AZERCELL ABONENTLƏR ÜÇÜN YENİ GÜZƏŞTLİ KAMPANİYAYA BAŞLAMIŞDIR
Azərbaycanın aparıcı mobil rabitə operatoru Azercell Telecom BM fakturalı abonentlər üçün nömrəni gizlətməyə imkan verən GizlətCell kampaniyasına başlamışdır.
Azercelldən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, bundan sonra Azercell Telecomun hər bir abonenti öz balansına 200 000, 500 000 və ya 1 milyon manatlıq ödəmə kartı vasitəsilə kontur yükləməklə növbəti gün nömrənin gizlədilməsi xidmətindən pulsuz istifadə edə biləcəkdir. Bu kampaniya 2004-cü ilin sonuna qədər davam edəcəkdir.