Azərbaycanlıların Soyqırımı Günü Çində də qeyd olunmuşdur
Pekin, 31 mart (AZƏRTAC). Çin Xalq Respublikasında 31 Mart - Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş tədbir keçirilmişdir.
Azərbaycanın Çindəki səfirliyində təşkil olunan tədbirdə əvvəlcə soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Səfir Lətif Qəndilov 1918-1920-ci illərdə bədnam ermənilərin Azərbaycanın şəhər və rayonlarında, o cümlədən Bakıda, Şamaxıda, Qubada törətdikləri qanlı hadisələrdən danışmışdır. Bildirmişdir ki, qəsbkar düşmən xalqımıza qarşı dəhşətli soyqırımı həyata keçirmiş, on minlərlə azərbaycanlını amansızcasına qətlə yetirmişdir. Düşmənin məqsədi qanlı qırğınlar törətməklə Azərbaycanı, türk-müsəlman əhalisini məhv etmək olmuşdur.
Səfir ümummilli liderimiz, görkəmli dövlət xadimi Heydər Əliyevin 1998-ci il martın 26-da imzaladığı “Azərbaycanlıların soyqırımı haqqında” Fərmanın əhəmiyyətini vurğulamışdır.
Bildirilmişdir ki, ermənilər “böyük Ermənistan” yaratmaq xülyası ilə bu gün də qəsbkarlıq siyasəti apararaq torpaqlarımızın 20 faizini işğal altında saxlayırlar. İşğal olunan şəhər və rayonlarımızın tezliklə düşmən tapdağından azad ediləcəyinə əminliyini bildirən səfir gəncləri vətənpərvərliyə çağırmışdır.
Digər çıxış edənlər də ermənilərin torpaqlarımızda törətdikləri qanlı faciələrdən danışmış, bu barədə dünya xalqlarına daha geniş məlumatlar çatdırılmasının vacibliyini vurğulamışlar.
Sonda azərbaycanlıların soyqırımına həsr olunan sənədli film nümayiş etdirilmişdir.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 31.03.2026 [16:47]
MEK-də Azərbaycanlıların Soyqırımı Gününə həsr olunan sərgi açılıb
- 31.03.2026 [16:23]
Milli yaddaşın qorunması: BMU-da soyqırımı hadisələri geniş təhlil edilib
- 31.03.2026 [14:22]
Xalqımıza qarşı törədilən cinayətlər heç vaxt unudulmayacaq ŞƏRH
- 31.03.2026 [14:15]
31 Mart hadisələri: Azərbaycan xalqının faciəsi və tarixi yaddaşı
- 31.03.2026 [12:35]
1918-ci il soyqırımı erməni vandalizminin qanlı izləridir – ŞƏRH
- 31.03.2026 [12:05]