“AZƏRİQAZ” QSC ƏHALİNİ XƏBƏRDAR EDİR
“Azəriqaz” Qapalı Səhmdar Cəmiyyətindən AZƏRTAC-a daxil olan məlumatda əhalinin nəzərinə çatdırılır ki, son zamanlar özlərini rayon qaz istismarı idarələrinin işçiləri kimi qələmə verən və istifadə olunmuş təbii qazın haqqının nağd şəkildə ödənilməsini tələb edən şəxslər aşkar olunmuşdur.
“Azəriqaz” QSC bütün abonentlərin diqqətinə çatdırır ki, istifadə edilmiş təbii qazın dəyəri yalnız hər bir abonent tərəfindən fərdi qaydada bank və poçt şöbələrinə ödənilməlidir. Digər formada ödənişlərin həyata keçirilməsi qəti qadağandır.