AZERCELL SİM-SİM ABONENTLƏRİ ÜÇÜN MOBİLİNTERNETƏ PULSUZ ÇIXIŞ AÇMIŞDIR
Azercell-dən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, abonentlərə təqdim olunan internetin xidmət çeşidi yeni-yeni əyləncəli və informasiya xarakterli xidmətlər, o cümlədən interaktiv oyunlar, on-line xəbərlər, musiqi kanalları və s. hesabına daim genişlənəcəkdir. Sim-Sim abonentləri operatorun ən son superpopulyar yeniliklərindən biri olan – MeqaArt xidmətindən də istifadə edə bilərlər. Bu xidmət vasitəsilə telefona polifonik melodiyaların və rəngli şəkillərin yüklənməsi mümkündür. Təkcə bu servis çərçivəsində hər gün 100-dən artıq sifariş qeydə alınır.
VVAPCELL (Mobil İnternet) və SürətDataCell (yüksək sürətli mobil data xidməti) ilk dəfə olaraq Azercell Telecom tərəfindən 2001-ci ilin iyul ayında təqdim olunmuş və Azercell abonentləri yüksək sürətli mobil xidmətlərindən istifadə etmək imkanı qazanmışlar.
“Yüksək sürətli mobil data xidməti” sayəsində Azercell-in mobil rabitə şəbəkələrində informasiyanın ötürülmə sürəti 4 dəfə artmışdır. Öz növbəsində VVAPCELL abonentlərin mobil telefonları vasitəsilə Qlobal Şəbəkənin “qapılarını” onların üzünə açmışdır. 2001-ci ilin iyul ayından bu günə qədər yeni VVAPCELL və SürətDataCell xidmətləri istifadəçilərinin sayı 3 dəfədən çox artmışdır.
Qlobal Şəbəkədən istifadənin 2 saniyəsi 1 kontura bərabərdir.