Azərbaycanlıların soyqırımı ilə bağlı Gürcüstan arxivlərində araşdırmalar aparılmalıdır
Tbilisi, 31 mart (AZƏRTAC). Gürcüstan Azərbaycanlılarının Mədəniyyət Mərkəzinin təşəbbüsü ilə Gürcüstanın Marneuli rayonunun mərkəzində 31 mart - Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar anma mərasimi keçirilmişdir.
Mərkəzin rəhbəri Fazil Həsənov iştirakçılara ermənilərin azərbaycanlılara qarşı törətdiyi soyqırımı barədə ətraflı məlumat vermiş və son illər Azərbaycan diplomatiyasının uğurlu siyasəti sayəsində bu faktların dünya ictimaiyyətinə çatdırılması yönümündə böyük işlər görüldüyünü vurğulamışdır.
Marneuli şəhərindəki 3 saylı Azərbaycan ümumi məktəbinin tarix müəllimi Nərgiz Nəbiyeva demişdir ki, qan yaddaşımız olan soyqırımı ilə əlaqədar Gürcüstan arxivlərində də axtarışlar aparılmalıdır.
Çıxışlarda Gürcüstandakı Azərbaycan məktəblərinin tarix dərsliklərində azərbaycanlıların soyqırımı ilə bağlı heç bir məlumatın olmadığına görə məktəblərdə əlavə məşğələlərin keçirilməsi və şagirdlərə qan yaddaşımız barədə ətraflı məlumatların çatdırılması təklif olunmuşdur.
Tədbir film nümayişi ilə başa çatmışdır.
İslam Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 31.03.2026 [16:47]
MEK-də Azərbaycanlıların Soyqırımı Gününə həsr olunan sərgi açılıb
- 31.03.2026 [16:23]
Milli yaddaşın qorunması: BMU-da soyqırımı hadisələri geniş təhlil edilib
- 31.03.2026 [14:22]
Xalqımıza qarşı törədilən cinayətlər heç vaxt unudulmayacaq ŞƏRH
- 31.03.2026 [14:15]
31 Mart hadisələri: Azərbaycan xalqının faciəsi və tarixi yaddaşı
- 31.03.2026 [12:35]
1918-ci il soyqırımı erməni vandalizminin qanlı izləridir – ŞƏRH
- 31.03.2026 [12:05]