Azərbaycan Dövlət İnformasiya Agentliyi

Azıxantropun alt çənə sümüyünün aşkarlanmasından 50 il ötür

AMEA-da “Azərbaycanda Azıx mağarası və miqrasiya axınları” mövzusunda beynəlxalq elmi konfrans keçirilir

Bakı, 1 oktyabr, AZƏRTAC

Oktyabrın 1-də Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) “Azərbaycanda Azıx mağarası və miqrasiya axınları” mövzusunda beynəlxalq elmi konfrans işə başlayıb.

AZƏRTAC xəbər verir ki, Azərbaycandakı erkən hominid Azıxantropun tapılmasının 50 illiyinə həsr olunmuş tədbirdə İngiltərə, Rusiya, Gürcüstan və Ukraynadan paleolit dövrü üzrə iyirmiyədək tanınmış mütəxəssis iştirak edir.

Əvvəlcə konfrans iştirakçıları Fəxri xiyabana gələrək xalqımızın ümummilli lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini yad edib, məzarı önünə əklil və gül dəstələri qoyublar.

Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə tər güllər düzülüb.

Tədbirin plenar iclasında AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli bildirib ki, 1968-ci ildə arxeoloq Məmmədəli Hüseynov tərəfindən Azıx mağarasından Azıxantropun alt çənə sümüyünün qalığının aşkarlanmasından 50 il keçir. Tədqiqatlar nəticəsində Azıxantropun 400 min il yaşı olduğu təsdiqlənib və elmi dövriyyəyə daxil edilən Quruçay mədəniyyəti elmdə özünün layiqli yerini tutub. Akademik Mingəçevir şəhəri və Qəbələ rayonu ərazisindən son illər əldə edilmiş artefaktların Quruçay mədəniyyətinin yayılma arealının çox geniş olmasını təsdiqlədiyini və onun tədqiqinin müasir dövrdə də aktual olduğunu deyib. Alim onu da əlavə edib ki, son illər Qarabağda, xüsusən Azıx mağarasında ermənilərin qanunsuz “tədqiqatlar” aparması bir daha bu paleolit düşərgəsinin və oradan əldə edilmiş artefaktların elmi təhlilinin, geniş elmi ictimaiyyətə çatdırılmasının zəruri olduğunu göstərir.

AMEA-nın İctimai Elmlər Bölməsinin akademik-katibi, akademik Nərgiz Axundova Azıx mağarasından qazıntılar zamanı alt çənə sümüyü ilə yanaşı, ibtidai insanların gündəlik istifadə etdikləri məişət əşyaları, o cümlədən dini etiqadlarını göstərən qalıqların da tapıldığını söyləyib. O, tapıntıların SSRİ dövrünə təsadüf etdiyini və nəticədə onun miqyasının, eləcə də əhəmiyyətinin dünya ictimaiyyətinə lazımi səviyyədə çatdırılmadığını deyib. Konfransın təkcə arxeoloji deyil, eyni zamanda, siyasi əhəmiyyət daşıdığını bildirən N.Axundova Azıx mağarası ilə bağlı həqiqətlərin erməni təhriflərinə qarşı beynəlxalq arenada təbliğində önəmli rol oynayacağını diqqətə çatdırıb.

AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun direktoru, professor Maisə Rəhimova, Milli Azərbaycan Tarixi Muzeyinin direktoru, akademik Nailə Vəlixanlı və akademik Teymur Bünyadov Azərbaycanın bəşər sivilizasiyasının ən qədim məskənlərindən biri olduğunu, Azıx mağarasının tədqiqində Məmmədəli Hüseynovla yanaşı, professor Dəmir Hacıyevin də önəmli xidmətlər göstərdiyini bildiriblər. Qeyd olunub ki, düşərgədən tapılan minlərlə maddi-mədəniyyət qalıqları bu gün Azıx kolleksiyası adı altında Milli Azərbaycan Tarixi Muzeyinin fondunda saxlanılır.

Diqqətə çatdırılıb ki, Azıx mağarasından tapılmış və Azıxantrop adlandırılan qədim insanın çənə sümüyü Azərbaycanın dünyada ən qədim ibtidai insan məskənlərindən biri olmasını sübut edir. Həmçinin Azərbaycanın bəşər sivilizasiyasının məskənlərindən olmasını bir daha təsdiqləyir.

Alimlər dünyanın bir sıra ölkələrindən tanınmış arxeoloqların konfransda iştirak etmələri baxımından tədbirin əhəmiyyətini vurğulayıblar. Qeyd edilib ki, konfrans arxeologiyanın paleolit sahəsinin inkişafına öz töhfəsini verəcək.

Sonra Rusiya Elmlər Akademiyasının (REA) Sibir şöbəsinin Arxeologiya və Etnoqrafiya İnstitutunun direktoru, REA-nın müxbir üzvü Mixail Şunkovun “Altayın paleoliti: Homo nəslinin Asiyada yerləşməsinin yeni modeli”, Ukrayna Milli Elmlər Akademiyasının Arxeologiya İnstitutunun arxeoloji muzey şöbəsinin rəhbəri, tarix üzrə fəlsəfə doktoru Larisa Kulakovskayanın “Ukraynanın erkən paleoliti kontekstində Korolyova düşərgəsi” və Arxeologiya və Etnoqrafiya İnstitutunun şöbə müdiri, tarix elmlər doktoru Əsədulla Cəfərovun “Azıx mağarası və miqrasiya problemləri” mövzularında məruzələri dinlənilib.

Konfrans çərçivəsində, həmçinin ibtidai insana məxsus çənə sümüyünün tapılmasını əks etdirən videoçarx nümayiş olunub.

Plenar iclasdan sonra tədbir iştirakçıları AMEA-nın foyesində təşkil edilmiş sərgi ilə tanış olublar.

Qeyd edək ki, konfrans öz işini oktyabrın 2-dən 5-dək Qəbələ şəhərində davam etdirəcək. Konfransda iştirakçıların Azərbaycandakı Azıx mağarasında erkən hominid azıxantropun tapılmasının elmi əhəmiyyəti, paleolit dövründə Afrika və Avrasiyada qədim insanların miqrasiya prosesləri, müasir texnologiyaların tətbiqi ilə aparılan tədqiqatların yeni nəticələri və digər mövzular üzrə müzakirələr aparacaqlar. Həmçinin konfrans iştirakçıları Qəbələ rayonu ərazisində aparılan arxeoloji tədqiqatlarla, Mingəçevir şəhəri ərazisindəki Qaraca paleolit düşərgəsi ilə tanış olacaqlar.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Livanın Baş naziri: İsrail ordusu ölkənin cənubunda 68 kəndə nəzarət edir

Nigeriyada silahlı hücum nəticəsində 30 nəfər ölüb

Londonda Ulu Öndər Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü münasibətilə tədbir keçirilib

Həmidə Rüstəmova: “Qırxdan sonra…” filmi qadın taleyinə və sənətin görünməyən tərəflərinə işıq salır

Gənc startapçı: Qlobal texnologiya ekosistemində platforma əsaslı yanaşma ön plana çıxıb - MÜSAHİBƏ

Azərbaycanın qadın atıcıları Avropa çempionatında bürünc medal qazanıblar

Azərbaycan güləşçiləri Avropa çempionatının finalında

Azərbaycan Kosta-Rika Prezidentinin andiçmə mərasimində təmsil olunub

Azərbaycan tatarları faşizm üzərində Qələbənin ildönümünü qeyd ediblər

WUF13 öncəsi mühüm tədbir: “Eco-Art” Festivalı

Kayseri şəhərində Ulu Öndərin anadan olmasının 103-cü ildönümü münasibətilə tədbir keçirilib

BMU tələbələri bədii yaradıcılıq müsabiqə-festivalının yekun konsertində çıxış ediblər

Azərbaycan parataekvondoçusu Avropa çempionatında gümüş medal qazanıb

BMT: Sudanda PUA zərbələri nəticəsində azı 880 mülki şəxs həlak olub

Tramp: İrandakı atəşkəs süni nəfəs aparatına bağlıdır

Dünya mediası Prezident İlham Əliyevin Zəngilanda çıxışı zamanı verdiyi mesajlardan yazır

Bu saata olan əsas xəbərlər

Azərbaycan ilə Slovakiya arasında hərbi əməkdaşlığa dair fikir mübadiləsi aparılıb

Türkiyəli ekspert WUF13-ün əhəmiyyəti haqqında : Bəşəriyyət şəhərlərin inkişafı yolu ilə öz gələcəyini qurur

Azərbaycan idmançıları “Khan Fight 6” beynəlxalq peşəkar MMA turnirində uğur qazanıblar

Azərbaycan-Aİ münasibətləri: reallıq manipulyasiyadan güclüdür - ŞƏRH

Ukrayna Prezidenti Vladimir Putinlə görüşün formatının ABŞ ilə müzakirə olunduğunu bildirib

Krasnoyarskda Ulu Öndər Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş konsert təşkil edilib

Litva Hərbi Akademiyasının nümayəndə heyəti Bakıdadır

Ulu Öndərin əziz xatirəsi Heydər Əliyev zirvəsində anılıb

Şərqi Zəngəzurda həyata keçirilən bərpa modeli dünya şəhərsalma təcrübəsinə yeni yanaşma gətirir - ŞƏRH

Pakistan mənbələri Tehranın Vaşinqtona cavabının detallarını açıqlayıblar

Zəngilan təkcə bölgənin deyil, böyük bir coğrafiyanın nəqliyyat mərkəzinə çevrilir - ŞƏRH

BNF-in Baş katibi: İnanıram ki, WUF13-də nəqliyyat və mənzil sektorlarına dair maraqlı müzakirələr aparılacaq VİDEO

BNF-in Baş katibi: İnanıram ki, WUF13-də nəqliyyat və mənzil sektorlarına dair maraqlı müzakirələr aparılacaq VİDEO

Rumıniya Aİ-də doğum səviyyəsinin ən çox azaldığı ölkə olub

İsveç cinayətkarlıqla mübarizədə videonəzarəti gücləndirəcək

Makron Fransa və Britaniya hərbçilərinin Hörmüz boğazına yerləşdirilməsi ilə bağlı iddiaları təkzib edib

Xorvatiyada Ulu Öndər Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü münasibətilə tədbir keçirilib

Sahib Ələkbərov: "Bakı–Xankəndi" velosiped yarışı çox cəlbedicidir

Yunanıstan qədim Roma abidələrini bərpa edəcək

"Neftçi" İdman Klubu Türkiyə təmsilçisi ilə əməkdaşlıq imkanlarını nəzərdən keçirir

Azərbaycan atıcılarından Avropa çempionatında iki gümüş medal

Gürcüstan Pravoslav Kilsəsinin yeni Katolikos-Patriarxı seçilib

Qazaxıstandakı Turqay geoglifləri dünyanın ən qədim abidələrindən biri hesab oluna bilər

Aİ ukraynalı uşaqların qanunsuz deportasiyasına qarşı yeni sanksiyalar tətbiq edib

Prezident İlham Əliyevin Şərqi Zəngəzurda müasir şəhərsalma və məskunlaşma siyasəti - ŞƏRH

Parisdə Ümummilli Lider Heydər Əliyevin 103 illiyinə həsr olunmuş konsert keçirilib

İsveçdə saam maralçılığı ətrafında münaqişə kəskin hal alıb

Qazi Universitetinin tələbələrinə Heydər Əliyevin dövlətçilik irsi barədə danışılıb

İzmirdə Heydər Əliyev liseyində Ulu Öndərin xatirəsi anılıb

Vyanada Ümummilli Lider Heydər Əliyevin xatirəsi yad edilib

Avropada Azərbaycana münasibətdə formalaşan iki yanaşma ilə bağlı təhlil dərc edilib

İlyas Mirzəyev: Ümidvaram ki, əsərlərim azad olunmuş Qarabağda tezliklə ifa ediləcək

TASS Bakı taksi xidmətindən yazıb

Olimpiya çempionu: "Bakı–Xankəndi" beynəlxalq velosiped yarışının kateqoriyası yüksəldilməlidir

Qazaxıstanlı velosipedçi: Ən çətin hissə üzü yoxuşa qalxmaq idi

Çin XİN: Si və Tramp ikitərəfli münasibətləri, dünya sülhünü və inkişafını müzakirə edəcəklər

İşğaldan azad olunmuş ərazilərin bərpası üçün Azərbaycan dövləti siyasi iradə nümayiş etdirir - ŞƏRH

Azərbaycan Qarabağ və Şərqi Zəngəzuru gələcəyin dayanıqlı inkişaf modeli əsasında qurur - ŞƏRH

"Bakı–Xankəndi" velosiped yarışının II mərhələsinin qalibi mükafatlandırılıb

Media: Yaxın Şərqdəki gərginlik fonunda Azərbaycanın Avropa üçün əhəmiyyəti yaxın illərdə daha da artacaq

"Bakı–Xankəndi" beynəlxalq velosiped yarışının II mərhələsinin qalibi bəlli olub

Zərifə Əliyeva adına uşaq bağçasında Ulu Öndərin xatirəsinə həsr olunmuş rəsm sərgisi - FOTOLAR

Almaniya və Ukrayna yeni silah sistemlərinin birgə istehsalını planlaşdırır

Türkiyə universitetlərində Azərbaycan filmləri nümayiş etdirilir

Tacikistanda buzlaqların əriməsi Mərkəzi Asiyanın su ehtiyatlarını azaldır

Sabah Bakıda 29 dərəcə isti olacaq, bəzi rayonlarda yağış yağacaq

ÜST: Hantavirus epidemiyası riski çox azdır

La-Manş boğazında miqrantlara yardım edən ekipaj üzvləri irqçi davranışlarda ittiham olunur

Azərbaycan Kubokunda son 10 mövsümün rekordu qeydə alınıb

Rumıniya mətbuatında Azərbaycanın Avropanın enerji təhlükəsizliyində artan rolu xüsusi vurğulanıb

Aİ vətəndaşlar üçün vahid əmanət və investisiya hesabı təklif edir

BMT ekspertləri Yaxın Şərqdə nüvə enerjisinin riskləri barədə qənaətlərini bölüşüblər

Malayziyada Ulu Öndərin xatirəsinə həsr olunan ənənəvi şahmat turniri

Bu saata olan əsas xəbərlər

Ulu Öndər Heydər Əliyevin xatirəsi Gürcüstanda anılıb - FOTOREPORTAJ

Fransada hantavirusa ilk yoluxma halı qeydə alınıb

Qazaxıstan İndoneziyanın Avropa bazarlarına çıxış platformasına çevrilə bilər

"Bakı–Xankəndi" beynəlxalq velosiped yarışının II mərhələsi start götürüb

Yüksək sürət gənc motosikletçinin həyatına son qoyub VİDEO

Yüksək sürət gənc motosikletçinin həyatına son qoyub VİDEO

WUF13 çərçivəsində konsert proqramı: Azərbaycan milli musiqisinin inciləri beynəlxalq auditoriyaya təqdim olunacaq

Son 2 gündə 25 kiloqrama yaxın narkotik vasitə aşkar olunaraq götürülüb

Azərbaycan şahmatçısı beynəlxalq turnirdə gümüş medal qazanıb

DİN: Cinayət törətməkdə şübhəli bilinən 83 nəfər saxlanılıb

FHN: Ötən həftə 32 nəfər xilas edilib

Oğuzda ADA Universitetinin layihə qalibləri mükafatlandırılıb

® bp Qarabağ layihəsi üzrə ƏMSSTQ sənədini ictimaiyyətlə müzakirə etmək üçün görüş keçirəcək

Brüsseldə vandalizm nəticəsində ictimai nəqliyyat şirkətinə 4 milyon avrodan çox ziyan dəyib

Bu gün görkəmli yazıçı Maqsud İbrahimbəyovun doğum günüdür

FHN: Dağlıq ərazidə köməksiz vəziyyətdə qalan şəxslər xilas olunublar VİDEO

FHN: Dağlıq ərazidə köməksiz vəziyyətdə qalan şəxslər xilas olunublar VİDEO

WUF13 tədbirində təşkil olunacaq Biznes və İnnovasiya Mərkəzinin proqramı açıqlanıb

Naxçıvanda Ümummilli Lider Heydər Əliyevin xatirəsi konsert proqramı ilə yad edilib

Bu gün "Bakı–Xankəndi" beynəlxalq velosiped yarışının ikinci mərhələsi başlayır

Çin “Tiencou-10” yük gəmisini orbitə göndərib VİDEO

Çin “Tiencou-10” yük gəmisini orbitə göndərib VİDEO

Donald Trampın Çinə səfərinin tarixləri açıqlanıb

“İthaf”: Ümummilli Liderə musiqi ilə ehtiram

Bu gündən Rusiya vətəndaşları Səudiyyə Ərəbistanına vizasız səfər edə biləcəklər

Azərbaycan Könüllü Təşkilatları İttifaqı Heydər Əliyevin 103-cü ildönümünə silsilə tədbirlər həsr edib

Texasda yük vaqonunda 6 nəfərin meyiti aşkarlanıb

“Böyük Qayıdış” Gənclər Təşkilatı Ulu Öndərin 103-cü ildönümü münasibətilə silsilə tədbirlər təşkil edib

Prezident İlham Əliyevin Zəngilandakı çıxışı həm tarixi yaddaşın, həm də müasir siyasi kursun bir manifestidir- ŞƏRH

Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsi xalqın qəlbində daim yaşayır

Qarabağ Azərbaycan iqtisadiyyatının inkişaf drayverlərindən birinə çevrilməkdədir - ŞƏRH

Türkiyə mediası: Heydər Əliyevin Azərbaycan tarixindəki rolu danılmazdır

Sosial sorğu: Emmanuel Makronun reytinqi aşağı düşür, Milli Birlik Partiyası önə çıxır