AZPROMO xarici investorlarla iş üzrə təcrübələrini bölüşüb
Bakı, 18 may, AZƏRTAC
NAIDA-nın ekspertlər platformasında İxracın və İnvestisiyaların Təşviqi Agentliyi - AZPROMO xarici investorlarla iş üzrə təcrübələrini bölüşüb, bu sahədə müxtəlif investisiya təşviqi təşkilatları, o cümlədən WAIPA ilə intensiv müzakirələr aparılıb.
AZPROMO-dan AZƏRTAC-a bildirilib ki, agentlik "Rusiya - İslam dünyası: KazanForum 2023" beynəlxalq iqtisadi forum çərçivəsində keçirilən İnvestisiya və İnkişaf Agentliklərinin Milli Assosiasiyasının (NAIDA) ekspertlər platformasının iclasında iştirak edib.
İclasda İnvestisiya Təşviqi Agentliklərinin Dünya Assosiasiyası ilə yanaşı Türkiyə, BƏƏ, Qazaxıstan və Rusiya Federasiyasının subyektlərinin investisiya təşviqi təşkilatları ilə investisiya layihələrinin idarə olunmasına dair fikir mübadiləsi aparılıb.