocalı soyqırımının 26-cı ildönümü ilə əlaqədar İtaliyanın Roma şəhərindəki Venesiya meydanında Azərbaycan-İtaliya Gənclər Assosiasiyası (AİGA) tərəfindən məlumatlandırma aksiyası təşkil olunub.
AZƏRTAC xəbər verir ki, aksiyada İtaliyada təhsil alan azərbaycanlı tələbələr, habelə diasporumuzun nümayəndələri iştirak ediblər.
Aksiyanın məqsədi İtaliya ictimaiyyətini Xocalı soyqırımı barədə məlumatlandırmaq, erməni silahlı birləşmələri tərəfindən mülki azərbaycanlılara qarşı törədilmiş soyqırımı və digər cinayətlər barədə həqiqətləri yaymaqdır.
İştirakçılar Ermənistanın ölkəmizə qarşı həyata keçirdiyi təcavüzkar siyasətə son qoyması, Xocalıda törədilmiş soyqırımının səbəbkarlarının cəzalandırılması və bu soyqırımına siyasi-hüquqi qiymət verilməsi ilə bağlı çağırışlar ediblər.
Aksiyalar zamanı iştirakçılara Xocalı soyqırımı barədə məlumatların əks olunduğu broşürlər və bukletlər paylanılıb.
Asiman Əsədov
AZƏRTAC-ın xüsusi müxbiri
Roma