İQTİSADİYYAT
AZPROMO 20-dən çox xarici bazarı araşdırır
Bakı, 21 noyabr, Elvin Camalov, AZƏRTAC
Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) Azərbaycan ixracatçılarının istəyi ilə 20-dən çox xarici bazarı araşdırır.
AZƏRTAC xəbər verir ki, bu barədə Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun rəhbəri Rüfət Məmmədov Azərbaycanın Çinə ixrac missiyasının yekunlarına dair mətbuat konfransında deyib.
O bildirib ki, 30-dan çox ölkə ixracatçısının istəyi nəzərə alınaraq 20-dən çox ölkənin bazarları araşdırılır. Araşdırma zamanı bu ölkələrin biznes mühiti, ölkədə tələb olunan əsas məhsullar və bazardakı rəqiblər araşdırılaraq Azərbaycan ixracatçılarına məlumat verilir. Məqsəd ixracatçıların məhsullarını ixrac etmək istədiyi xarici bazarlar barədə onları məlumatlandırmaq, strategiyalarını qurmaq üçün şərait yaratmaqdır.