“Azexport” portalı “Payoneer”lə daha sıx əməkdaşlıq edəcək
Bakı, 10 iyul, AZƏRTAC
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) operatoru olduğu “Azexport” portalı ölkədə elektron ticarətin əhatə dairəsinin daha da genişləndirilməsi məqsədilə beynəlxalq əməkdaşlığı dərinləşdirir.
İİTKM-dən AZƏRTAC-a bildirilib ki, bu məqsədlə son aylarda portal və “Payoneer” beynəlxalq ödəniş sistemi arasında görüşlər keçirilib, sahə üzrə mövcud çətinliklərin həlli istiqamətində müzakirələr aparılıb. Müzakirələrin nəticəsi olaraq “Payoneer” tərəfindən Azərbaycan üzrə menecer təyin edilib. “Payoneer” və “Azexport” portalının birgə əməkdaşlığı ilə sahə üzrə mövcud problemlərin həlli üzrə konkret addımların atılması nəzərdə tutulub. Bura qeydiyyat prosedurlarının ölkə standartlarına uyğunlaşdırılması, təlim və maarifləndirmə işlərinin həyata keçirilməsi və digər texniki məsələlərin həlli daxildir.
Qeyd edək ki, bundan əvvəl “Payoneer” rəqəmsal ödəniş platformasında qeydiyyat və digər mərhələlərdə çətinlik yaşayan istifadəçilər dəstək üçün “Azexport” portalı vasitəsilə təşkilata müraciət edə bilərlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.08.2026 [16:20]
Əhalinin gəlirləri 10 faizədək artıb
- 10.08.2026 [15:54]
Əsas kapitala investisiya qoyuluşu 11 faizədək artıb
- 10.08.2026 [15:48]
Azərbaycanda orta aylıq əməkhaqqı 7 faiz artıb
- 10.08.2026 [15:37]
Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı 18 faizdən çox artıb
- 10.08.2026 [15:32]
Azərbaycanın xarici dövlət borcu azalıb
- 10.08.2026 [15:26]