Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı silsilə tədbirlər keçirilir
Bakı, 1 aprel (AZƏRTAC). Xəbər verdiyimiz kimi, Sabunçu Rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi (MKS) 31 mart-Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş silsilə tədbirlər keçirir.
Kitabxanadan AZƏRTAC-a bildirmişlər ki, MKS-in 1, 2, 3, 11 nömrəli filiallarında oxucularla “Tarixin qan yaddaşı”, “Unutqanlığa mənəvi haqqımız yoxdur”, “Azərbaycanlıların Soyqırımı Günü”, “31 mart-Azərbaycanlıların Soyqırımı Günü” mövzularında söhbətlər aparılmış və müvafiq sərgilər açılmışdır.
Oxuculara erməni silahlı birləşmələrinin bolşeviklərin dəstəyi ilə Bakıda və Azərbaycanın digər bölgələrində dinc əhalini qətlə yetirməsi, soyqırımının mahiyyəti və acı nəticələri haqqında geniş məlumat verilmişdir. Vurğulanmışdır ki, soyqırımı yalnız ulu öndərimizin 1998-ci il 26 mart tarixli Fərmanından sonra hüquqi-siyasi qiymətini almışdır. O vaxtdan başlayaraq, 31 mart-Azərbaycanlıların Soyqırımı Günü kimi dövlət səviyyəsində qeyd olunur, soyqırımı qurbanlarının xatirəsini anma tədbirləri keçirilir, dünya ictimaiyyətinin diqqəti bu faciəyə cəlb edilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 31.03.2026 [16:47]
MEK-də Azərbaycanlıların Soyqırımı Gününə həsr olunan sərgi açılıb
- 31.03.2026 [16:23]
Milli yaddaşın qorunması: BMU-da soyqırımı hadisələri geniş təhlil edilib
- 31.03.2026 [14:22]
Xalqımıza qarşı törədilən cinayətlər heç vaxt unudulmayacaq ŞƏRH
- 31.03.2026 [14:15]
31 Mart hadisələri: Azərbaycan xalqının faciəsi və tarixi yaddaşı
- 31.03.2026 [12:35]
1918-ci il soyqırımı erməni vandalizminin qanlı izləridir – ŞƏRH
- 31.03.2026 [12:05]